Menecmentin marketinq funksiyası.
Ümumi funksiyaları araşdırarkən marketinq funksiyasının başlıca mahiyyəti ilə tanış olduq. Burada həmin funksiyanın təşkili məsələləri şərh ediləcəkdir. Marketinq – idarəetmə sistemi olub özünün prinsipləri, funksiyaları, strukturu, normativ və hüquqi aktları vardır.
Marketinq (muzketing) mövhumu ilk dəfə olaraq əsrimizin əvvəllərində ABŞ-da meydana çıxmışdır. O, ingilis sözü olub (bazar) və daha adekvat şəkildə “bazarda fəaliyyət”, mənaca geniş izah edildikdə “satış fəaliyyəti” mənasında başa düşülür.
İdarəetmə problemləri üzrə aparıcı nəzəriyyəçilərdən biri olan P.Dreyker yazır ki, “Marketinq bütün iqtisadi sahəni əhatə edir. Onun məqsədi müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun və özləri-özlərini satsınlar”. Lakin, burada satış öz əhəmiyyətini itirmir, marketinq kompleksinin daha geniş bir hissəsinə, yəni bazara yüksək dərəcədə təsir göstərmək üçün bir-biri ilə uzlaşdırılması zəruri olan marketinq vasitələrinin məcmusuna çevrilir.
Digər Amerika marketinkoloqları C.Evans və B.Berman öz kitablarında “Marketinq – qabağı görmək, insanların, təşkilatların əmtəə, xidmət üzrə tələblərini dəyişdirmək yolu ilə ödəmək və idarəetmə “kimi tərif vermişlər.
Marketinq fəaliyyətinin məzmunu və mahiyyəti bazarın inkişafının obyektiv şəraitini əks etdirir və firmanın elmi-texniki, istehsalat və satış fəaliyyətinin, bazarın və alıcılarının tələbatlarının ödəmək istiqamətinə yönəldir.
Müasir marketinqə olan tələbat 60-cı illərdə yaranmışdır. O, zaman iki amil mühüm rol oynamışdır. Bir tərəfdən elmi-texniki tərəqqinin rolu artmış, digər tərəfdən isə bazardakı əmtəə toxluğu tələbata fərdi yanaşma meylini ortaya çıxardı.
Marketinq – həm də müəssisələrin (formaların, kompaniyaların) idarə edilməsi və təşkilinin xüsusi formasıdır. Marketinq iki əsas funksiyasını həyata keçirir: bir tərəfdən istehsala mövcud və artan tələbatın ödənilməsinə yönəldir, digər tərəfdən – tələbatın formalaşması və stimullaşmasını təmin edir.
Marketinqin konsepsiyası – inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində müəssisələrin istehsal – satış fəaliyyətinin idarə edilməsi haqqında təqdim edilmiş, elmi əsaslandırılmış sistemdir. Həmin konsepsiyaya görə istehsalın təşkili və məhsulun satışı zamanı istehlakçıların və bazarın qabaqcadan görünə bilən tələbatları əsas götürülür.
Marketinqin konsepsiyası praktiki marketinqin metodologiyasının əsasını yaradır və ya fəaliyyəti obrazı kimi, marketinq-təsərrüfat fəaliyyətinin təşkilinin spesifik üsulu olub, istehlak bazarının aşkar edilməsi və qiymətləndirilməsi üzrə bütün funksiyaların inteqrasiyası və koordinasiyasına əsaslanır. Belə halda praktiki marketinq müəssisənin idarə edilməsinin mühüm funksiyası kimi çıxış edərək menecmentlə sıx uyğunlaşır.
Marketinq fəaliyyətinin təşkilinin bünövrəsi sayılan üç əsas yanaşmanı fərqləndirirlər: funksional, institutusyon (təlimatlandırıcı) və əmtəəyə görə.
Funksional yanaşma – müəssisənin elementlər üzrə satış fəaliyyətinin (topdansatış, daşınma və saxlama) təhlilinə əsaslanır. Bu vaxt əsas diqqət firmadaxili planlaşdırmaya yönəldilir.
İnstitutsyon yanaşma – istehsal olunmuş məhsulun pərakəndə satışında marketinq fəaliyyətinin bilavasitə rolunu göstərir.
Əmtəəyə görə yanaşma – yeni məmulatların işlənib hazırlanması və modernləşdirilməsinə əsaslanaraq onların alıcılıq qabiliyyətini hərtərəfli öyrənməyə əsaslanır. Bu şəraitdə marketinqin yeni elementi – marketinq tədqiqatı – yaranır ki, o da marketinqin bütün sonrakı fəaliyyətinin əsasını təşkil edir.
Son illər marketinqin iri firmalar sistemində geniş tətbiqi, firmadaxili idarə quruluşunun köklü dəyişilməsinə şərait yaradır ki, onun da əsasında xüsusi marketinq orqanı yaradılır və məhsul satışı üzrə bütün funksiyalar həmin orqana verilir. Belə şəraitdə idarəetmə marketinqi yaranır ki, onun da məqsədi – marketinq prinsiplərini aşağıdan yuxarıya bütün idarə səviyyələrinə yaymaqdan ibarətdir. Metodoloji baxımdan bu mərhələyə çatmaqla, marketinqin quruluşu və konsepsiya prosesi eləcə də kompleks şəkildə öyrənilməsi metodu yaranır və genişlənir. Belə olduqda beynəlxalq (qlobal) marketinqi öz başlanğıcını götürür ki, onun da məzmunu marketinqin prinsiplərini aşağıdan yuxarı, müəssisələrin idarə edilməsinin bütün səviyyələrində tətbiq etməkdən ibarətdir. Marketinqin bu növü 80-cı illərdən başlayaraq müxtəlif ölkələr arasında beynəlxalq ticarət və səyahət genişləndikcə geniş vüsad almışdır.
Sistemli tənlik terminologiyasında marketinq iki nöqteyi-nəzərdən baxılır: mikromarketinq və makromarketinq.
Dostları ilə paylaş: |