Movzu Statistika göstəriciləri sistemi, mütləq kəmiyyətlər



Yüklə 20,77 Kb.
səhifə3/4
tarix01.11.2022
ölçüsü20,77 Kb.
#67099
1   2   3   4
Movzu 5

Nisbi kəmiyyətlər. Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox hallarda mütləq kəmiyyətlər öyrənilən sosial –iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini giymətləndirməyə imkan vermir.
Nisbi kəmiyyət sosial –iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. Iki mütləq kəmiyyət müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. Nisbi kəmiyyətlər eyni zamanda iki nisbi kəmiyyətin və iki orta kəmiyyətin bir –birilə müqayisəsi nəticəsində də alınır.
Nisbi göstəriciləri hesablayarkən kəsrin surətində olan mütləq kəmiyyət cari və ya müqayisə edilən kəmiyyət isə müqayisə üçün əsas götürülən kəmiyyət adlanır.
Öyrənilən hadisənin xüsusiyyətindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə oluna bilər. Nisbi kəmiyyətlər əmsal faiz, promillə və prodesimille formalarında ifadə oluna bilərlər.
Hadisənin yayılma dərəcəsini xarakterizəedən göstərici intensivlik nisbi kəmiyyətlər adlanır. Intensivlik nisbi kəmiyyətlərin müqayisəsi nəticəsində alınır. Intensivlik nisbi kəmiyyətə misal əhalinin hər 1000 nəfərinə düşən doğum, ölüm, təbii artım əmsallarını, əhalinin sıxlıq göstəricisini, isə qəbuk və işdən çıxma əmsalların və s göstərmək olar.
Intensivlik nisbi kəmiyyəti əmsal, faiz, promile, prodesmille ilə ifadə oluna bilər.
Məsələn, promille ilə ifadə olunan doğum əmsalını hesablamaq üçün il ərzində doğulanların sayını 1000 -ə vurub əhalinin orta illik sayına bölmək lazımdır.
Nisbi kəmiyyətlərin çox geniş yayılmış və tarixən ən qədim növlərindən biri müqayisə nisbi kəmiyyətdir. Müxtəlif obyektlərə aid olan eyni növ göstəricinin müqayisəsi nəticəsində alınan göstəricilərin müqayisəsi nəticəsindəalınan göstəriciyə müqayisə nisbi kəmiyyəti deyilir. Müqayisə nisbi kəmiyyətləri, bir qayda olaraq əmsal və faiz şəkilində ifadə olunur.
Orta kəmiyyətlər.
Statistikada ən çox istifadə edilən göstəricilərdən biri orta kəmiyyətdir. Orta kəmiyyət metodu, qruplaşdırma metodu kimi sosial –iqtisadi hadisələrin ümumiləşdirici xarakterizəsini verən statistika metodologiyasının çox mühüm spesifik metodudur.
Orta kəmiyyət –kütləvi sosial –iqtisadi hadisələrin kəmiyyət və keyfiyyət tərəflərinin ümumiləşdirci xarakteristikalarını əhatə etməyə imkan verən göstəricidir.
Statistika təcrübəsində orta kəmiyyətdən hər hansı statistika məcmuyunun ümümləşdirici xarakteristerizəsini verməkdə, məsələn, işləyənlərin orta əmək ödənişinin, dənli bitkilərin orta məhsuldarlığının xarakterizəsində, imtahan sessiyalarında tələbələrin orta mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsində və s çox tez –tez istifadə edilir.
Bazar iqtisadiyyatı şəraitində orta kəmiyyətin rolu daha da artır. Belə ki, burada da orta kəmiyyət ayrı–ayrı fərdləri və təsadüfləri ümumiləşdirməyə və iqtisadi inkişaf qanunauyğunluğunun meylini aşkar etməyə imkan verir.Orta kəmiyyət o vaxt obyektiv ola bilər ki,o,keyfiyyətcə yekcins statistika məcmuyu üçün kütləvi məlumat əsasında hesablansın.Yalnız yekcins kütləvi statistika məlumatı sosial-iqtisadi hadisələrin tipik səviyyəsini xarakterizə etmək imkanına malikdir.
Konkret məkan və zaman şəraitində sosial-iqtisadi hadisələrin dəyişən əlamətlərinin tipik səviyyələrinisəciyyələndirən göstərici statistika orta kəmiyyət adlanır.
Orta kəmiyyət nəzəriyyəsinin işlənilməsində və inkişafinda İ.Zyusmilxin,A.Ketlenin, A.Boulinin, A.Boyarskinin, T.Ryabuşkinin, İ.Pasxaverinvə.s alimlərin çox böyük xidmətləri olmuşdur.
Orta kəmiyyət bütün statistika məcmuyunun ümumiləşdirici xarakterizəsi olub,bu məcmuyun bütün vahidlərilə əlaqə olan müəyyən kəmiyyətə istiqamətlənməlidir.Bu kəmiyyəti funksiya şəklində aşağıdakı kimi göstərmək olar:
F( ......................., ,
Əksər hallarda bu kəmiyyət real iqtisadi kateqoriyanı əks etdirdiyinə görə onu müəyyənedici göstərici adlandırırlar.
Yuxarıda göstərilmiş funksiyanın bütün kəmiyyətlərini x1, x2 ......xn –olanların orta kəmiyyətləri olan x –lə əvəz etsək, onda bu funksiyaların qiyməti əvvəlki kimi qalacaqdır:
F ( ..... , ) =f( ..... )
Deməli, orta kəmiyyəti hesablanılan əlamətin qiymətlərinin ümumi həcminin məcmudakı vahidlərin sayına nisbəti əsasında orta kəmiyyət müəyyən edilir.
Hər bir orta kəmiyyət öyrənilən məcmuyu hər hansı bir əlamət üzrə xaraktrizə edir. Bir sıra mühüm əlamətlər üzrə öyrənilən məcmu haqqında tam və ətraflı təsəvvür əldə etmək üçün hadisəni müxtəlif tərəflərdən təsvir edən orta kəmiyyət sisteminə malik olmaq lazımdır.


Yüklə 20,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin