DT 201 – KT 522 dövriyyə vəsaitlərinin daşınmasında,tədarükündə
DT 202 - KT 522 əmək haqqı məbləğindən hesablanıb
DT 721- KT 522 inzibati idarəetmə işçilərinin əmək haqqından hesab.
DT 711- KT 522 ticarət.iaşə müəssisələrində işləyən işçilərin əmək
haqqından hesablanıb
DT522- KT 223 hesablanmış sosial sığorta ayırmaları DSMF-nun
hesabına köçürülüb.
İşçilərin əmək haqqından DSMF –na tutulmuş haqqın məbləği 533.1 N-li “Əmək ödənişi üzrə borclar” subhesabının debetində və 522.1 N-li subhesabın kreditində əks olunur.Hesablanmış və ödənilmiş tutulmalar aşağıdakı yazılışlarla əks edilir:
DT 533.1 KT 522.1
DT 522.1 KT 223.
Sosial sığorta üzrə hesablaşmaların analitik uçotu K-29 formalı kitabda aparılır.
Mövzu 29. Məcburi Dövlət sosial sığorta haqları üzrə hesabat
Plan:
1.Məcburi dövlət sosial sığorta haqları üzrə hesabat
2.Rüblük və illik hesabatların hazırlanması və təqdim olunması
3.Sığorta qaydalarının pozulmasına görə məsuliyyət növləri
4.Sığorta haqqlarının ödənilməsinə və hesabatların təqdim edilməsinə nəzarət ‘
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il tarixli 440 Nli əmri ilə təsdiq olunmuş qərara əsasən “Məcburi dövlət sosial sığorta haqlarının toplanması Qaydalarına “ əsasən,bütün müəssisə və təşkilatlar DSMF orqanına hər rüb və hər il hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat(məcburi dövlət sosial sığorta sistemində sğorta edənlər kimiuçotu aparılan sahibkarlıq fəaliyyəti subyektləri üzrə”Sığortaedənin AzərbaycanRespublikasının DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük illik hesabat)təqdim etməlidirlər.
Hər rüb üçün hesabat həmin rübdən sonra gələn ayın 20-dən gec olmayaraq DSMF orqanlarına təqdim etməlidirlər,
Yeni qanunvericiliyə əsasən həmin hesabatlar 01 yanvar 2019-cu ildən etibarən müəssisənin qeydiyyatda olduğu Vergi orqanlarına təqdim olunacaqdır. Hesabatların təqdimatını asanlaşdırmaq üçün “Elektron imza” və “ASAN imza” vasitələri ilə aparılması təmin olunmuşdurş
Məcburi dövlət sosial sığorta haqqında hesabat müəssisənin mühasibi tərəfindən tərtib olunur.Tərtibat qaydalarına əsasən hesabat formaları B1 və B2 nömrəli hesabat formalarına ayrılır.
Bu hesabat formalarında əsasən dövr ərzində müəssisədə çalışan işçilərin siyahı sayı,aylar üzrə ümumi əmək haqqı fondunun məbləği,aylar üzrə ayrı-ayrılıqda hesablanmış 15% və 10% məbləğlər və hesablanmış məbləğlərin DSMF-nın hesabına köçürülmə tarixləri-ödəniş tapşırıqlarının N-i ilə.
Hesabatın vaxtında təqdim olunmasına doğru məlumatların yazılmasına müəssisənin baş mühasibi cavabdehlik daşıyır.Vaxtında hesabatların tıqdim olunmadığı halda və ya doğru məlumatlar verilmədiyi halda .qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq müəssisə və müəssisə rəhbərliyi(müəssisənin rəhbəri və baş mühasib) cərimə olunurlar.
Hesabatlarda mətndə düzəlişlər edilməsi və müəyyən olunmuş qaydaya uyğun
olmayan tərzdərəqəm göstəricilərində düzəlişlər edilməsinə icazə verilmir.
Dostları ilə paylaş: |