Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Menecmentin təşkiletmə funksiyası



Yüklə 0,95 Mb.
səhifə63/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   59   60   61   62   63   64   65   66   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

10.4. Menecmentin təşkiletmə funksiyası.

“Təşkiletmə” anlayışı mövcud ədəbiyyatlarda əsasən idarəetmə fəaliyyətinin (prosesinin) təşkili kimi izah edilir. Təşkiletmə aşağıdakı məsələləri əhatə edir: idarəedən və idarəolunan sistemlərin, onların daxili struktur, əlaqələrinin formalaşması, istehsal proseslərinin ünsürlərinin yaradılması; idarəedən və idarəolunan sistemlərin konkret təşkilat strukturunun formalaşması üçün fəaliyyət normativlərinin (əməyin bölgüsü və kooperasiyası baxımından) işlənib hazırlanması; istehsal və əmək proseslərinin təşkili; idarəetmə sisteminin özünün təşkili ; idarəetmə işçilərinin əməyinin səmərəli təşkili v s. Deməli, təşkiletmə bütövlükdə idarədən və idarəolunan sistemlərarası, sistemdaxili münasibətlərin, əlaqələrin, proseslərin təşkili sistemidir. Beləliklə, təşkiletmə funksiyası iki: inzibati-təşkilati idarəetmə və operativ idarəetmə yolu ilə həyata keçirilir. İnzibati-təşkilati idarəetmə - firmanın idarə quruluşunu müəyyən etməyi, bütün bölmələr və funksiyalar arasında - əlaqəni, idarə aparatı işçilərinin hüquq və vəzifələrini təyin edir. Operativ idarəetmə - təsdiq edilmiş plana (tapşırığa) uyğun firmanın fəaliyyətini təmin edir. İnzibati-təşkilati idarəetmənin əsasını – idarə strukturu təşkil edir. İdarəetmə strukturu – dedikdə, idarə pillələrinin, halqalarının sayı, tərkibi və onların tabeçilik əlaqələri başa düşülür. İdarə aparatının quruluşu, idarəetmədə əmək bölgüsü forması olmaqla, idarə sisteminin yaradılması prosesinə və onun inkişafına fəal təsir göstərir.


Sənaye firmalarının idarəetmə strukturları təşkili öz müxtəlifliyi ilə fərqlənir, obyektiv amillər və şərtlərlə müəyyən edilir. Onlara firmanın miqyası (kiçik, orta, böyük); firmanın istehsal profili (bir məhsul üzrə ixtisaslaşmış və yaxud müxtəlif sahələrin geniş çeşiddən məhsulunu istehsal edən); istehsal edilmiş məhsulun xarakteri və istehsal texnologiyası (məhsul emal edən və çıxarı sahələr, kütləvi və seriyalı istehsallar); firmanın fəaliyyət sferası üzrə (yerli milli və xarici bazara yönəldilmiş); monopolist xüsusiyyətinə görə (konsern, maliyyə qrupu) və i. daxildir.
Müasir dövrdə elə idarə strukturları formalaşır ki, onlar mövcud idarəetmə prinsiplərinin və funksiyalarının tələblərinə cavab vermiş olsun. Əsrimizin 80-cı illərindən başlayaraq əsas meyl iri sahələrarası komplekslərin təşkilinə yönəltdirilmişdir. Kompaniyalarda struktur dəyişikliklərin aparılmasının başlıca amilləri aşağıdakılardır:
- yüksək rəqabət şəraitində EET təsiri ilə yeni növ məhsulun işlənib hazırlanması;
- qabaqcıl texnologiyanın intensiv şəkildə istehsalata tətbiqi;
- kompüter texnikasının bazasında yeni idarəetmə metodlarının istehsalata sistemi tətbiqi və s.
Müasir dövrdə idarəetmə strukturunun təşkilinin aşağıdakı yenidən qurulması istiqamətlərini fərqləndirmək lazımdır:

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin