Sosial təminat hüququnun predmetinin malik olduğu əlamətlər (V.S.Andreyev)
Andreyevə görə, əgər konkret münasibət bu meyarlara cavab vermirsə onu sosial təminat hüququnun predmetinə daxil etmək olmaz, Andreyev həmçinin sosial təminat üçün maliyyə vəsaitlərinin toplanması ilə yaranan ictimai münasibətləri maliyyə hüququna, sosial təminatın idarəçiliyi ilə yaranan münasibətləri inzibati hüquqa aid edir.
Bu əlamətlər içərisində ən çox mübahisə doğuran münasibətlərin “alimentar” xarakteri daşıması olmuşdur ki, bu da hələ II, III əsrlərdə Qədim Roma dövlətində aztəminatlı ailələrə və yetimlərə dövlət yardımı kimi məlum idi.
Andreyev tərəfindən irəli sürülən əlamətlərdən əsasən “alimentar”lıq alimin özü və digərləri V.Y.Paşerstnik, N.Q.Aleksandrov, Y.Y.Maçulskaya, E.Q.Tuçkova, M.L.Zaxarov tərəfindən geniş tədqiq edilmişdir və prinsipial xarakterli etirazlar doğurmuşdur
“Alimentasiya” termini sosial təminat hüququna daxil olan münasibətlərin hüquqi iqtisadi təbiətini şübhə altına qoyur. Belə ki, bu hüquq sahəsinin tənzimlədiyi münasibətlər sistemində məcburi dövlət sosial sığorta qaydasında sosial təminat üzrə münasibətlər daxil edilir . İkincisi, cəmiyyətin üzvü kimi insanın və ya onun ailəsinin sosial təminatı onun sığorta stajı nəzərə alınmadan həyata keçirilir. Məlumdur ki, bu halda münasibətlər alimentar hesab edilə bilməz, çünki sosial təminatın maliyyələşməsi büdcə vəsaiti hesabına deyil, sığortaçıların və sığorta olunanların özlərinin vəsaitləri hesabına həyata keçirilir. Bu zaman sosial sığorta haqlarının ödənilməsi tarixi ilə konkret işçinin sosial təminat növünü alması tarixləri arasındakı zaman fərqi əhəmiyyət kəsb etmir, çünki sığorta prinsiplərinin əsasında sığortalanan şəxslərin özlərinin həmrəyliyi nəsillərin həmrəyliyi prinsipi qoyulmuşdur.
Cəmiyyət üzvü kimi insanın sosial təminatı üzrə münasibətlərini bəzi hallarda“alimentar” xarakteri ilə razılaşmaq olar ki, o da onun müəyyən hissəsinin əməklə əlaqədar olmayaraq təqdim edilməsi ilə bağlıdır.
Sosial təminat hüququnun predmetinin müəyyən edilməsi ilə bağlı problemlər uzun müddət geniş diskussiyaların əsasını təşkil etsə də hazırda bu problem nəzəri yaxud praktiki əhəmiyyət kəsb etmir.
Elmdə və təcrübədə sosial təminat hüququnun predmetinə daxil olan konkret ictimai münasibətlərin növlərinin müəyyən edilməsi ilə bağlı diskussiyalar daha çox aparılırdı. Bu növ münasibətlər sosialist bölgü üsulunun fəaliyyət göstərdiyi şəraitdə mühüm idi, çünki dövlət özü vətəndaşların sosial hüquqlarının hamısına təminat verirdi.
Sosial təminat hüququnun predmetinə münasibətdə “alimentasiya” termininin tətbiqi haqlı olaraq prinsipial xarakterli etirazlar doğurur. Ona görə ki, o, predmetə daxil olan münasibətlərin həqiqi iqtisadi təbiətini şübhə altına qoyur. Birincisi bu hüquq sahəsinin tənzimlədiyi münasibətlər sisteminə məcburi dövlət sosial sığorta qaydasında sosial təminat üzrə münasibətlər daxil edilir.İkincisi, cəmiyyət üzvü kimi insanın (və ya onun ailəsinin) sosial təminatı onun sığorta stajı nəzərə alınmadan həyata keçirilir. Bu sahənin predmetinin müəyyən edilməsi ilə bağlı elmi diskukkiyaların mövzusu olan ikinci bir problem onun predmetini təşkil edən aparıcı münasibətlərin fərqləndirilməsi problemi olmuşdur.V.Andreyev sosial təminat hüququnun predmetinə daxil olan münasibətlər sitemində pensiya münasibətlərini əsas münasibətlər kimi digər münasibətləri isə pensiya münasibətləri ilə sıx bağlı olan münasibətlər adlandırmışdır.
Elmdə və təhsildə həllini tapmamış üçüncü bir problem sosial təminat hüququnun predmetinə daxil olan konkret içtimai münasibətlərin növlərinin müəyyən edilməsi ilə bağlıdır.Keçirilmiş diskussiyalar prosesində bu məsələyə dair əks fikirlər ifadə olunmuşdur. Belə ki,sosial təminat hüququnun predmetini təşkil edən bəzi münasibətləri, məsələn, uşaqların uşaq müəssisələrində saxlanması üzrə münasibətləri(V.Karavayeva),dövlət sosial sığortası qaydasında sosial sosial təminat üzrə münasibətləri(V.İ.Stolyarskiy) onu tərkib hissəsindən çıxarmış, digərləri isə əsassız olaraq bu sahənin predmetini genişləndirərək onas həm sosial təminat fondlarının ilə bağlı yaranan münasibətləri, həm də sosial təminatın idarə olunması ilə münasibətləri (İ.Polupanov) daxil etmişlər.
Dostları ilə paylaş: |