Mövzu 20. Aktivlərin və öhdəliklərin inventarizasiyası
Plan:
1.İnventarizasiya haqqında anlayış,onun növləri və aparılma müddəti
2.İnventarizasiyanın aparılmasında məqsəd
3.Aktuvlərin və öhdəliklərin inventarizasiyasının aparılması məcburi olan
hallar.
4.İnventarizasiyanın nəticələrinin müəyyən edilmə mərhələləri
5.Sığorta təşkilatlarında inventarlaşmanın uçotda əks etdirilməsi
Bütün müəssisə və təşkilatlarda olduğu kimi sığorta təşkilatlarında da ,Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanuna əsasən və inventarlaşdırmanın aparılmasına aid təlimata əsasən .əsas vəsaitlərin,əmtəə-material dəyərlərinin,pul vəsaitlərinin və hesablaşmaların inventarizasiyası aparılır.
İnventarlaşma-müəssisənin mühasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olunması formasıdır. İnventarizasiya bütün təsərrüfat əməliyyatlarının və onun düzgün icra olunmasını müəyyənləşdirir.
İnventarizasiya iki formada aparıla bilər: planlı və qıflətən.
Planlı formada aparılan inventarizasiya ilin sonunda müəssisə rəhbərinin əmri əsasında aparılır və onunnəticələri illik mühasibat hesabatlarına əlavə olunur.Qəflətən inventarizasiya isə dövlət orqanları tərəfindən (vergi,prokurorluq və.s) aparılan inventarizasiyadır.Bu yoxlamada inventarizasiya tam və qismən aparıla bilər. Tam inventarizasiya hər bir obyektin dəqiq sayılıb yoxlanmasıdır. Qismən inventarizasiya isə təqribi yoxlamanı əks etdirir.
İnventarizasiyanın qarşısında aşağıdakı vəzifələr qoyulur:
- əsas vəsaitlərin,əmtəə-material dəyərinin,pul vəsaitinin,qiymətli kağızların faktiki qalığının müəyyən edilməsi;
- material dəyərləri və pul vəsaitlərinin qorunub saxlanması üzərində nəzarət;
- tam və qismən öz keyfiyyətini itirmiş ,forması və modası köhnəlmiş əmtəə-material dəyərinin müəyyənləşdirilməsi;
- müəssisə balansında əks olunmuş obyektlərin real vəziyyətini yoxlamaq.
İnventarizasiyanın aparılması nəticəsi aktla rəsmiyyətə salınır.Nəticələr sənədləşdirildikdən sonra,nəticə göstəriciləri mühasibatlığa təqdim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşiliqli yoxlama aparılır.Qarşılıqlı yoxlama əsasında inventarizasiyanın son nəticəsi müəyyən olunur.
inventarizasiya nəticəsində müəyyən olunmuş əmtəə-material dəyərləri ilə mühasibat uçotu qalıqlarında əmələ gəlmiş fərqlər mühasibat uçotu hesablarında aşağıdakı qaydada əks olunur:
-mövcud qanunçuluğa uyğun olan norma daxilində itkilər müəssisə rəhbərinin sərəncamı əsasında 201”Material ehtiyatları” 202 “İstehsal ehtiyatları” 721”İnzibati xərclər” 221”Kassa” və.s. hesabların debetində,208 “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər”hesabının kreditinə yazılışlar aparılır.
Mühasibat uçotu üzrə əməliyyatların yazılışları inventarizasiya aparılan ayın hesabında əks olunmalıdır.
Dostları ilə paylaş: |