Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 28. Məcburi dövlət sosial sığorta haqqları üzrə uçot



Yüklə 73,96 Kb.
səhifə38/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   33   34   35   36   37   38   39   40   41
kitab (2)

Mövzu 28. Məcburi dövlət sosial sığorta haqqları üzrə uçot

Plan:

1.Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında anlayış
2.Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər
3.Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu
4.Məcburi dövlət sosial sığorta haqqının tutulma obyekti,sığorta haqqının dərəcələri

Ölkəmizdə sosial sığortanın təşkili məsələləri və müəssisədə sosial sığorta üzrə hesablaşma əməliyyatları “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə tənzimlənir.


Müəssisə təşkilatlarda çalışan işçilərin sosial sığortası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən təşkil edilir.Hər bir müəssisə DSMF-na əhalinin sosial müdafiəsi üçün əmək ödənişinə yönəldilmiş vəsaitlərin 15% -i həcmində sosial sığorta haqqı ödəyir.Bundan başqa müəssisə və təşkilatlarda çalışan bütün işçilər
aylıq əmək haqqının 10%-i həcmində DSMF-na haqq ödəyirlər.
DSMF-u müəssisələrin ayırdıqları vəsait və işçilərin əmək haqqından tutulmuş vəsait hesabına əhalinin sosial müdafiəsini müəyyənləşdirir.Belə ki,əmək qabiliyyətini müvəqqəti itirməyə görə işçilərə verilən müavinatlar,azyaşlı uşağa qulluq edilməsinə görə verilən tam və ya qismən ödənişli məzuniyyət məbləğləri,doğuşa görə verilən birdəfəlik müavinatlar və digər müavinət növləri DSMF-u hesabına ödənir.
Müasir dövrdə DSMF-da müəssisə və təşkilatlardan daxil olan sosial sığorta ödənişlərinin əlverişli uçotunu təşkil etmək üçün hər bir sığorta ödəyicisinə aid sosial sığorta kartlarından istifadə edilir.Burada hər bir ödəyicinin şəxsi hesabının analitik uçotu aparılır və analitik uçotun zəruri göstəriciləri ödəyicinin şəxsi sığorta kartında əks etdirilir.
Sosial sığorta üzrə hesablaşmaların sintetik uçotu 522 Nli “Sosial sığorta və təminat üzrə öhdəliklər”hesabında aparılır.Sosial sığorta üzrə hesablaşma əməliyyatları aşağıdakı mühasibat yazılışlarında əks olunur:

Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin