Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi


Təkliflərin alınması və qiymətləndirilməsi



Yüklə 325 Kb.
səhifə16/22
tarix02.01.2022
ölçüsü325 Kb.
#38970
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
M-vzu-81

Təkliflərin alınması və qiymətləndirilməsi. Tədarükat bazarında potensial məhsulgöndərənlərdən təkliflərin alınması və qiymətləndirilməsi müxtəlif formada təşkil edilə bilər. Dünya praktikasında müsabiqə yolu ilə tijarət məh­sul­­­göndərənlərlə istehsalçılar arasında yazılı danışıqlar bu təşkilin ən mütərəqqi və geniş yayılmış formaları hesab edilir.

Müsabiqə tijarəti /tender/ - potensial məhsulgöndərənlərin tapılması üçün tətbiq edilən əhəmiyyətli formadır. Müsabiqə ticarəti yüksək qiymətə malik olan xammal, material və dəstləşdirici məmulatların tədarükat bazarında alınması təklif olunduqda və ya məhsulgöndərənlərlə istehlakçılar arasında uzunmüddətli təsərrüfat əlaqələri yaratmaq lazım gəldikdə keçirilir. Bu növ ticarət həm məhsul­göndərənlərə, həm də istehlakçı firmalar üçün əlverişlidir. Məhsulgöndərənlər bu və ya digər xammal və materialların istehlak­çıları ilə gələcəkdə quracaqları iş birliyinin bütün şərtləri haqqında dəqiq mə'lumata malik olmalıdır. «Alıcı şahdır» prinsipinə əsaslanan istehlakçı firmalar isə istər milli, istərsə də beynəlxalq tədarükat bazarlarının subyektləri kimi çıxış edən ayrı-ayrı məhsulgöndərənlərdən təkliflər alır və onların içərisindən özünə iqtisadi baxımdan (məhsul­göndərənlərin məhsulgöndərmə intizamı, alınacaq materialların qiyməti, nəqletmə vasitələri və onların tarifləri, optimal məhsul partiyasının göndərilməsi şərtləri və qaydaları, məhsulgöndərənin coğrafi mövqeyi və s.) əlverişlisini seçir.

Tenderin keçirilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:



    • reklam;

    • tender sənədlərinin hazırlanması;

    • tender sənədlərinin kütləvi informasiya vasitələrində (qəzet və jurnallarda) dərc edilməsi;

    • tender təkliflərinin qəbulu və onların e'lan edilməsi;

    • tender təkliflərinin qiymətləndirilməsi;

    • ticarət iştirakçılarının ixtisaslaşma dərəcələrinin təsdiq edilməsi;

    • təkliflərin qəbulu və tədarükat müqavilələrinin bağlanması.

Müsabiqə ticarətinin təşkil edilməsi mürəkkəb və çoxplanlı bir işdir. Məhz buna görə də dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi istehsalçı və istehlakçı firmalar arasında iqtisadi münasibətlərin yüksək səmərəli formasının qarantı olan ticarətin müsabiqə yolu ilə həyata keçirilməsi mexanizmini bilmək və bunun üçün zəruri sənədləşdirmə işlərinin aparılması vərdişlərinə malik olmaq lazımdır.

Mahiyyət baxımından çoxluq təşkil edən tender sənədləri bir sıra funksiyaları yerinə yetirir:



  • ticarətin keçirilməsi haqqında iştirakçıları tə'limatlandırır;

    • alınan məhsullar və ya göstərilən xidmətlər haqqında qısa mə'lumatlar verir;

    • təkliflərin qiymətləndirilməsi üçün meyarları müəyyənləşdirir;

    • gələcək müqavilələrin şərtlərini tə'yin edir.

Tender təkliflərinin qiymətləndirilməsi tender sənədlərində göstərilən meyarlara uyğun olaraq çox ciddi şəkildə aparılır. Qiymətləndirmənin həyata keçirilməsi əsasən aşağıdakı qaydalara əsaslanır:

    • təkliflərin qiymətləndirilməsini həyata keçirən tender komitəsinin üzvləri əvvəlcədən tə'yin edilir;

    • yalnız tender sənədlərində şərh edilmiş tələblərə cavab verə biləcək təkliflərə baxılır;

    • tender sənədlərində elan olunmuş qiymətləndirmə proseduruna şərtsiz riayət edilir;

    • ticarət iştirakçıları ilə hər hansı ixtiyari danışıqlara yol verilmir.

Tender komitəsi tender təkliflərinin qiymətləndirilməsi haqqında hesabat tərtib edir. Bu hesabatda tender təkliflərinin qiymətləndirilməsi əsaslandı­rılır, qəbul edilməyən təkliflərin səbəbləri şərh edilir və gələcəkdə müqavilələrin bağlanmasının tövsiyə edilməsi göstərilir.

Müsabiqə ticarətinin qalibi kimi sərfəli və tender təkliflərinə yüksək peşəkar­lıqla cavab verə biləcək iştirakçı qəbul edilir.

Praktikada potensial məhsulgöndərənlərdən təkliflərin alınmasının başqa üsulu məhsulgöndərənlərlə istehlakçılar arasında yazılı danışıqlar hesab olunur.

Yazılı danışıqlar prosesində istehlakçı firmalar potensial məhsulgöndərənlərdən ona lazım olan mal-material qiymətlilərinin göndərilməsi üçün rəsmi təkliflər paketi alır. Bu bir qayda olaraq iki üsulla həyata keçirilir. Birinci halda məhsulgöndərmələr üzrə yazışmalara başlamaq və onu qəbul etmək ideyasını satıcı təklif edir. İstehsalçılar – satıcılar potensial alıcılara – istehlakçı firmalara məhsullar haqqında özəl təkliflərini (və ofert) göndərirlər. Bu sənədlər müsabiqə yolu ilə ticarətin keçirilməsi zamanı alınan təkliflərlə demək olar ki, eyniyyət təşkil edir. Təkliflərin ciddi tə'yin edildiyi müsabiqə ticarətindən fərqli olaraq yazılı danışıqlar zamanı ofertlər müxtəlif forma və məz­muna malik ola bilər. Adətən offertlər məhsulların adı, məhsulların kəmiy­yəti və keyfiyyəti, qiyməti, göndərmə vaxtı və şərtləri, ödəmənin şərtləri, tara və qablaşdırmanın xarakteristikası və təhvil (təslim) qaydaları kimi göstəriciləri özlərində əks etdirir.

Ofertlər ciddi və sürüşkən (sərbəst) olur. Ciddi ofertlər ofertin fəaliyyət müddəti göstərilməklə yalnız bir alıcıya göndərilir. Ofertin fəaliyyət müddəti ərzində satıcı öz ilkin şərtlərini dəyişə bilməz. Əgər alıcılar bu müddət ərzində satıcıların təklifinə heç bir reaksiya vermirlərsə, onda təklif qəbul edilməmiş hesab olunur və satıcı təklif azadlığına malik olur. Daha doğrusu, müddət başa çatdıqdan sonra satıcı bu təkliflə yeni alıcılara müraciət edə bilmək imkanı qazanır.

Əgər təkliflər alıcı tərəfindən qəbul edilirsə onda o, satıcıya ofertin fəaliyyət müddəti ərzində təkliflərin qəbul edilməsi haqqında müvafiq informasiya göndərir. Bir çox hallarda alıcı təklif edilmiş məhsul partiyasının qiyməti, həcmi, göndərmə şərtləri və müddəti ilə razılaşmırsa satıcıya özünün məqbul hesab etdiyi əks təklifləri ünvanlaya bilər. Kontragentlər təkliflərin fəaliyyət müddəti ərzində razılaşma əldə edə bilmirlərsə danışıqlar satıcının ciddi ofert üzrə öhdəliklərini nəzərə almadan davam etdirilir. Ciddi ofertlər bir qayda olaraq ən'ənəvi əməkdaşlara göndərilir.

Sərbəst ofertlər alıcıya münasibətdə satıcının heç bir öhdəliyini nəzərdə tutmur. Bu cür ofertlər qeyri-məhdud sayda potensial alıcılara göndərilir və özündə yuxarıda qeyd edilən göstəricilərdən əlavə reklam üzrə informasiya materiallarını birləşdirir.

Potensial alıcılara daxil olmuş təkliflərin qiymətləndirilməsi üçün müxtəlif üsullardan istifadə edilir. Bu müsabiqə ticarətində olduğu kimi ciddi reqlament-ləşdirilmiş proses də ola bilər. Təkliflərin qiymətlən­dirilməsində əsas meyar məhsul partiyasının yüksək keyfiyyəti ilə bu partiyaya daxil olan məhsulların minimal qiymətlərinin uzlaşdırılmasından ibarətdir.

Məhsulgöndərənlərlə və alıcılar arasında yazılı danışıqların təşkil edilməsinin ikinci üsulunda danışıqlara başlanılması ideyası alıjılar tərəfindən verilir. Alıcı potensial məhsulgöndərənlərə təklif (ofert) almaq məqsədilə kommer­siya məktubu və ya sorğu göndərir. Bu tip sorğularda qiymətdən başqa (cavab təklifində müəyyənləşir) bütün lazımi rekvizitlər – məhsulun adı, tələb olunan keyfiyyət, məhsul­göndərmələrin müddəti və şərtləri, ödəmələr haqqında mə'lumatlar öz əksini tapmalıdır. Potensial alıcı özünün sabit kontragentinə müraciət etdikdə, bu sorğular sifarişlərlə əvəzlənir.

8.3. TƏDARÜKAT ÜZRƏ HESABLAŞMALARIN ƏSAS




Yüklə 325 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin