4.Norveçin coğrafi mövqeyi, iqlim şəraiti və əsas turizm bölgələri. Şimali Avropada yerləşən Norveç şərqdə İsveç, şimal-şərqdə Finlandiya və Rusiya dovlətlərinin əraziləri ilə həmsərhəddir. Qərbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə Şimal dənizinə çıxışı var. Şpitbergen arxipelaqı, Yan-Mayen və ölkəyə yaxın bir sıra adalar da Norveçə məxsusdur.
Norveçin bir cox bölgələrində əzəmətli sıldırım qayalar sahil boyu şaquli divarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq sanki dəniz üzərində asılı vəziyyətdə qalırlar. Bu cür qayalıq sahillərin önündən yalnız kiçik gəmilər və qayıqlar keçə bilir. Dəniz sahilinə yaxın ərazilərdə çoxsaylı sahil adaları, sualtı qayalar və adsız kiçik adalar səthə çıxır.
Ölkənin qərb sahilləri uzun və dərin fyordlarla ( Norveç mənşəli söz olub-dağlıq sahildə dar girintili- çıxıntılı körfəzlər) parçalanmışdır.
Norveçin ən böyük fyordu, uzunluğu 200 km-dən çox olan Soqnefyorddur. Norveç dənizinin fyordları dəniz tərəfindən çoxsaylı adalarla əhatə olunduğundan fırtına, külək və dəniz cərəyanları dalğalarından yaxşı qorunur.
Norveç ərazisinin 70%-ni təşkil edən orta yüksəklikli Skandinaviya dağları cənub-qərbdən şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Ölkənin ən yüksək zirvəsi Qalhopiggen dağıdır (2469m).
Norveçdə çoxlu göllər və iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri adi gözəllik verir. Əsas çayları- Logen, Beqna və Qlamma hesab edilir.
Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və cənub dəniz küləkləri Norveç iqliminə öz təsirini göstərir. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq Norveç Şimali Avropanın ən isti ölkəsidir. Oslada və şimal sahillərində yanvarın orta temperaturu mənfi 2-dən mənfi 4 dərəcəyədək dəyişir. Yay fəsli isti keçmir. Ölkənin ancaq cənub-qərbində iyulin orta temperaturu müsbət 12, Oslo ətrafında 17, bəzən 25, hətta 30 dərəcəyə çatır.
Stavangerdən Namsus qədər olan sahil ərazidə isə orta aylıq temperatur il boyu mənfi olmur. Lakin elə rayonlar var ki, qış 7 ay davam edir. Bəzi günlərdə temperatur mənfi 50 dərəcəyə çatır.
Bergen, Tronheym, Stavanger Norveçin iri şəhərləri, Kristiansann, Bergen, Oslo, Tronheym isə əsas portlarıdır.
Ölkənin rəsmi adı- Norveç Krallığıdır. Dövlət quruluşu Konstitusiyalı monarxiyadır. İcraedici hakimiyyət Dövlət şurasına rəhbərlik edən Baş nazirin əlindədir.Qanunverici hakimiyyət iki palatalı parlamentə məxsusdur. Norveç 26 oktyabr 1950-ci ildə İsveçdən ayrılaraq müstəqillik qazanmışdır. 17 may- Konstitusiya günü (1814) Milli bayrm kimi qeyd olunur.
Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, tarixi-memarlıq abidələri xarici turistləri özünə cəlb edir. Oslo, Myosa göllər zonası və Qudbransdal, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç sahilləri, fyordlar və ölkənin şimal bölgələri turistlərin toplaşdığı əsas mərkəzlərdir.
Norveçdə xarici turistlərin maraq göstərdiyi əsas mərkəzlərdən biri Oslo hesab edilir. Buranın memarlıq abidələrindən Ratuşa binası, XIV əsrdə salınmış Kral qəsri, XVII əsrdə inşası başa çatmış Kafedral kilsə, muzeylərdən Taxta tikililər muzeyi, Milli bədii qalereya, Vikinq gəmiləri muzeyi, Kon-Tiki muzeyi, Norveç Texnika muzeyi, Norveç Dəniz muzeyi diqqəti cəlb edir.
Şəhərdə Norveç Elmlər Akademiyası, 1,5 milyon cilidli kitabxanası olan Universitet fəaliyyət göstərir.
Yay mövsümündə turistlər Oslofyord sahillərinə, qışda isə Oslo ətrafındakı Sunvollen və Helmenkollen rayonlarına xizək gəzintisinə çıxırlar. İsti yay günlərində isə əhali Skagerrak boğazı yaxınlığında yerləşən sahil kurortlarına ,əsasən Lavrik kurortuna gəlirlər. Oslodan Lavrikə gedən yolun üzərində Norveçin ən qədim şəhəri (871-ci il) Tönsberq yerləşir. Buradakı şəhər qala divarlarının qalıqları və bir neçə muzey turistlərin diqqətini cəlb edir.
Myosa gölünün mənzərəli sahilləri, çimərlikləri, dağlardan enən yamaclarının dağ xizək idmanı üçün əlverişli olması bu bölgənin daxili turizm mərkəzinə çevrilməsinə səbəb olmuşdur.
Lillehammer,Hamar, Yevin və digər kurort mərkəzlərində rahat mehmanxanaların , müxtəlif idman avdanlıqlrının olması tyrizmin qış və yay növlərinin təşkilinə əlverişli imkan yaradır.
Logenin çayının Myosa gölünə töküldüyü ərazidə Qudbransdal turizm bölgəsi qeyri-adi gözəlliyi ilə seçilir. Burada Tretten, Vinsstra, Dombos və digər qış və yay kurortları fəaliyyət göstərir.
1070-ci ildə əsası qoyulmuş Bergen şəhəri öz tarixi-memarlıq abidələri və muzeyləri ilə xarici turistlərin diqqətini cəlb edir. Orta əsr memarlıq abidələri arasında Qala (XIII əsr), Müqəddəs Məryəm kilsəsi (XII əsr), Dəniz portu, Balıq bazarı, Balıqçılıq muzeyi, Teatr muzeyi turistlərin diqqətini cəlb edir.Ölkənin cənub-qərb sahillərində xarici turistlərin qəbulu üzrə əsas mərkəz Stavenger şəhəridir. Bu şəhər orta əsr memarlıq abidələri, o cümlədən XII əsrdə tikilmiş kilsə, XIII əsr abbatlığı, muzey və rəsm qalereyaları ilə tanınır.
Tronheymin müasir binaları, geniş küçələri, orta əsr memarlıq abidələri ilə vəhdət təşkil edir. Orta əsr abidələrindən XI əsr kilsəsi, XII əsr arxiyepiskop sarayı, XVII əsr şəhər qalası xüsusilə seçilir.
Xarici turistlər Kristiansunn və Malme dəniz sahili şəhərlərinə daha çox meyl edirlər. Kristiansunn şəhəri üç adada yerləşir və körpülər vasitəsilə birləşir. Malmeni “qızıl güllər şəhəri” adlandırırlar. Şəhərdə görməli yerlərdən ən maraqlısı açıq səma altında yerləşən Qədim evlər muzeyidir.
Xarici və daxili turistlərin toplaşdığı mərkəzlərdən biri də Fyordlar bölgəsidir. Ən mənzərəli fyord sahilləri alma bağları ilə örtülü olan Hardangerdir. Hardngerdin mənzərəli sahillərində və ona bitişik dağlıq ərazidə Voss, Ulvik, Hinsarvik, Olvik kimi müasir təlabatlara cvab verən daö-idaman kurortları yerləşir.
Ölkənin ən uzun fyordu olan Soqnefyordun dərinliyi 1245 m, eni 1,5-6 km, sıldırım qayalı sahillərinin hündürlüyü isə 1500 m-ə çatır. Bu fyordun sahillərində və ona bitişik ərazidə tanınmış Balestrann və Laykanger kurortları yerləşir.
Sərt təbiəti ilə cəlb edici olmaqla yanaşı, dağ-xizək idmanı və balıq ovu üçün əlverişli olan şimal bölgələri xarici və daxili turistlərin toplaşdığı əsas mərkəzlərdir. Bunlar Budö, Narvik, Hammerfest, Kirkenes kimi liman şəhərləridir.
İri turist regionlarından biri də Şərqi Vadi meşə turizm bölgəsidir. Norveçin mehmanxana biznesinin yaşayış fondunun 30%-ə qədəri burada cəmləşmişdir. Yaşayış fondunun 10%-i isə digər məşhur turist regionunda- Bergen şəhəri ətrafındadır. Tronheym şəhərində isə ölkənin yaşayış fondunun 7,4%-i yerləşir.