Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi



Yüklə 325 Kb.
səhifə18/22
tarix02.01.2022
ölçüsü325 Kb.
#38970
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   22
M-vzu-81

8.4. TƏDARÜKATIN HÜQUQİ ƏSASLARI
Tədarükat əməliyyatlarının normal aparılması tədarükat üzrə müqavilələr və onların yerinə yetirilməsindən asılıdır. Tədarükatın əsasını təş­kil edən bu müqavilələrin bağlanması üçün təsərrüfat hüqu­qunun əsasları haqqında mükəmməl və geniş biliyə malik olmaq tələb olunur.

Beynəlxalq səpkili tədarükat əməliyyatlarının yerinə yetirilməsi prosesində tərəflər mənsub olduqları ölkələr arasında mövcud olan ikitərəfli müqavilələrdə ticarət münasibətlərinin tənzimlənməsi məsələləri üzrə öhdəliklər və onların yerinə yetirilməsi şərtlərini mütləq nəzərə almalıdırlar. Bu zaman bey­nəl­xalq səpkili müqavilələr və onun şərtlərinin hər bir ölkənin milli qanun­vericilik normalarına uyğun gəlməsinə xüsusi diqqət yetirmək lazım gəlir.

Belə beynəlxalq müqavilələr hər bir ölkənin icraedici strukturları tərəfindən bağlanan müxtəlif adlara malik olan sənədlərdən, məsələn, «Ticarət və dəniz nəqliyyatı haqqında müqavilə», «Ticarət və iqtisadi əməkdaşlıq haqqında müqavilə», «Klirinq hesablaşmaları haqqında müqavilə» və sairədən ibarətdir.

Bu tip müqavilələr və niyyət protokollarında tədarükat əməliyyatları üzrə iştirakçıları maraqlandıran məqamlar:



  • məhsulların gömrük baxışına (rüsum və yığımlar) cəlb edilməsinə tə'sir göstərən qarşılıqlı ticarət rejiminin tə'yin edilməsi;

  • ticarət əməliyyatları üzrə bu və ya digər məhdudiyyətlər;

  • ticarət və digər tədiyyələr üzrə valyuta hesablaşmaları;

  • klirinq sövdələşmələri;

  • razılaşdırılmış tərəflər üçün məhsulgöndərmə şərtlərinin ümumi xarak­terliyi;

  • ticarətin obyekti və s. ibarətdir.

Buna görə də tədarükat əməliyyatlarını yerinə yetirməzdən əvvəl məhsul-göndərən və ya alan (kontragent) ölkələr arasında ticarət müqavilələrinin mövcud olması və bu müqavilə üzrə yerinə yetirilməsi məcburi hesab edilən öhdəliklər dəqiq və hərtərəfli öyrənilməlidir. Ticarətin aparılması şərtlərini alıcı və ya satıcı firmalar müstəqil formada və ya məsləhət (konsaltinq) firmalarının köməyilə öyrənə bilərlər. Nəticə e'tibarı ilə bu öhdəliklər və onların icra edilməsi səviyyəsinin tədqiqi minimum məsrəflərlə nəticələrin operativ alınmasına tə'minat verir, vaxt itkisini azaldır, gələcəkdə tərəflər arasında iqtisadi mübahisələrin yaranması hallarını aradan qaldırır.

Beynəlxalq ticarət əməliyyatlarının normativ tənzimlənməsinin digər mühüm forması beynəlxalq təşkilatların (məsələn, Avropa iqtisadi komissiyasının) işləyib hazırladıqları çoxcəhətli konvensiyalar hesab edilir. Buna görə də BMT-nin 1980-ci ildə Vyanada keçirilən Konvensiyası beynəlxalq səpkili tədarükat (alqı-satqı) müqavilələrinin bağlanması haqqında əsas ilkin şərtləri müəyyən­ləşdirmişdir. Konvensiya yalnız o ticarət tərəfdaşları üçün əlverişlidir ki, onların əsas ticarət şəbəkələri (müəssisələri) və ya tədarükat bazarı konvensiyanın iştirakçıları olan müxtəlif dövlətlərdə yerləşmiş olsun.


Tədarükat praktikasında nümunəvi müqavilələr məhsulun hansı bazardan (regional, milli və beynəlxalq) alınmasından asılı olmayaraq bir qayda olaraq bir məhsul nomenklaturası və ya məhsul partiyası üçün tətbiq edilir.


Yüklə 325 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin