Mövzu Turizm fəaliyyətində standartlaşdırma Turizm fəaliyyətinin hüquqi əsasları. Turizm fəaliyyətində rəsmiyyətçilik. Turizm fəaliyyətində standartlaşdırma



Yüklə 44,81 Kb.
səhifə12/19
tarix02.01.2022
ölçüsü44,81 Kb.
#34668
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Mövzu . Turizmdə standart, hüquq,rəsmiyyətçilik Xazar 2020

Turizmdə rəsmiyyətçilik

“Forma” – latınca “müəyyən olunmuş qayda” deməkdir “Rəsmiyyətçilik" – dövlət sərhədini keçən turistlərin müəyyən edilmiş gəlmə, getmə və xarici ölkədə olma qaydalarına məcburi əməl etmələri ilə bağlı olan hərəkət və üsuldur.

Turizm rəsmiyyətçiliyi dövlətlər tərəfindən dövlətin təhlükəsizliyi, qeyri-qanuni miqrasiya, beynəlxalq terrorizm, narkotik vasitələr və silah ticarəti və s. ilə mübarizə, həmçinin səyahətçilərin təhlükəsizliyini təmin edilməsi və ətraf mühitin mühafizəsi üçün tətbiq edilir.

Beynəlxalq səviyyədə hər hansı fəaliyyətin həyata keçirilməsi zamanı anlaşılmazlığın qarşısının alınması, birgə fəaliyyətin bir istiqamətdə həyata keçirilməsi üçün müəyyən ortaq terminlərin təsdiqlənməsinə ehtiyac vardır. Bu məqsədlə qabaqcıl ölkələrin sahə mütəxəssisləri görüşərək müvafiq terminləri birgə təsdiq edirlər. Bu cür beynəlxalq görüşlər zamanı sahə fəaliyyətinin beynəlxalq səviyyədə inkişafına dəstək göstərilməsi məqsədilə ortaq layihələrin icrasının həyata keçirilməsinə nail olurlar.




  1. Turizm rəsmiyyətçiliyinin bəziləri bilavasitə turistə aid olur, məs., xarici pasportun alınması, gömrük və sərhəd yoxlanışı, ayrı-ayrı xəstəliklərdən vaksinasiya və s. Digər rəsmiyyətçilik növləri isə turizm şirkətləri ilə əaqədar olur. Bunlara turizm sahəsində fəaliyyətlə məşğul olmaq üçün tələb olunan bütün şərtlərin yerinə yetirilməsi aiddir. Məs., turizm fəaliyyətini həyata keçirmək üçün lisenziyanın alınması, hazırlanan turizm məhsulu üçün uyğunluq sertifikatının alınması və s. Turfirma ilə turist arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi də rəsmiyyətçiliyə aid edilir.



Turizm rəsmiyyətçiliyi səyahətlər həyata keçirilərkən maneələrin aradan qaldırılmasına və turistlər tərəfindən digər ölkələrə gediş-gəlişin şərtlərinin asanlaşdırılmasına yönəlməlidir. Turizmdə rəsmiyyətçiliyin aşağıdakı növləri var:

  • Polis rəsmiyyətçiliyi

  • Pasport rəsmiyyətçiliyi

  • Viza rəsmiyyətçiliyi

  • Gömrük və valyuta rəsmiyyətçiliyi

  • Tibbi-sanitariya rəsmiyyətçiliyi

  • Təhlükəsizlik rəsmiyyətçiliyi və sığortalama


Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin