Orta kəmiyyətin hesablama üsulları Orta kəmiyyətin mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, öyrənilən məcmuyun bütün vahidlərinə xas olan ümumiliyi əks etdirir, yəni əlamətin ayrı –ayrı qiymətləri orta kəmiyyətdə qarşılıqlı ödənilir. Bu, orta kəmiyyətə tipik səviyyəni düzgün əks etdirməyə imkan verir.
Orta kəmiyyətin heasblanması sosial –iqtisadi hadisələrin obyektiv nisbətlərinə, qarşılıqlı əlaqələrinə, onların iqtisadi məzmununa əsaslanmalıdır. Orta kəmiyyət verilən məlumatın xusiyyətindən aslı olaraq müxtəlif üsullarla hesablana bilər. Məsələn, əmək haqqı fondu və işləyənlərin sayı haqqında məlumatverildikdə, orta aylıq əmək haqqı cəmi əmək haqqı fondunun işləyənlərin sayına nisbəti kimi müəyyən edilir.
Sosial –iqtisadi hadisələr haqqında məlumatın verilmə xüsusiyyətinə uyğun olaraq orta kəmiyyət müxtəlif üsullarla hesablanıla bilər. Orta kəmiyyətin ən çox istifadə edilən növlərindən biri hesabı orta kəmiyyətdir. Hesabı orta kəmiyyət sadə və çəkili formada hesablanıla bilər.
Orta kəmiyyəti hesablanılan əlamətin ayrı –ayrı qiymətləri, yaxud variantlar x1,x2 ....,xn –lə variantların sayı n –lə, orta kəmiyyət işarə edilərsə, hesabı orta kəmiyyətin sadə düsturu geniş şəkildə aşağıdakı kimi :
=
Qısa şəkildə isə kimi yazıla bilər. Deməli, bu düsturla orta kəmiyyəti hesablamaq üçün variantları cəmləyib variantların sayına bölmək lazımdır.
Misal , müəssisənin bir sxemində işləyən 5 fəhlənin aylıq əməyinin ödənişi aşağıdakı məlumatla xarakterizə olunur:
1 –ci fəhlə ayda 180 min manat
2 –ci –“ –“ 190 -“ –
3 –ci –“ –“ 220 –“ –
4 –cü –“ –“ 250 –“ -
5 –ci –“ - -“-270 min manat əmək haqqı almışdır.
Bu fəhlələrin orta aylıq əmək haqları təşkil edər:
= 222 min manat.