Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 7.Sığorta təşkilatlarında qısamüddətli aktivlərin uçotu



Yüklə 73,96 Kb.
səhifə10/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
kitab (2)

Mövzu 7.Sığorta təşkilatlarında qısamüddətli aktivlərin uçotu

Plan:

1.Qısamüddətli debitor borclarının uçotu

2.Pul vəsaitləri və onların ekvivalentlərinin uçotu.(kassa,yolda olan pul köçürmələri,bank hesablaşma hesabları və.s)

3.Sair qısamüddətli aktivlərin uçotu.

Qısamüddətli aktivlər dedik də xidmət müddəti 1 ilədək olan aktivlər başa düşülür.Qısamüddətli aktivlərə aşağıdakılar daxildir:

1.Ehtiyatlar

2.Debitor borcları

3.Pul vəsaitləri və onların ekvivalentləri

4.Qısamüddətli maliyyə aktivləri

5.Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

6.Sair qısamüddətli aktivlər

7.Sair aktivlər.

Müəssisənin aktivlərinin mühüm hissələrindən birini pul vəsaitləri təşkil edir.Mühasibat uçotunda müəssisənin pul vəsaitləri yerləşdikləri yerlərə görə aşağıdakı kimi qruplaşdırılır:


-kassada olan pul vəsaitləri
-bankda olan pul vəsaitləri
-yolda olan pul vəsaitləri
Pul vəsaitlərinin uçotu bu göstərilən qruplar üzrə aparılır.Hesablaşma əməliyyatları sığorta təşkilatlarınin fəaliyyətinin bir hissəsini təşkil edir.Hesablaşma əməliyyatlarına maddi dəyərlilərin alınması,sığortalılardan sığorta haqlarının daxil olması,dəymiş zərərə görə sığorta ödənişinin edilməsi,vergilərin hesablanması və ödənməsi üzrə büdcə üzrə hesablaşmalar və digər bu kimi hesablaşma əməliyyatları aid edilir.
Kassada olan pul vəsaitlərinin hərəkəti kassa mədaxil və kassa məxaric orderlərinin tərtib edilməsi ilə sənədləşdirilir.Kassaya pul vəsaiti daxil olarkən kassa mədaxil orderi,kassadan pul vəsaiti xərclənərsə,kassa məxaric orderləri tərti olunur. Kassa mədaxil və məxaric orderləri xüsusi kitabda qeyd olunur.Kassada olan pul vəsaitinin uçotu221 N-li “Kassa” hesabında aparılır.Bu hesab aktiv olub,kassaya pul vəsaitlərinin daxil olması əməliyyatları onun debetində,məxaric əməliyyatları isə kreditində əks olunur.
Bankda olan pul vəsaitlərinin sənədləşdirilməsi əməliyyatları nağdsız hesablaşmaların aparılması qaydalarına müvafiq olaraq aparılır.Həmin qaydalara uyğun olaraq ,bankda olan pul vəsaitlərinin hərəkəti ödəniş tapşırığı,ödəniş tələbnaməsi,avizo,akkreditiv və digər bu kimi bank sənədləri etməklə sənədləşdirilir.Onlardan daha çox rast gəlinən sənəd ödəniş tapşırığıdır.Ödəniş tapşırığı özünə məxsus olan pul vəsaitini bankda saxlayan müəssisənin həmin vəsaitdən sənəddə göstərilən məbləğin başqa bir müəssisəyə köçürülməsi haqqında banka verdiyi tapşırığı əks etdirir.

Qısamüddətli debitor borcları aşağıdakı hallarda yarana bilər:


1.Malların satıçı üzrə qısamüddətli debitor borcları
2.Xödmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları
3.Tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları
4.Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları
5.Sair gəlirlər üzrə qısamüddətli debitor borcları
Qısamüddətli debitor borcları 12 ay ərzində əldə edilməsi gözlənilən borclardır.
Qısamüddətli maliyyə aktivlərinə aşağıdakılar aid edilir:
1.Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar
2.Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar
3.Verilmiş qısameddətli borclar
4.Digər qısamüddətli investisiyalar
Sair qısamüddətli aktivlərə isə,verilmiş qısamüddətli avanslar,təhtəlhesab məbləğlər və digər qisamüddətli aktivlər aid edilir.



Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin