Mövzu 8. Kapital ehtiyatlarının uçotu
Plan:
1.Ödənilmiş nominal(Nizamnamə)kapitalının uçotu
2.Geri alınmış kapitalın (səhm) uçotu
3.Yenidənqiymətləndirmə zamanı yaranan kapitalın uçotu
4.Məzənnə fərqləri üzrə ehtiyat kapitalının uçotu
5.Bölüşdürülməmiş mənfəətin(ödənilməmiş zərərin)uçotu
Kapital latınca “capitalis” sözündən olub, “baş” və ya “əsas” deməkdir.Mühasibat uçotu nöqteyi-nəzərindən kapital müəssisənin əmlakının əmələ gəlməsinin mühüm mənbəələrindən biri olub,müəssisənin özünə məxsus olan əmlakın məcmu məbləğini göstərir.Müəssisənin kapitalının məbləğ etibarı ilə həcmi mühasibat uçotunun əsas bərabərliyinə,yəni mühasibat balansında xarakteriza olunan aşağıdakı bərabərlikdə daha yaxşı nəzərə çarpır”
Dostları ilə paylaş: |