Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası



Yüklə 73,96 Kb.
səhifə31/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
kitab (2)

Giriş balansı – müəssisə yaradılmış tarixə ,nizamnamə fondu əsasında tərtib olunur.
Cari balans- müəssisənin fəaliyyətdə olduğu bütün dövrlərdə tərtib olunur
Bölüşdürmə balansı- böyük müəssisələrin bir neçə müəssisəyə ayrılması ilə əlaqədar tərti olunur.
Birləşmə balansı-bir neçə müəssisənin bir müəssisə tabeçiliyində birləşməsi ilə əlaqədar olaraq tərtib olunur
Ləğv olunma balansı- müəssisənin ləğv olunma tarixinə tərtib olunur.

Balans göstəriciləri müəssisənin dövriyyə-qalıq cədvəlindən və ya baş kitabında olan qalıq məbləğlərindən götürülür.



Mövzu 23. Mənfəət və zərər haqqında hesabat

Plan:

1.Müəssisənin maliyyə fəaliyyəti nəticələrinin təhlilinin iqtisadi əhəmiyyəti
2.Gəlirlər və xərclər üzrə maiyyə fəaliyyətinin nəticələri
3.Mənfət və zərər hesabatının hesablama üsulu
4.Mənfəət və zərər hesabatına informasiyanın daxil edilməsi
5.Mənfəət və zərər hesabatının funksiyalar və xüsusiyyətlər üzrə formaları

Sığorta şirkətlərinin fəaliyyətinin mürəkkəb və çoxcəhətli olması maliyyə nəticəsinin təyin edilməsini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirir.Maliyyə nəticəsi müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yekununu ifadə edir.


Sığortada maliyyə nəticəsi ənənəvi olaraq müəyyən dövr ərzində gəlir və xərclərin müqayisə olunmasına əsasən təyin edilir.Bu üsul sığortaçıların gəlirinə vergi qoyulması üçün nəzərdə tutulan maliyyə nəticələrinin hesablanmasına tətbiq olunur.
Sığorta təşkilatının mənfəət və zərərlər haqqında hesabatı sığortaçının balansına daxil olan və il ərzində nəşr olunan hesabat formasıdır.
Sığorta təşkilatlarında mənfəət və haqqında hesabata ən azı aşağıdakı maddələr daxil edilməlidir:
a)əsas gəlir
b)əməliyyat fəaliyyətinin nəticələri
c)maliyyələşdirmə üzrə məsrəflər
d)iştirak payı metodu ilə uçota alınmış birgə müəssisələrin və asılı müəssisələrin mənfəətində və ya zərərində əsas müəssisənin payı
e)mənfəət vergisi üzrə xərclər
ə)adi fəaliyyətdən mənfəət və ya zərər
f)fövqalədə müddəlar
g)azlıq təşkil edən mülkiyyətçilərin payı
v)hesabat dövründə xalis mənfəət və ya zərər.
Bu göstərilən maddələr üzrə informasiya təqdim edildikdə müəssisə yeni standartın 4 və ya 5 N-li Əlavələrinə müvafiq olaraq müəyyən edilmiş “Mənfəət və zərər” haqqında hesabatın formatını qoruyub saxlamalıdır.Yuxarıda göstərilmiş maddələrin adlarının dəyişdirilməsinə yalnız müvafiq Milli Mühasibat Uçotu Standartları (MMUS) ilə tələb olunduğu zaman yol verilir.
Sığorta təşkilatları mənfəət və zərər haqqında hesabatda və ya onun qeydlərində müəssisə çərçivəsində xərclərin funksiyasına və ya məsrəflərin xarakterinə əsaslanan təsnifatından istifadə edərək xərclərin təhlilini təqdim etməlidir.
Xərc maddələri sabitlik,proqnozlaşdırma və gələcək iqtisadi səmərə yaradacaq potensial imkan faktorları kimi bir-birindən fərqlənən komponentləri ayırmaq məqsədi ilə yarım maddələrə bölünür.Bu informasiya iki üsuldan birinin istifadəsi ilə təqdim edilir.
Birinci təhlil metodu – məsrəflərin xarakteri metodu adlanır.Xərclər mənfəət və zərər haqqında hesabatda xarakterinə görə birləşdirilir və müəssisənin müxtəlif funksiyaları üzrə bölüşdürülmür.(məsələn.tikili və avadanlıqların amortizasiyası,istifadə edilmiş materialların dəyəri,nəqliyyat xərcləri.reklam xərcləri,əmək haqqı və.s.)
İkinci təhlil metodu- xərclərin funksiyası metodu və ya satışın maya dəyəri metodu adlanır.Burada xərclər funksiyasına müvafiq olaraq satıçın maya dəyəri,kommersiya xərcləri və inzibati xərclər kimi təsnifləşdirilir.
Xərcləri funksiyasına görə təsnifləşdirən sığorta şirkətləri,xərclərin xarakteri barədə əlavə informasiyanı,o cümlədən,maddi və qeyri-maddi aktivlərin amortizasiya xərcləri və işçi heyətinin saxlanılması üzrə xərcləri açıqlamalıdır.
Sığorta şirkətləri üzrə dövrün sonunda gəlir və xərc hesabları 801 N-li hesabla bağlanır. Bu zaman aşağıdakı mühasibat yazılışları tərtib olunur:

DT 801 KT 701,702,703


DT 601 KT 801.
deməli 801 N-li hesabın debetində sığorta şirkətinin xərcləri,kreditində isə gəlirləri əks etdirilir.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin