Mövzu Turizm fəaliyyətində standartlaşdırma Turizm fəaliyyətinin hüquqi əsasları. Turizm fəaliyyətində rəsmiyyətçilik. Turizm fəaliyyətində standartlaşdırma


Gömrük rəsmiyyətçiliyi və valyuta nəzarəti



Yüklə 44,81 Kb.
səhifə17/19
tarix02.01.2022
ölçüsü44,81 Kb.
#34668
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu . Turizmdə standart, hüquq,rəsmiyyətçilik Xazar 2020

Gömrük rəsmiyyətçiliyi və valyuta nəzarəti. Gömrük rəsmiyyətçiliyi – dövlət sərhədini keçən insanların, əşya və məhsulların ölkəyə gətirilməsi və ölkədən çıxarılması ilə əlaqədar şərtlərə və qaydalara riayət etməli olduğu prosedurlardır. Gömrük rəsmiyyətçiliyin həyata keçirilməsi sərhəd məntəqələrində gömrük xidmətinə həvalə olunur. Gömrük rəsmiyyətçiliyi turistlər üçün adətən gömrük bəyannaməsinin doldurulmasından və lazım olduqda baqajın yoxlanılmasından ibarət olur.

Gömrük bəyannaməsi – dövlət sərhədini keçən sərnişinlərin, turistlərin gömrük nəzarəti xidmətinə özləri ilə və ya ayrıca yük şəklində keçirdikləri əşya və mallar haqqında doldurduqları yazılı ərizədir. Bəyannamə 16 yaşı tamam olmuş şəxslər tərəfindən şəxsən doldurmalıdır. Gömrük bəyannaməsi adətən müəyyən olunmuş forma üzrə xüsusi blanklarda doldurulur. Bəyannamədə turist haqqında məlumat, varid olduğu və gedəcəyi ölkə, səfərin məqsədi, şəxsi baqaj, valyuta, əntiq və incəsənət əsərləri, qiymətli metal və daşlardan olan məmulatlar qeyd edilir.

Azərbaycan vətəndaşları ölkədən çıxan zaman gömrük bəyannaməsində elan etdikləri yerli valyutanı yenidən ölkəyə idxal edə bilərlər. Bu bəyannaməyə Bakıda gömrük təşkilatının ştampı vurulmalıdır. Bəyannamədə göstərmək şərtilə, vətəndaşların və qeyri-vətəndaşların (rezidentlərin və qeyri-rezidentlərin) xarici valyuta idxalına məhdudiyyət yoxdur. Xaricə gedən Azərbaycan vətəndaşları üçün yerli valyutanın ixracına da məhdudiyyət yoxdur, ancaq aparılan pulun məbləği mütləq bəyannamədə göstərilməlidir. Xarici valyutanın ixracı zamanı isə Azərbaycan vətəndaşlarından 10 min ABŞ dollarından artıq hər bir məbləğ (və ya həmin məbləğə bərabər (ekvivalent) digər valyuta) üçün 1% həcmində vergi tutulur, üstəlik, bunun üçün Azərbaycanın Mərkəzi Bankının rəsmi razılığı da təqdim olunmalıdır. Adambaşına 10 min ABŞ dolları ekvivalenti məbləğində valyuta (fond sərvətləri istisna olmaqla) hər hansı sənəd təqdim edilmədən, sadəcə gömrük orqanlarına bəyan edilməklə Azərbaycandan nağd şəkildə çıxarıla bilər. Yol çekləri və kredit kartları bəyannamədə qeyd edilmir. Turistdə, bəyannamədə göstərilməyən valyuta aşkar olunarsa, o, gömrük nəzarətçiləri tərəfindən götürülür.

Təhlükəsizlik baxımdan bir sıra əşyaların gömrük nəzarətindən keçirilməsi ya qadağandır, ya da onları keçirmək üçün xüsusi şərtlər mövcuddur. Onlara aşağıdakılar daxildir:

• bıçaq və kəsici alətlər

• silah, güllə və digər sursatlar

• kartriclər

• 100 ml-dan çox ətir flakonları

• 100 ml-dan çox həcmli aerozol bağlamada kosmetik məhsullar

• alışqan üçün maye

• asid batareyalar

• feyerverklər, siqnal raketləri, oyuncaq silahlar, tezalışan maddələr, gözyaşardıcı qaz

• səyahət plitələri, qaz kanistrləri, sualtı səyahət üçün oksigen balonları

• boya və laklar

• toksik, infeksion və radioaktiv maddələr

kimyəvi məhsullar, gübrələr, pestisid və insektisidlər

• həlledicilər, ağardıcılar, xlor, təmizləyici maddələr, yanacaq, aseton və s.

• civəli termometr və barometrlər

Bir çox ölkələrdə gömrük nəzarətini bir qədər yüngülləşdirmək üçün müxtəlif sistemlər tətbiq olunur. Bu sistemlərdən biri dünyanın bəzi ölkələrdə tətbiq olunan «yaşıl» və «qırmızı» dəhliz sistemidir. “Yaşıl dəhliz” – yazılı bəyannamənin doldurulmasını tələb etməyən və ümumiyyətlə baqajı olmayan şəxslərin sərhəddən keçməsi üçün nəzərdə tutulmuş nəzarət formasıdır. Qeyd etmək lazımdır ki, müəyyən bir şəxs yaşıl dəhlizə daxil olursa, o, şifahi halda bildirir ki, onun bəyannaməyə qeyd olunacaq və nəzarət ediləcək heç bir əşyası yoxdur. Bu o demək deyil ki, bu zaman həmin şəxsi tamamilə yoxlamırlar, müəyyən yoxlama həyata keçirilir, bundan əlavə gömrükçü istənilən zaman özünü şübhəli aparan istənilən şəxsi saxlayaraq, onu yoxlanışdan keçirə bilər və əgər bu zaman onda bəyannamədə qeyd olunmalı hər hansı əşya tapılarsa, həmin şəxs inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. Əgər sərhədi keçən şəxsdə bəyannamədə qeyd olunacaq əşya və ya mallar varsa, o, “qırmızı dəhliz”dən keçir.

Müəyyən ölkədə alış-veriş edərkən, biz həmişə həmin məhsula ƏDV də ödəyirik. Xaricdə bu vergini value added tax və ya VAT adlandırırlar. Müxtəlif ölkələrdə verginin miqdarı 5% - 25% arasında dəyişir. Turistlərin müxtəlif tələbatını ödəmək üçün bir sıra ölkələrdə ƏDV-nin qaytarılması üçün tax free sistemi formalaşdırılmışdır. Tax-free xidməti yalnız ölkədə 3 aydan az müddətdə qalan qeyri-vətəndaşlar üçün nəzərdə tutulmuşdur. İsveçrə və İtaliya kimi ölkələrdə bu müddət 1 və 2 aydan artıq olmur. Lakin, vətəndaşlığı olmayan şəxslər, tələbə və işçi vizaları olan şəxslər taxfree xidmətindən istifadə etmək hüququna malik deyillər. Hər bir ölkədə müəyyən məhsullar siyahısı var ki, onlara adətən alkoqol və tütün məhsulları daxil deyil. Bundan əlavə alınan əşyanın minimum qiymətinə və xüsusi çekin fəliyyət müddətinə dair müəyyən məhdudiyyətlər mövcuddur. Məs., Almaniyada tax free-yə uyğun olan məbləğ 30 avrodan başlayır, müddət isə məhsulun alınmasından 3 il müddətinə qədər olur, İsveçrədə isə həmin məbləğ 300 avro, müddət isə cəmi 1 ay təşkil edir.

Tax free anlayışından əlavə xüsusi duty free adlanan anlayış da mövcuddur. Bu cür mağazalar adətən turistlərin daha çox cəmləşdiyi beynəlxalq hava limanlarında, xüsusi turizm mərkəzlərində, təyyarələrdə daha çox rast gəlinir. Duty free mağazaları elə yerləşdirilir ki, orada alış-verişi yalnız pasport və gömrük nəzarətini keçən və dərhal ölkəni tərk edən şəxslər edə bilər. Əlbəttə ki, bu cür mağazalarda alış-veriş etmək daha əlverişlidir, çünki burada ƏDV məhsulun qiymətinə əlavə olunmur. Bəzən duty free mağazaları bilavasitə şəhərdə yerləşdirilir. Bu halda turist sadəcə pasport və biletini təqdim edərək, alış-veriş etmək hüququ əldə edə bilər. Bu cür sistem çox rahatdır və böyük populyarlığa malikdir, lakin bu cür duty free bölmələrinin çeşidi spirtli içkilər, parfümeriya məhsulları, eləcə də bəzi qida məhsulları və s. ilə kifayətlənir.




Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin