Mövzu Turizm fəaliyyətində standartlaşdırma Turizm fəaliyyətinin hüquqi əsasları. Turizm fəaliyyətində rəsmiyyətçilik. Turizm fəaliyyətində standartlaşdırma



Yüklə 44,81 Kb.
səhifə15/19
tarix02.01.2022
ölçüsü44,81 Kb.
#34668
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu . Turizmdə standart, hüquq,rəsmiyyətçilik Xazar 2020

Viza rəsmiyyətçiliyi. Viza (lat. "visa" – görünən) – hər hansı şəxsə başqa ölkəyə daxil olmaq, onun ərazisini tərk etmək, oradan tranzit keçmək üçün verilən icazədir (ştamp, marka və s.). Viza gedilən ölkənin konsulluğu və ya səfirliyi tərəfindən verilir. Viza eləcə də ölkəyə daxil olan xarici vətəndaşa verilən ayrıca sənəd də ola bilər. Məs., sovet vizası 3 hissədən ibarət olmuşdur: gəlmə, orta hissə və getmə. Onların 2-də şəxsin şəkli var idi. Gəlmə hissəsi turist gələrkən, getmə hissəsi isə ölkədən gedərkən qoparılır, daha sonra xüsusi orqanlara göndərilib şəkilləri eyniləşdirilirdi.

Vizaların aşağıdakı növləri ola bilər:



  • birdəfəlik və çoxdəfəlik (multy);

  • individual və qrup;

  • tələbə;

  • işgüzar;

  • gəliş və gediş;

  • özəl;

  • tranzit;

  • turist;

  • Şengen və s.

Vizanın alınma qaydasından asılı olaraq, onları alınmaicazəverici vizalara bölürlər. Alınma vizaları əldə etmək üçün sadəcə lazımi sənədləri toplayıb, rüsumu ödəmək tələb olunur. Bu cür vizalar avtomatik olaraq verilir. İcazəverici vizalar Şengen birliyi, Böyük Britaniya, ABŞ tərəfindən rəsmiləşdirilir. Tələb olunan və düzgün doldurulan sənədlərin varlığı heç də həmin vizanın alınmasına təminat vermir. Bir sıra hallarda viza almaq istəyən şəxsləri müsahibəyə dəvət edirlər və bu zaman onlar vizanın verilməsinə heç də təminat vermirlər. Bəzən hətta vizanın mövcudluğu belə bəzi ölkələrə girişi təmin etmir. Çünki, bəzi ölkənin müəyyən orqanları (sərhəd, polis və s.) müəyyən səbəblər üzündən viza olduqda belə vizanın sahibini ölkəyə buraxmaya bilər.

Elə ölkələr var ki, fərqli viza növləri təklif edirlər. Məsələn, ABŞ-da 20-yə yaxın viza növü: B-2 -turizm, şəxsi və qonaq; C-1 -tranzit; D-1 –qrup; F-1 –tələbə şəhərciyində işləmək hüququ da verən tələbə vizası; J-1 –tələbə mübadiləsi üçün; K-1 –yeni evlənənlər üçün; M-1-M-4 tələbələrin tətil keçirmələri üçün; O-1 –xaricilər üçün və s. mövcuddur.




Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin