Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 14. Sığorta təşkilatlarında mənfəətin(zərərin)uçotu



Yüklə 73,96 Kb.
səhifə19/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
kitab (2)

Mövzu 14. Sığorta təşkilatlarında mənfəətin(zərərin)uçotu

Plan:

1.Sığorta təşkilatlarında mənfəətin yaranması
2.Mənfəət və zərərlərin uçotunun aparılma qaydası
3.Mənfəət vergisi üzrə xərclərin uçotu
4.Təxirəsalınmış mənfəət vergisinin mahiyyəti və xərclərin uçotu

Sığorta təşkilatlarının maliyyə nəticələrinin ,başqa sözlə desək,mənfəət və zərərlərin uçotu yeni mühasibat uçotunun hesablarına əsasən 801 N-li “Ümumi mənfəət(zərər)”sintetik hesabında aparılır.Müəssisənin hesabat dövrü ərzindəki gəlirləri bu hhesabın kreditində,xərcləri isə debetində əks etdirilir.


Müəssisə və təşkilatlarda təsərrüfat fəaliyyətinin
xüsusiyyətlərinə və təşkilatın daxili struktur qruluşuna görə mənfəət və zərərlərin uçotunun əlverişli formada təşkil edilməsi məqsədilə müxtəlif subhesalardan istifadə edilə bilər.
Hesabat dövrü ərzində sığorta təşkilatlarının əldə etdiyi mənfəət iki hissəyə bölünür:
1. Mənfəət vergisi
2. Təşkilatın sərəncamında qalan mənfəət
Mənfəətin bu qaydada iki hissəyə ayrılması büdcəyə mənfəət üzrə verginin vaxtlı-vaxtında ödənilməsi zəruriliyindən irəli gəlir. Hesabat rübünün sonunda büdcəyə hesablanan və ödənilən mənfəət vergisi avans xarakteri daşıyır və ilin sonuna müvafiq qaydada tənzimlənir.Mənfəətin əsas bölgüsü ilin sonunda aparılır.Bu zaman müəssisənin sərəncamında qalan mənfəət müəssi rəhbərinin əmri,idarə heyətinin və ya səhimdar cəmiyyətinin qərarı əsasında müxtəlif istiqamətlərə bölünür.Müəssisənin sərəncamında qalan mənfəət məbləği balans mənfəəti ilə mənfəət vergisi məbləğinin fərqi kimi hesablanır. Məsələn:
Sığorta şirkətinin illik balans mənfəət məbləği 80.000 man. təşkil edir. Büdcəyə ödəniləcək mənfəət vergi məbləği 16.000 man.( 80.000x20%=16.000) təşkil edir. Sığorta şirkətinin sərəncamında qalan sərbəst mənfəət məbləği 64.000 man.olacaqdır. Yəni, 80.000 – 16.000= 64.000 man.
Vergi Məcəlləsinin 121-ci maddəsində göstərilir ki,müəssisə illik təsərrüfat fəaliyyətini zərərlə başa vurduğu halda ,zərərin məbləği növbəti 3 il müddətində əldə edilmiş mənfəət hesabına illər üzrə məhdudiyyət qoyulmadan silinə bilər.Yəni müəssisəyə imkan verilir ki,il ərzində təsərrüfat fəaliyyətinin maliyyə nəticəsi olaraq aldığı zərərin məbləğini növbəti ilin balans mənfəəti (mənfəətin vergi tutulmamışdan əvvəlki məbləği)hesabına silsin.Əgər növbəti ilin balans mənfəətinin məbləği zərərin ödənməsi üçün kifayət etməzsə,onda zərərin qalan məbləği ikinci növbəti ilin balans mənfəəti hesabına silinir.
Zərərin ödənilməsinə növbəti 3 ilin mənfəətinin məbləği kifayət etmədiyi halda zərərin qalan məbləği müəssisənin öz vəsaitləri hesabına silinməlidir.Bu halda birinci növbədə müəssisənin keçmiş illərdən qalmış bölüşdürülməmiş mənfəəti olarsa həmin məbləğ,ikinci növbədə müəssisənin kapital ehtiyatları qismində uçota alınmış müxtəlif təyinatlı ehtiyatların və fondların məbləği zərərin ödənilməsinə istifadə edilir.
Zərərin ödənilməsinə bütün bunlar da kifayət etmədiyi halda qalan məbləğ müəssisənin nizamnamə kapitalının azaldılması hesabına sılınməlidir.Əgər bütün bu göstərilən maliyyə mənbələri zərərin ödənməsi üçün kifayət etməzsə,onda müəssisənin ləğv edilməsi məsələsi müzakirə edilməli,onun sərəncamında olan əmlakın satılaraq,kreditor borclarının ödənilməsi yolları araşdırılmalıdır.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin