Mövzu Sosial təminat hüququnun anlayışı və sosial təminat hüququnun predmeti HÜquq sisteminin Ümumi elementləRİ


Sosial təminat hüququnun predmetinin təsnifat meyarını şərtləndirən əlamətləri



Yüklə 457,09 Kb.
səhifə6/9
tarix02.01.2022
ölçüsü457,09 Kb.
#35096
1   2   3   4   5   6   7   8   9
movzu-3

Sosial təminat hüququnun predmetinin təsnifat meyarını şərtləndirən əlamətləri.


Sosial təminat hüququnun predmeti dedikdə sosial təminat normaları ilə tənzimlənən ictimai münasibətlər başa düşülür.

Lakin bu və ya digər hüquq sahəsinin müstəqil obyektini təşkil edən ictimai münasibətlər ətraflı təhlil edilmədən həmin elementlərin məzmunu açıqlana bilməzdi.


Sosial təminat hüququnun predmetinə isə hansı ictimai münasibətlər qrupunun daxil olması yaxın keçmişdə 1960 – 1970-ci illərdə kifayət qədər mübahisəli idi ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi sosial təminat hüququnun normaları ilə tənzimlənən ictimai münasibətlər müxtəlif hüquq sahələrinin normaları ilə tənzimlənirdi.
Bu mübahisələrin mahiyyəti isə, sosial təminat sahəsində mövcud həmcins ictimai münasibətlərin xüsusi əlamətlərə malik olan normalar vasitəsi ilə nizama salınması zərurətini yaradırdı.

Professor Moçulskaya göstərir ki, sosial təminatlı büdcədən kənar xüsusi dövlət fondlarından və ya büdcə vəsaitləri hesabından pensiya yaşına çatmış şəxslərin, əlillərin, işsizlərin, uşaqlı ailələrin və əhalinin digər sosial cəhətdən zəif təbəqələrinin maddi təminatı üzrə, məcburi tibbi sığorta haqqında proqramlar əsasında pulsuz tibbi yardım göstərilməsi üzrə, dövlət standartları çərçivəsində pulsuz sosial xidmət göstərilməsi üzrə münasibətləri və bəzi digər münasibətləri nizama salan hüquq normalarının məcmusu, hüququn müstəqil sahəsi olan sosial təminat hüququnun predmetini təşkil edir

1960-cı illərə qədər müəyyən yaş həddinə çatma və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar vətəndaşların maddi təminatı üzrə münasibətlər əmək, kolxoz, inzibati hüquq normaları ilə təzimlənirdi. Həmin münasibətlərin bu və ya digər hüquq sahəsinin predmetinə daxil edilməsinin əsas amili kimi vətəndaşın əvvəlki yaxud hazırki fəaliyyətinin xarakteri götürülürdü (əmək müqaviləsi üzrə iş, kolxoz üzvü kimi fəaliyyəti; orduda, dövlət təhlükəsizlik yaxud daxili işlər orqanlarında xidməti və s.).
Ilk dəfə olaraq 1966-cı ildə Praqada Sosial təminat hüququ sahəsində keçirilən simpoziumda sovet alimi V.S.Andreyev sosial təminat hüququnun müstəqil hüquq sahəsi olması fikrini irəli sürmüş və sosial təminat hüququnun predmetinə aşağıdakı əlamətlərə malik olan münasibətləri daxil etmişdir:


Yüklə 457,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin