Mövzu 30.Sığorta təşkilatlarında daxili auditin aparılması qaydaları
Plan:
1.Daxili auditin məqsədi və təyinatı
2 Daxili audit zamanı nəzərə alınmalı olan risklər
3.Daxili auditlə bağlı tələb olunan sənədlər
4.Daxılı auditin aparılması ilə bağlı minimum tələblər.
Audit hərfi mənada “dinləyir”və ya “dinləyici” mənalarını verir. Audit aktivlərin,öhdəliklərin ,xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün,tam və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə iqtisadi subyektlərin qevvədə olan qanunvericiliyə uyğun surətdə tərtib etdikləri maliyyə hesabatlarının müstəqil yoxlanılmasını nəzərdə tutur. Auditin 2 forması vardır-daxili və kənar audit.
Nəzarət sisteminin ilkin forması olmaqla,daxili audit idarəetmənin əsas elementlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir.
“Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununa görə,daxili audit- təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması,nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda kömək edən obyektiv,təminatverici və məsləhətverici fəaliyyətdir.
Daxili audit müəssisə və təşkilatın tərkibində müstəqil struktur bölməsi və ya ştat vahidi kimi fəaliyyət göstərir və daxili nəzarət orqanı olmaqla,yalnız müəssisənin rəhbərinə nəticələr haqqında hesabat verir.
Daxili auditin məqsədi öz funksiyalarını daha səmərəli yerinə yetirməkdə müəssisə və təşkilatın üzvlərinə kömək etmək,onun işində zəif olan həlqələri üzə çıxarmaqdır.
Daxili auditin başlıca vəzifələri idarəetmənin bütün səviyyələrində müəssisə və təşkilatın təsərrüfat fəaliyyətinin bütün növlərinin işinin səmərəliliyini təmin etmək,habelə müəssisə və təşkilatın ,onun mülkiyyətçilərinin qanuni əmlak maraqlarını müdafiə etməkdir.Daxili auditor aşağıdakı vəzifələri həll edir:
- aktivlərin vəziyyətinə nəzarət və zərərlərə yol verilməməsi;
- sistemdaxili nəzarət prosedurlarının yerinə yetirilməsinin təsdiqlənməsi;
- daxili nəzarət sisteminin fəaliyyətinin səmərəliliyinin təhlili və informasiyanın işlənməsi;
- idarə olunan informasiya sistemindən alınmış informasiyanın keyfiyyətinin qiymətləndirilməsi.
Daxili auditin vəzifələrini həm də təsərrüfat subyektinin fəaliyyətinin fasiləsizliyi prinsipinə riayət olunmasının qiymətləndirilməsi baxımından təsnifləşdirmək olar.
Bu vəzifənin yerinə yetirilməsi prosesində daxili auditorlar:
- müəssisə və təşkilatın maliyyə- təsərrüfat fəaliyyətinin maliyyə-iqtisadi təhlilini aparırlar;
- meydana çıxan mənfi əlamətləri təhlil edir və müəssisənin gələcək fəaliyyətinə onların mümkün təsirini qiymıtləndirirlər;
- həmin əlamətləri doğuran səbəblər haqqında informasiya toplayırlar;
- informasiyanın müəssisə və təşkilatın rəhbərliyinə çatdırırlar;
- tövsiyələrin yerinə yetirilməsinə nəzarət edirlər.
Bütövlükdə,daxili auditin iki fuksiyasını fərqləndirirlər:nəzarət və məsləhətvermə.Daxili audit zamanı auditorlar,bir qayda olaraq,düzgünlük,obyektivlik,məxvilik və peşəkar səriştəlilik kimi,ümumən auditor fəaliyyətinin təməl prinsiplərini rəhbər tutmalıdırlar.