Sosial təminatlı büdcədənkənar dövlət fondlarının bölüşdürülməsi və dövlət büdcəsinin müəyyən hissəsinin yenidən bölüşdürülməsi üzrə münasibətlər
1. Müəyyən yaş həddinə çatma (qocalıq), əlillik, ailə başçısının itirilməsi, müvəqqəti əmək qabiliyyətsizliyi, işsizliklə əlaqədar maddi təminat üzrə münasibətlər.
2. Analığa, atalığa maddi köməklik, uşaqların saxlanması və tərbiyəsində ailəyə köməklik göstərilməsi üzrə münasibətlər
3. Aztəminatlı ailələrə pul və ya natura formasında sosial yardım göstərilməsi üzrə münasibətlər
4. Pulsuz sosial xidmət üzrə münasibətlər (əlillərə,qocalara,əhalinin digər təbəqələrinə)
5. Məcburi tibbi sığorta üzrə pulsuz müalicə və tibbi yardım göstərilməsi üzrə münasibətlər
Qeyri – dövlət sosial fondların (o cümlədən həmkarlar ittifaqlarının fondları, xeyriyyəçilik fondları və s.) vəsaitlərinin bölüşdürülməsi üzrə ictimai münasibətlər sosial təminat hüququnun predmetinə daxil deyildir.
Beləliklə, sosial təminat hüququnun predmetini sosial təminat sistemi vasitəsilə ümumi daxili məhsulun bölüşdürülməsi ilə bağlı yaranan maddi və prosedur – prosesual xarakteri mürəkkəb kompleks ictimai münasibətlər təşkil edir.