Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası



Yüklə 73,96 Kb.
səhifə22/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
kitab (2)

Təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olan ilkin sığortaçı və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış)riskləri təkrarsığortalayan tərəf.
Təkrarsığortalı- sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən sığortaçı və ya təkrarsığortaçı.

Sığorta təşkilatlarının müflisləşməsinin qarşısını almaq və böyük itkilər zamanı sığortalananların itkilərinin ödənilməsinə təminat vermək üçün riskin müəyyən hissəsinin yenidən sığortalanmasından istifadə olunur.


Sığortaçılar qəbul etdikləri yüksək riskli sığorta öhdəliklərinə görə sığortalılara etibarlı sığorta təminatı yaratmaq məqsədilə,öz maliyyə ikmanlarını nəzərə alaraq qəbul etdikləri risklərin bir hissəsini başqa sığorta şirkətində təkrar sığortalamağa borcludurlar. Təkrarsığorta əməliyyatlarının həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və eləcə də beynəlxalq sığorta təcrübəsində geniş tətbiq olunur.
Təkrarsığortanın bir iqtisadi münasibətlər sistemi kimi mahiyyəti eyni riskə görə məsuliyyətin bir neçə sığortaçı arasında bölüşdürülməsindən ibarətdir.
İqtisadi nöqteyi-nəzərdən təkrarsığorta ikili rol oynayır.İlk növbədə o sığortaçının kapitalının həcmini artırır və təkcə sığorta ehtiyatlarını deyil,onun bütün aktivlərini bir neçə dəfə üstələyən riskləri sığortaya qəbul etməyə imkan verir. Digər tərəfdən isə ,təkrarsığorta sığortaçıya onun maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilən həddindən artıq ödəmələrdən azad olmağa imkan verir,sığorta portfelini balanslaşdırır – sığorta ödənişləri məbləğinin məcmu məbləğini əvvəlcədən müəyyənləşdirə bilməyə imkan verir.
Təkrarsığorta (yenidən sığorta) müqavilələri 2 əsas qrupa bölünür:
1.proporsional
2.qeyri-proporsional
Birinci müqaviləyə knot və eksedent və yaxud da eksedent məbləğinin müqavilələri,ikinci müqaviləyə isə eksedent-zərər və eksedent zərərlilik üzrə müqavilələr daxil edilir.Adı çəkilən müqavilələr əsas müqavilələrdir.
Kvot müqaviləsinin şərtlərinə əsasən sığorta kompaniyası yenidənsığorta ilə razılaşdırılmış paya uyğun olaraq, sığortanın müəyyən növü və ya qarışıq sığorta qrupları üzrə sığortaya qəbul edilən riskləri yenidənsığortaya qəbul edir.
Eksedent müqaviləsi üzrə olan yenidənsığorta mexanizminin təyinedici amillərindən biri də sığorta kompaniyası tərəfindən iqtisadi cəhətdən əsaslandırılmış məbləğin əlavə şəkildə saxlanmasından ibarətdir.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin