Sığorta hadisəsi- qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortaliya,sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan ,sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığorta statistikasında zərərin tezliyinə təsir edən amillərin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Bəzən baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərər sığortalanmış əmlakın sığorta dəyərinə bərabər olur.Bu cür zərəri tam zərər adlandırırlar,Lakin çox hallarda ,baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərər əmlakın sığorta dəyərindən kişik olur. Belə halda həmin zərəri qismi zərər adlandırırlar.
Sığorta statistikasının kıməyi ilə əmlak sığortasının və məsuliyyət sığortasının bütün növləri üzrə zərərin tezliyi və sığorta məbləğinin zərərliliyi müəyyən edilir.
Sığorta işində statistik müşahidələr aşağıdakı əsas əlamətlərə görə aparılır.
- zərərin baş verdiyi zaman və yer;
- zərərin səbəbləri;
-sığorta təminatı;
- zərərin ləğv edilməsinə çəkilən xərclər;
- sığorta məbləği və sığorta dəyəri;
-sığorta obyektlərinin riskli qrupu.
Bu göstəricilərin əsasında nisbi göstəricilər təyin edilə və xüsusi cədvəllər tərtib oluna bilər.
Könüllü sığortalanmanın riskli növlərinin inkişafı üzərində nəzarət etməkdən ötrü bağlanan müqavilələrin miqdarının statistik uçotu tələb olunur.Bu cür uçot “Könüllü sığortalanma müqavilələrinin uçotu”dəftərində aparılır.Bu dəftərdə növlər və ya oxşar sığortalanma obyektləri üzrə qruplaşması nəzərdə tutulur.
Sığorta təşkilatları statistik hesabatı statistik və mühasibat uçotunun nəticə göstəriciləri əsasında tərtib edir və müəyyən olunmuş müddətdə müvafiq ünvanlara təqdim edir.Hesabat dövründən asılı olaraq statistik hesabat cari və illik olur.