Geri alınmış kapital(səhm)-sonrakı dövrlərdə yenidən buraxılması qçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış öz səhmləridir.Müəssisə geri alınmış sıhimləri sonrakı dövrlərdə yenidən buraxmaq və ya tam ləğv etmək məqsədilə tam tutub saxlayırsa,bu səhimlər ödənilmiş nizamnamə kapitalı və emissiya gəlirinin cəminin azalması kimi göstərilir və ayrıca uçota alınır.
Emissiya gəliri-səhimlərin nominal dəyəri ilə satış məbləği arasında olan fərqdir.
Mövzu 9.Sığorta təşkilatlarında uzunmüddətli öhdəliklərin uçotu
Plan:
1.Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu
2.Sığorta müqavilələri üzrə uxunmüddətli öhdəliklər
3.Təxirə salınmış vergi(mənfəət vergisi)öhdəlikləri
4.Uzunmüddətli kreditor borclarının uçotu
5.Sair uzunmüddətli öhdəliklərin uçotu.
Sığorta şirkətlərində aktivlərin əmələ gəlmə mənbəələrindən biri də uzunmüddətli öhdəliklərdir.Üzunmüddətli ehtiyatlara aşağıdakılar daxildir:
1.Sığorta ehtiyatları
2.Uzunmüddətli faiz xərcləri yaradan ehtiyatlar
3.Uzunmüddətli qiymətləndirilmiş ehtiyatlar
4.Təxirə salınmış vergi öhdəlikləri
5.Kreditor borcları
6.Sair uzunmüddətli öhdəliklər
7.Təkrarsığorta üzrə öhdəliklər
8.Sair öhdəliklər.
Öhdəlik-müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatlarının(resurslsrının)müəssisədən kənara axını ilə nəticələnən mövcud vəzifəsidir.
Dövriyyə kapitalının uzunmüddətli maliyyələşdirilməsini təmin edən və on iki ay ərzində ödənilməsi məcburi sayılmayan faiz xərcləri yaradan öhdəliklər uzunmüddətli öhdəliklər hesab olunur.Aşağidakı hallarda müəssisə faiz xərcləri yaradan uzunmüddətli öhdəliklərini ,hətta onlar hesabat tarixindən sonra 12 ay ərzində ödənilməlidirsə də,uzuzmüddətli öhdəliklər kimi təsnifləşdirməkdə davam etməlidir:
Öhdəliklərin ilkin ödənilmə müddəti on iki aydan artıq dövrü əhatə etdikdə
Müəssisə öhdəliklərinin uzunmüddətlilik əsasında yenidən maliyyələşdirilməsini nəzərdə tutduqda
Bu niyyət maliyyə hesabatlarının təsdiq olunmasına qədər bağlanmış yenidən maliyyələşdirmə və ya ödənişlər qrafikinin dəyişdirilməsi barədə müqavilə ilə əsaslandırıldıqda.
Bəzi borc sazişləri,borcalanın maliyyə vəziyyəti ilə bağlı şərtlər pozulduqda onun uzunmüddətli öhdəliklərinin tələblərə əsasən ödənilən öhdəliklərə çevrilməsi hallarını müəyyən edən müddiaları daxil edir. Bu cür hallarda öhdəliklər yalnız aşağıdakı şərtlərlə uzunmüddətli öhdəlik kimi təsnifləşdirilə bilər:
a)maliyyə hesabatları təsdiq edilənədək borc verən şərtlərin pozulduğuna görə ödəmə tələb etməmək barədə razılığa gəldikdə
b)hesabat tarixindən etibarən on iki ay ərzində digər pozuntuların baş verəcəyi ehtimal edilmədikdə.
Dostları ilə paylaş: |