Sosial təminat hüququnu müstəqil hüquq sahəsi kimi xarakterizə edən əlamətlər aşagıdakılardır.
1. Qanunvericiliklə müəyyən edilmiş qaydalar və normalar üzrə sosial təminatın müvafiq növlərini səlahiyyətli dövlət orqanlarının əhaliyə təqdim etməsi və pozulmuş hüquqların bərpası ilə əlaqədar yaranan ictimai münasibətlərin eynitipliliyi.
2.Bu ictimai münasibətlərin tənzimlənməsinin xüsusi üsullarının qanunvericiliklə təsbit edilməsi və həmin münasibətlərin bölüşdürücü xarakterli olması və onun xüsusi subyektinin olması.
3.Bu ictimai münasibətlərin müstəqil hüquq sahəsi kimi tənzimlənməsinə cəmiyyətdə tələbatın olması
4.Cəmiyyətdə sosial ədaləti əks etdirən bu sahə üçün müvafiq sosial prinsiplərin olması
5.Bu sahəvi təsisatın əlamətlərinə cavab verən hüquq normalarının həcminin kifayət qədər olması
Beləliklə göstərilən bu əlamətlərə malik olan hüquq normalarının sistemləşmiş məcmusu müstəqil hüquq sahəsini - sosial təminat hüququnu əmələ gətirir.
Bir qayda olaraq hər hansı bir yeni hüquq sahəsinin formalaşması kortəbii proses deyil cəmiyyətdə yaranan ictimai münasibətlərin tənzimlənməsinə olan zərurətdir.
Sosial təminat hüququnun müstəqil hüquq sahəsi kimi formalaşması zamanı da məhz bu proses baş vermişdir. Ötən əsr 60-cı illərə qədər vətəndaşların müxtəlif kateqoriyalarının sosial təminatı üzrə münasibətlər bir necə hüquq sahəsinin normaları ilə tənzimlənirdi. Misal :fəflə və qulluqcuların sosial təminatı əmək hüququ ilə ,kolxoz üzvülərinin sosial təminatı kolxoz hüququ ilə, dövlət qulluqcularının sosial təminatı inzibati hüquqla və s.,ir sıra hüquqi təsisatların sahəvi mənsubiyyəti isə de ümumiyyətlə müəyyən deyildi(aylıq və birdəfəlik müavinətlərlə təminat, pulsuz tibbi yardım və müalicə və sairə). Ümumhüquq sistemində müstəqıl bir hüquq sahəsi kimi sosial təminat hüququ 1966-cı ildə Praqada kecirilən sosial təminat üzrə simpoziumda əsaslandırılmışdır.
Sosial təminat hüququnun anlayışı: Sosial təminat hüququ dedikdə sosial sığorta və sosial təminat qaydasında pul ödəmələrini, tibbi və dərman yardımını, qanunla müəyyən edilmiş qaydada və normada sosial xidmət, yaxud sosial güzəştləri səlahiyyətli orqanların əhaliyə təqdim etməsi yolu ilə ümumi daxili məhsulun bölüşdürülməsi üzrə ictimai münasibətləri, həm də vətəndaşların sosial təminata olan konstitusion hüquqlarının reallaşdırılması, müdafiəsi və bərpası üzrə münasibətləri xüsusi metodlarla tənzim edən hüquq normalarının məcmusu başa düşülür .
Cəmiyyətin siyasi, sosial və iqtisadi sahələrində baş verən dəyişikliklər obyektiv surətdə hüquq sistemində transformasiya(bir haldan başqa hala keçmə) sistemini şərtləndirir . Belə transformasiyalar nəticəsində hüquq sahələrinin daxilində yeni hüquq yarımsahələri, hüquq sahələri və bəzən kompleks hüquq sahələri yaranır . Kompleks hüquq sahəsinin hüquqi təbiəti məsələsinə gəlincə bu ümumi hüquq nəzəriyyəsində hələlik kifayət qədər mübahisəli olaraq qalır. Lakin kompleks hüquq sahəsinin predmetinin sosial sistem kimi əsaslandırılması perspektivli hesab oluna bilər . Bu isə, cəmiyyətdə müxtəlif sosiall sistemlərin fəaliyyəti ilə əlaqədar yaranan müxtəlif cinsli ictimai münasibətləri tam şəkildə tənzimini təmin etməyə imkan verər. Artıq sosial təminat sahəsində müxtəlif xarakterli münüsibətləri tənzimləyən hüquq normalarının konsalidasiyası (birləşməsi,möhkəmlənməsi) mövcuddur .
Lakin sosial təminat hüquq normalarının keyfiyyətcə yeni, daha yüksək inkişafa malik olan hüquq sisteminə transformasiyası və sosial təminat sahəsinə daxil olan bütün münasibətləri hüquqi cəhətdən tənzim etməsi ücün hələ müəyyən yol kecməlidir. Bu barədə hüquq ədəbiyyatında bir cox mülahizələr irəli sürülür, o cümlədən ,sosial təminat hüququnun bazası əsasında kompleks hüquq sahəsi kimi sosial hüquq sahəsinin formalaşması haqqında mülahizə irəli sürülür .
V. S. Andreyev bu hüquq sahəsinin mövcudluğunu və cəmiyyətin buna ehtiyacı olduğunu əsaslandırmışdır. Sonradan bu hüququn predmeti, metodu, prinsipləri sahəsindəki problemlər barədə, onun tərəfindən geniş tədqiqat aparmışdır.
Bu anlayış sosial təminatın əlamətlərini özündə cəmləşdirir. Sosial təminat hüququnun sisteminin inkişafı və onun məcəllələşdirilməsi barədə fikirlər hüquq ədəbiyyatında geniş müzakirə olunur.
M.Zaxarov və E.Tuçkova haqlı olaraq göstərirlər ki, sosial təminat hüququnun müstəqil sahə kimi tanınması heç də onun formalaşması prosesini başa çatdırmır. Onların və digər tədqiqatçıların fikrincə sosial təminat hüququnun müasir mərhələsində bu hüquq sahəsinin məcəllələşdirilməsinə ehtiyac duyulur.
Müasir dövrdə hüquq sisteminin ümumi və xüsusi sistemlərə bölgüsü məsələsi kifayət qədər aktualdır. Ümumi hüquqa – Konstitusiya hüququ, inzibati hüquq, maliyyə hüququ, cinayət hüququ, CPH, mülki prosesual hüquq. Xüsusi hüquqa – mülki hüquq, əmək hüququ, ailə hüququ, sahibkarlıq hüququ, bank hüququ və s. Kimi kompleks sahələr aid edilir.
Bununla əlaqədar Sosial təminat hüququ barədə birmənalı fikir təsdiq olunmamışdır.
Ümumi hüququn xüsusiyyətləri baxımından subyektlərdən birinin dövlət orqanı kimi tanınması xüsusi hüququn xüsusiyyətləri baxımından tənzimlənmənin mərkəzləşmiş və lokal olması kimi əlamətlər sosial təminat hüququnda vardır. Ona görə də sosial təminat ümumi və ya xüsusi hüquq sahələrinə aidiyyəti mübahisəlidir. Beləliklə, sosial təminat hüququ hüquq sisteminin müasir inkişaf mərhələsində yalnız xüsusi hüquq sahəsi kimi göstərilə bilməz. Sosial təminat hüququ sahəsində hər iki növün əlamətləri mövcuddur. Müasir dövrdə artıq belə bir fikir formalaşmışdır ki, hər hansı hüquq sahəsində ümumi və xüsusi hüququn əlamətləri formalaşdığı hallarda qarışıq ümumi hüquq və qarışıq xüsusi hüquq institutları kimi baxmaq mümkündür.
Dostları ilə paylaş: |