Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 24. Kapitalda dəyişikliklər haqqında hesabat



Yüklə 73,96 Kb.
səhifə32/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
kitab (2)

Mövzu 24. Kapitalda dəyişikliklər haqqında hesabat

Plan:

1.Kapitalda dəyişikliklər haqqında hesabatda təqdim edilməli komponentlər
2.Kapitalın tanınması və qiymətləndirilməsi
3.Geri alınmış kapitalın uçotu
4.Kapitalın saxlanılması üzrə düzəlişlər
5.Kapitalda dəyişikliklər haqqında hesabatın tərtib olunma forması.


Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra ,müəssisənin aktivlərinin dəyəridir. Bütün öhdəliklər çıxıldıqdan sonra,müəssisənin aktivlərindəki qalıq payını tədiqləyən hər hansı müqavilə kapital aləti adlanır.
Kapitalın uçotu aşağıdakı əməliyyatları nəzərdə tutur:
a)müəssisənin yaradılmasını,səhimlərin buraxılmasını və ödənilməsini
b)yeni səhimlərin buraxılması və ya buraxılmış səhimlərin geri alınması kimi müəssisə və səhimdarlar arasında hər hansı sonrakı əməliyyatları;
c)dividentlərin və onlara oxşar məbləğlərin ödənilməsini;
d)kapital ehtiyatlarının yaradılmasını və istifadə edilməsini;
e)hesabat dövrünün xalis mənfəətinin bölüşdürülməmiş mənfəətə köçürülməsini;
Mühasibat balansında kapitalda dəyişikliklər haqqında hesabatda aşağıdakı komponentlər təqdim edilməlidir:
-ödənilməmiş nizamnamə kapitalı
-emissiya gəliri
-geri alınmış kapital (səhimlər)
-kapital ehtiyatları
-bölüşdürülməmiş mənfəət
Müəssisənin buraxılmış nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək tam ödənilməlidir.Müəssisə yaradıldıqdan sonra yeni səhmlər buraxıldıqda,müəssisənin əlavə buraxılmış nizamnamə kapitalı müəyyən vaxt ərzində ödənilməmiş qala bilər.Bu zaman,kapitalın ödənilməmiş hissəsi ödənilməmiş nizamnamə kapitalı kimi qeydə alınmalıdır.
Müəssisə geri alınmış səhimləri sonrakı dövrlərdə yenidən buraxmaq və ya tam ləğv etmək məqsədilə tutub saxlayırsa,bu səhimlər ödənilmiş nizamnamə kapitalı və emissiya gəlirinin cəminin alınması kimi göstərilir və ayrıca uçota alınırlar.
Geri alınmış kapital (səhimlər)onun geri alınması üçün ödənilmiş pul vəsaitləri və ya onların ekvivalentləri məbləğində qiymətləndirilir.
Kapitalın saxlanılması üzrə düzəlişlərin üç növü mövcuddur:
- yenidən qiymətləndirmə ilə bağlı gəlirlər və xərclər;
-əsas cəmiyyətin birləşdirilmiş maliyyə hesabatlarının hazırlanması zamanı yaranan məzənnə fərqləri;
-əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı gəlirlər və xərclər.
Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı və müəssisənin bölüşdürülməmiş mənfəətinə düzəlişlər kimi tanınan gəlirlərin və xərclərin uçot qaydaları müvafiq Milli Mühasibat Uçotu Standartı ilə tənzimlənir.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin