Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi



Yüklə 325 Kb.
səhifə15/22
tarix02.01.2022
ölçüsü325 Kb.
#38970
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
M-vzu-81

Məhsulgöndərənlərin etibarlılığı - bazar subyektləri ilə uzunmüddətli əməkdaşlıq ənənələrinin yaradılmasında mühüm göstərici olmaqla istehsalçı firmaların keyfiyyətli material resursları ilə zəruri həcmdə və vaxtda təmin edilməsi tələbinin ödənilməsi qabiliyyətidir. Etibarlılıq kompleks göstərici olmaqla material resurslarının tədarü-katı prosesinin bütün cəhətlərini əhatə edir və tədarükat bazarında əməkdaşlığın müasir JIT «lean production» tipli mikrologistik strateji prinsipə əsaslanır.

Məhsulgöndərənlərin seçilməsində göstərilən xidmətin keyfiyyəti göstəricisi isə məhsulun və eləcə də xidmətin etibarlılığını əks etdirir. Xidmət – məhsulgöndər-mələrlə bağlı olub bir tərəfin (istehsalçı və ya məhsulgöndərən firmanın - satıcının) digər tərəfə (istehlakçı firmalara – alıcıya) təklif etdiyi, göstərdiyi fəaliyyət növüdür. Ona görə də məhsul­göndərənlər «yaxşı xidmət - yaxşı mənfəət» dir prinsipindən çıxış etməklə göstərilən xidmət növlərini və bu xidmətlərin dəyərini artırmaq, eləcə də əmək məhsuldarlığı ilə bərabər xidmətin daxili keyfiyyətini yüksəltməyə çalışırlar. Məhz məhsulgöndərmələrlə bağlı yaranan problemlərin həlli üsullarından, kiçik və ya böyüklüyündən asılı olmayaraq müəyyən zaman ərzində istehlakçı firmaların istər zəruri material resursları ilə təmin edilməsi, istərsə də istehsal resurslarının istehsal istehlakına hazırlanması prosesində gös­tərilən xidmət növləri onun e'tibarlı olmasına zəmanət verir

Tədarükatın qiymət üzrə təhlili mürəkkəb və çoxcəhətli olduğundan onun aşağıda qeyd edilən mərhələlərlə aparılması tələb olunur:


  • məhsulun yaradılması mərhələsindən son istehlakçıya çatdırılması anınadək qiymətin təhlili (tədarükat xərcləri də aid olunmaqla kalkulyasiya maddələri üzrə NETTO qiymətinin tə'yin edilməsi);

  • görülmüş işlər və yerinə yetirilmiş xidmətlərin ümumi dəyərinə əsasasən hesablanmış qiymətin təhlili;

  • məhsulların faydalılıq dərəcəsinə görə qiymətlərin təhlili;

  • analoji məhsulların qiymətlərinin yüksəlməsi zamanı qiymətlərin təhlili;

  • məhsul vahidinə çəkilən ilkin xərclərə görə qiymətlərin təhlili;

  • sürüşkən qiymətlərin köməyilə aparılan təhlil;

  • açıq məlumatlar - valyuta, birja kursları və gömrük statistikası əsasında qiymətlərin təhlili.

Qeyd edilən meyarların tətbiq edilməsi üçün zəruri olan informasiyaların toplanması müxtəlif mənbələrdən - istehsalçı firmanın özünün apardığı xüsusi tədqiqat, bank və maliyyə institutları, potensial məhsulgöndərənlərin rəqibləri, sənaye - ticarət palatası və ya assosiasiyası, informasiya agentlikləri, dövlət qey­diy­yat palataları, vergi, lisenziya xidmətlərindən alınan mə'lumatlara əsaslanır.

Məhsulgöndərənlərin seçilməsi haqqında qərarların qəbul edilməsi üçün son mərhələ onların sıralanması (ranjirovkası) və reytinq üzrə yerləşdirilməsi hesab edilir. Bu prosesin aparılması üçün vahid mexanizm mövcud deyil və o, təbiət e'tibarı ilə yaradıcı xarakter daşıyır.



Son dövrlərdə praktiki olaraq məhsulgöndərənlərin seçilməsi işi firmanın agentlərinə həvalə edilir. İstehsal sahələri ilə texniki nəzarət şö'bəsi arasında qarşılıqlı fəaliyyəti tə'min edən bu agentlər bütünlüklə tədarükat prosesinə və ya firmanın tədarükat şö'bəsilə birlikdə tədarükatın hər hansı bir mərhələsinə kollegial cavabdehlik mə'suliyyəti daşıyırlar. Agentlərin tədarükat işlərinin həyata keçirilməsi mexanizmi firmaların özünün tədarükat mexanizmindən əsaslı fərqlənir. Belə ki, milli və ya beynəlxalq tədarükat bazarlarında fəaliyyət göstərən məhsulgöndərənlərin seçilməsilə bağlı çətinliklərlə rastlaşan bu agentlər ixtisaslaşmış büro və vasitəçilik missiyasını yerinə yetirən firmaların xidmətindən istifadə edirlər. Bu firma və büroların məqsədi müvafiq haqlar əsasında əvvəlcədən bəyan edilən parametrlər üzrə əlverişli məhsulgöndərənləri axtarıb tapır və meydana çıxan hüquqi və maliyyə məsələləri haqqında məsləhətləşmələri həyata keçirirlər. Alıcı şirkətlər bu bürolara özlərinin əlahiddə səlahiyyətlərini həvalə edir və onlarda alıcıların adından məhsul­göndərmələrin təşkili, maliyyələşdirilməsi və reallaşdırılması ilə bağlı bir sıra məsələləri həll edirlər. Göstərilən xidmətlərə görə ödəmələr bir qayda olaraq ya bağlanan müqavilənin ümumi dəyərinə, ya da mənfəətə görə faizlə hesablanır. Adətən qeyd edilən firmaların xidmətindən istifadə olunmasına istehlakçıların və onların agentlərinin müraciət etməsinə səbəb yeni satış bazarları və bu bazarlar üçün istehsal edilən məhsullara prinsip e'tibarı ilə lazım olan yeni xammal, material və dəstləşdirici məmulatın əldə edilməsi zəruriyyətinin yaranmasıdır.


Yüklə 325 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin