Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi


Məhsulgöndərənlərin seçilməsinə qoyulan tələblər



Yüklə 325 Kb.
səhifə14/22
tarix02.01.2022
ölçüsü325 Kb.
#38970
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
M-vzu-81

Məhsulgöndərənlərin seçilməsinə qoyulan tələblər. Tədarükat logistikasında mühüm problemlərdən biri məhsul­göndərənlərin seçilməsi hesab olunur. Bu problemin aktuallığı təkcə müasir tədarükat bazarında eyni material və ya isteh­sal resurslarına malik olan çoxlu sayda məhsulgöndərənlərin fəaliyyət göstər­məsilə deyil, onların istehlakçı firmalarda logistik strategiyanın reallaşdırıl­ması üçün nə qədər e'tibarlı əməkdaşa çevrilməsi ilə səciyyələnir. Logistikaya aid iqtisadi ədəbiyyatlarda məhsulgöndərənlərin seçilməsi mərhələləri şəkil 8.6-da təsvir edilmişdir.

Konkret növ (çeşid) material resursları üzrə məhsul­göndərənlərin seçilməsi istehlakçı firmanın məqbul hesab etdiyi müvafiq meyarlar çoxluğuna əsaslanır. Bu meyarlar və ya onların əhəmiyyətliliyinə görə sıralanması isteh­lakçı firmaların biznes fəaliyyətinin strateji və taktiki məqsəd­lə­rindən asılı olaraq müəyyənləşdirilir.

Məhz buna görə də məhsulgöndərənlərin seçilməsi zamanı üç əsas meyar: təklif edilən xammal, material və dəstləşdirici materialların qiyməti, material və istehsal resurslarının keyfiyyəti və firmalar tərəfindən alıcıların tədarükat predmetləri ilə tə'min edilməsi zamanı göstərdikləri xidmətin keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir.

Məhsulgöndərənlərin seçilməsində kifayət qədər (məsələn, əllidən artıq) vacib hesab edilən digər mühüm meyarlar da mövcuddur. Bura məhsulgöndərənlərlə alıcılar arasında məsafə və onların coğrafi mövqeləri, cari və təcili sifarişlərin yerinə yetirilməsi müddəti, məhsulgöndərənlərdə ehtiyat istehsal güclərinin mövcudluğu və məhsulların keyfiyyətinin idarə edilməsinin təşkili, məhsulgöndərənlərin istehlakçı firmalara göndərdikləri avadanlıqları lazım olan ehtiyat hissələrilə tə'min etmək qabiliyyəti və istehlakçı firmalara texniki lizinq qaydasında xidmət göstərməsi mümkünlüyü, istehsalçı və məhsul­gön­dərən firmaların maliyyə vəziyyəti və kredit vermək imkanları, məhsulgön­dərmələrin etibarlılığı və istehlakçı firmaların tələbatlarının dolğun ödənilməsi qabiliyyəti, istehsalın perspektiv inkişafı və artımı, əmək kollektivində psixoloji mühit və s. aid edilir.

Qeyd edilən amillər arasında göndərilən məhsulların keyfiyyəti məhsulgöndərən-lərin seçilməsi və istehsalın səmərəli təşkili baxımından ən vacibi hesab olunur. Tədarükata cavabdehlik məsuliyyəti daşıyan istehlakçı firmanın logistik menecerləri gön­dərilən məhsulların faktiki parametr­lərinin standartlara (və ya bağlanmış müqa­vilələrə) uyğun olmasını yoxlayırlar. Adətən istehsalçı firmalarda belə nəzarət işləri hazır məhsulların bazara çıxışı zamanı həyata keçirilir. Əgər məhsul­göndərən və isteh­lak­çı firmalar bir - birini uzun müddət tanıyırlarsa və məhsul­gön­­dərə­nin etibarlılığı istehlakçı firmalarda heç bir ehtimalın yaranmasına sə­bəb olmursa, onda əksər hallarda bu səpkili yoxlama - nəzarət işləri aparılmır.


Yüklə 325 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin