Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 9. Menecmentin qanunauyğunluqları və prinsipləri



Yüklə 0,95 Mb.
səhifə54/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   50   51   52   53   54   55   56   57   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 9. Menecmentin qanunauyğunluqları və prinsipləri.


9.1. Menecmentin qanunauyğunluqları.
9.2. Menecmentin prinsipləri.


9.1.Menecmentin qanunauyğunluqları.
İdarəetmə insanların birgə əmək fəaliyyəti prosesində obyektiv iqtisadi qanunlardan istifadə edilməsinin əsas vasitəsi rolunu oynayır. O, təkcə birgə əməyin təşkil edilməsi zərurətindən deyil, məqsədin müəyyən edilməsi və onun reallaşdırılması yollarının axtarılmasında iqtisadi qanunların nəzərə alınması zərurətindən də irəli gəlir .Ancaq idarəetmənin səmərəliliyi və təkmilləşdirilməsi üçün iqtisadi və başqa qanun və qanunauyğunluqlardan istifadə edilməsi kifayət deyildir. İdarəetmə insanın əmək bölgüsü prosesində ayrılmış spesifik fəaliyyət növüdür. İdarəetmə ictimai–iqtisadi sistemin ümumi qanun və qanunauyğunluqlarından başqa özünün xüsusi özünün xüsusi qanunauyğunluqlarına da tabedir. İdarəetmənin qanunauyğunluqları idarəetmə nəzəriyyəsində mərkəzi halqadır. Onlar aşağıdakı amillərlə müəyyən edilir:

  1. İdarəetmənin qanunauyğunluqları idarəetmə elminin nəzəri əsasını təşkil edir. Onların formalaşması və tədqiqi idarəetmə elminin spesifik tədqiqat səviyyəsindən daha yüksək dərketmə səviyyəsinə keçməsinə imkan verir;

  2. idarəetmənin qanunauyğunluqların təhlili idarəetmə nəzəriyyəsinin ardıcıl inkişafına imkan verir ki, bu da istehsalın idarə edilməsi elminin müasir tələblərinə uyğun gəlir;

  3. İdarəetmənin qanunauyğunluqları ayrıca bir elm kimi idarəetmə nəzəriyyəsinin formalaşmasında xüsusi rol oynayır;

  4. İdarəetmə nəzəriyyəsinin ideoloji mövqeyinin müəyyən edilməsində idarəetmə qanunauyğunluqlarının rolu olduqca böyükdür;

  5. İstehsalın idarə edilməsinin qanunauyğunluqları idarəetmənin müvafiq mayelərinin düzgün qiymətləndirilməsinə kömək edir;

  6. İdarəetmə nəzəriyyəsində qanunauyğunluqların rolu ondan ibarətdir ki, o, meyllərin vəhdətini möhkəmlətməyə, onun bütün kateqoriyaları arasındakı əlaqələri müəyyən etməyə, inkişafı üçün daxili ziddiyyətləri aradan qaldırmağa imkan verir.

Müasir şəraitdə öz mahiyyətini saxlayan qanunauyğunluqlara aşağıdakılar aiddir.
1. İdarəetmədə mərkəzləşdirmənin və qeyri - mərkəzləşdirilmənin vəhdətliyi. Bu iki meylin idarəetmə prosesində uyğunlaşdırılması cəmiyyətimizdə idarəetmənin əsasını təşkil edir. Müəssisədə mərkəzləşmənin və qeyri-mərkəzləşmənin düzgün uyğunlaşdırılması, inzibati tələbləri nəzərə almaqla, iqtisadi metodlar əsasında həmin işin təşkili istehsalın səmərəliliyinin yüksəldilməsinin rəhnidir.
2. İdarəedən və idarəolunan sistemlərin qarşılıqlı əlaqəsi. Müəssisələr müəyyən istehsal sistemi kimi idarəetmənin obyekti hesab edilir. Hər hansı sistem kimi, onun da idarəetmə obyekti və subyekti vardır. İdarəetmə obyektinə və yaxud idarəolunan sistemə emalatxanalar, sexlər, qəbul məntəqələri, müxtəlif xidmət sahələri daxildir. İdarəetmənin subyekti və yaxud idarəedən sistem, idarə orqanlarının vəhdətini təşkil edir. İdarəedən və idarəolunan sistemlər arasındakı əlaqə aşağıdakı şəkildə verilmişdir. İdarəolunan sistemdə nə qədər çox dəyişiklik baş verərsə, idarəedən sistemdə bu dəyişiklik nisbi olur (Şəkil 9.1.)



Şəkil 9.1. İdarəetmə sistemləri.


