Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə62/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   58   59   60   61   62   63   64   65   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mikromarketinq – müəssisədaxili idarə sistemi olub, istehsalçı ilə istehlakçı arasında əlaqəni təmin edir.
Makromarketinq – cəmiyyətin daxili sistemi olub, bazarı idarə etməklə istehlakçıların yüksək tələbatlarını ödəmək məqsədi daşıyır.
Göstərilən iki məfhumun formalaşması marketinq fəaliyyətində bir sıra yeni yanaşmaların: sosial marketinqin, konsyumerizm, biheyvarizm və planlaşdırma stategiyasının meydana çıxmasına şərait yaratmışdır.
Sosial yanaşmada – marketinq fəaliyyətinin sferası xeyli genişdir, onun predmeti təkcə bazar deyil, həm də ictimai-siyasi fəaliyyətdir.
Sosial marketinqin məqsədi – marketinq taktika və texnologiyanın qeyri kommersiya fəaliyyətindən istifadə etməkdir.
Konsyumerizm – istehlakçıların hüquqlarını qoruya bilən sistem yaratmaq və həyata keçirməkdir.
Biheyvorizm – marketinqin istiqamətlərindən biri olub, əmtəələrin seçilib alınmasında istehlakçıların hərəkətinin psixoloji səmtlərini öyrənməyə qulluq edir.
Planlaşdırma strategiyası – (strateji marketinq) – müasir marketinqin və onun gələcəyinin zirvəsi hesab edilir ki, onun da əsas məzmunu – hər hansı idarəetmə qərarını qəbul edərkən xarici ölkələrdə, daxili ehtiyatlar arasında münasibətləri öyrənməkdir.
Yuxarıda göstərilən səmtlərə (yanaşmalara) yekun vursaq, belə nəticəyə gəlmək olar ki, marketinq fəaliyyətinin əsasında əmtəələrin işlənib hazırlanması, tədqiqatlar, əlaqələrin yaradılması, bölgünün təşkili, qiymətlərin müəyyənləşdirilməsi, servis xidmətlərinin inkişaf etdirilməsi kimi məşğuliyyətlər durur. Bu prosesin əsasını mübadilə təşkil edir ki, o da çoxlu zəhmət tələb edir. Deməli, satmaq istəyən hər kəs alıcıları axtarmalı, onların ehtiyaclarını aşkar etməli, müvafiq malları layihələşdirməli, onların bazara doğru irəlilətməli, anbarlaşdırmalı, daşımalı, qiymətləri razılaşdırmalı və s. Beləliklə, alıcı bazar şəraitində satıcı qarşısında baş qaldıran marketinq problemləri araşdırmalıdır.
Marketinq aşağıdakı bir sıra şəraitdə səmərəli və məqsədə uyğundur:
- əmtəə bolluğu və rəqabət hökm sürən bazar olduqda;
- əmtəə istehsalçıları üçün azadlıq;
- təsərrüfat rəhbərlərinin hazırlığı və marketinq üzrə mütəxəssislər olması;
- müxtəlif məlumatların toplanması üzrə maddi-texniki bazası olan mərkəzləşdirilmiş sistemin fəaliyyət göstərməsi;
- marketinq tədbirlərini həyata keçirməyə kömək edən ixtisaslaşdırılmış təşkilatın olması.
Beləliklə, marketinq tərkibində aşağıdakı istiqamətlər mövcuddur: istehsal vasitələrinin marketinqi; əmtəə istehlakçılarının marketinqi; xidmət marketinqi və ixrac marketinqi.
Marketinqin aşağıdakı bir sıra əsas prinsiplərini fərqləndirirlər:
- real alıcılarının tələbatlarını ödəmək üçün taktika və strategiyanın qarşılıqlı birliyini tətbiq etmək;
- dəqiq tədqiqatlara əsaslanan, çoxillik nəticələr əldə etməyə istiqamətlənmək;
- istehsal-satış fəaliyyətində son əməli nəticə əldə etmək məqsədə yönümlüyü.
Həmin prinsipləri həyata keçirmək üçün aşağıdakı tədbirlər icra edilməlidir:
1) təchizat mənbələrini, bazarı və xarici iqtisadi aləmi təhlil etmək;
2) faktiki və potensial alıcıları müəyyənləşdirmək;
3) planlaşdırılan yeni və mövcud əmtəələrin tərkibini araşdırmaq;
4) əmtəə hərəkətini və satışını stimullaşmasını təmin etmək;
5) tələbatın formalaşmasını və satışın stimullaşmasını təmin etmək;
6) qiymət siyasəti aparmaq;
7) ölkənin xarici əmtəələrə olan texniki və sosial tələbatını ödəmək;
8) sistem kimi marketinq fəaliyyətini idarə etmək.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin