Mövzu 25.Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Plan:
1.Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
2.İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
3.Maliyyələşdirmə fəaliyyətindəm yaranan pul vəsaitlərinin hesabatı
4.Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması üzrə hesabat
Pul vəsaiti,digər müəssisədə kapital aləti (yəni,bir qayda olaraq sıhmlər)digər müəssisədən pul vəsaiti almaq üzrə müqavilə hüququ ,müəssisənin əlverişli şərtlər əsasında öz maliyyə aktivlərini və öhdəliklərini mübadilə etməsi üzrə müqavilə hüququ,müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında qəbul etməsini tələb edən müqavilə hüququ,müəssisənin öz səhmlərinin sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə maliyyə aktivləri hesab olunur.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim olunması “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə” Milli Mühasibat Uçotu Standartlarınin tələblərinə uyğun olaraq həyata keçirilir.
Pul vəsaitləri nağd pul vəsaitləri,bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.Pul vəsaitlərinin ekvivalentləri qısa ödəniş müddətinə,yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan,pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və bu aktivlər üzrə dəyərin dəyişməsi riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlardır.Pul vəsaitlərinin hərəkəti ,pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil oıması və xaric olmasıdır.Pul vəsaitlərinin hərəkəti 221 “kassa” 223 “hesablaşma hesabı 225 “Pul vəsaitlərinin ekvivalentləri” hesablarında əks olunur.
Əməliyyat fəaliyyəti müəssisənin əsas gəlir gətirən,habelə,investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətidir.
İnvestisiya fəaliyyəti kreditlərin və faiz xərclərini yaradan digər borcların verilməsi və geri alınması,uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaric olmasıdır.
Maliyyələşdirmə üzrə fəaliyyət müəssisənin mülkiyyətçilərinin qoyuluşları və mülkiyyətçilər arasında kapitalın bölüşdürmələri,habelə üçüncü tərəfdən borcların alınması və onların geri ödənilməsidir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti,investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyət kimi təsnifləşdirilən pul vəsaitlərinin hərəkəti müəyyən hesabat dövrü üzrə təqdim olunmalıdır.Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın formasına ən azı aşağıdakı maddələr üzrə düzəlişlər.dəyişikliklər daxil edilməlidir:
a)hesabat dövründə xalis mənfəət və ya zərər
b)aşağıdakı maddələr üzrə düzəlişlər;
1.azlıq təşkil edən mülkiyyətçilərin payı
2.fövqalədə gəlirlər və xərclər
3.mənfəət vergisi üzrə xərclər
4.qeyri-pul maddələri üzrə gəlirlər və xərclər
5.investisiya fəaliyyətinə və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr.
Müəssisə investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin daxil olmalarının və xaric olmalarının əsas növləri haqqında məlumatı ayrıca təqdim etməlidir.
Dostları ilə paylaş: |