3. İstehsalın səmərəliliyinin və fasiləsizliyinin təmin edilməsi. Müəssisənin işinin ahəngdarlığının təmin edilməsi səmərəliliyin artmasına, işdə baş verən fasiləlilik əksinə onun azalmasına təsir edir. Ayrıca götürülmüş hər hansı müəssisə (firma) məcmu istehsalın zəncirvari halqasıdır. Həmin qanunauyğunluğun tələbini ödəmək üçün ilk növbədə: a) müəssisəni fasiləsiz olaraq xammal, material, komplektləşdiricilərə təmin etmək lazımdır; b) əsas istehsal fondlarını saz saxlamalı, onların modernləşdirilməsinə nail olmaq, ETT tələblərinə uyğun daha yüksək məhsuldarlıqlı avadanlıqların və texnoloji proseslərin istehsal prosesinə tətbiqi; v) istehsal edilmiş yüksək keyfiyyətli məhsulun vaxtında satılmasını təşkil edilməli; q) buraxılan məhsulun rəqabətliliyini qoruyub saxlamaq.
4. İdarəolunan sistemin hissələri arasında optimal və proporsional nisbətin olması. Xalq təsərrüfatında və sənaye müəssisəsində proporsionallıq qarşılıqlı prosesdir. Proporsionallıq əsasını, hər şeydən əvvəl, texniki –texnoloji proporsiya təşkil edir. Ona görə də, hər hansı proporsionallığa eyni zamanda istehsalın texniki səviyyəsinin yüksəlməsi nəticəsində nail olmaq mümkündür. K.Marks yazırdı ki, bir maşının digərinin işini fasiləsiz təmin etməsi üçün, onlar arasında müəyyən say, ölçü və sürət nisbətləri olmalıdır. Müəssisələrdə hər şeydən əvvəl, əsas və yardımçı istehsallarının inkişafı arasında proporsionallıq və müəyyən nisbət olmalıdır. Bu tələb onların texniki səviyyələrində də öz əksini tapmalıdır. İdarəedən sistem, müəssisədə yenidənqurma və istehsalın cari məsələlərini həll edərkən ayrı-ayrı istehsalların səmərəli nisbətinin təmin olunmasını gözləməlidir. Proporsionallıq sexlər daxilində, onun ayrı-ayrı sahələri arasında da gözlənilməlidir. Bu müəssisənin ritmik işləməsinə lazımi şərait yaratmış olar. Müəssisənin qeyri-ritmik işi və iş vaxtı itkiləri təkcə maddi-texniki təchizatdan deyil, həm də idarəetmənin təşkilində yol verilən nöqsanlardan asılıdır. Müəssisələrdə disproporsiyanın baş verməsinin başlıca səbəbi insanların iqtisadi qanunları dərindən mənimsəmələridir. İdarəetmə sistemində çalışan işçilər, öz işlərinə təkcə incəsənət işi kimi deyil, öz biliklərinə əsaslanan fəaliyyət kimi yanaşılmalıdır.
Beləliklə, istehsalın inkişaf prosesində idarəedən və idarəolunan sistemlərinin nisbətinin dəyişilməsi qanunauyğun proses olub, onun təşkilati, elmi-texniki və sosial-psixoloji inkişaf səviyyəsi ilə müəyyən edilir. Sosial-iqtisadi sistemin ümumi inkişafı ilə əlaqədar, idarəedən və idarəolunan sistemlərdə kəmiyyət nisbətlərindən başqa, keyfiyyət dəyişiklikləri də baş verir.
İdarəetmə təcrübəsində bu qanunauyğunluqdan idarəedən sistemin obyektiv həddinin dəyişilməsini, idarəetmənin optimal təşkilat formalarını müəyyənləşdirməkdə, idarəetmə sisteminin təkmilləşdirilməsi və layihələşdirilməsi üzrə elmi cəhətdən əsaslanmış normativlərin işlənib hazırlanmasında geniş istifadə edilir. İdarəetmənin qanunauyğunluqları bütün idarə fəaliyyətinə daxil olmaqla öz təsirini idarəetmənin prinsipində, idarəetmə sisteminin quruluşunda, idarəetmə işçilərinin əməyinin funksional bölgüsündə, idarəetmənin mexanizmində və metodlarında, prosesində, hətta onun iş stilində göstərir. Ona görə də həmin qanunauyğunluqlardan istifadə onlara təsir edən amillərin uçota alınmasından çox asılıdır. Odur ki, idarəetmənin qanunauyğunluqlarından istifadəyə sistemli yanaşmaq vacibdir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin