Mövzu Turizm fəaliyyətində standartlaşdırma Turizm fəaliyyətinin hüquqi əsasları. Turizm fəaliyyətində rəsmiyyətçilik. Turizm fəaliyyətində standartlaşdırma



Yüklə 44,81 Kb.
səhifə16/19
tarix02.01.2022
ölçüsü44,81 Kb.
#34668
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu . Turizmdə standart, hüquq,rəsmiyyətçilik Xazar 2020

Şengen razılaşması – 1985-ci il iyunun 14-də 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa və Almaniya) tərəfindən Avropa Birliyinə daxil olan bir sıra ölkənin sərhədində pasport-viza nəzarətinin aradan qaldırılmasına dair Lüksemburqun Şengen kəndində imzalanmış və 1985-ci il martın 26-da qüvvəyə minmişdir. 1999-cu il mayın 1-də bu razılaşma fəaliyyətini dayandıraraq, öz yerini AB-nin Şengen qanunvericiliyi ilə əvəz olunmuşdur.

Hal-hazırda 28 Avropa ölkəsinə - Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstana bir vizayla - Şengen vizasıyla daxil olmaq mümkündür. Bu ölkələrdən ikisi - İslandiya və Norveç AB üzvü deyillər. AB üzvü olan 5 ölkə - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Yunan Kipri və Rumıniya isə Şengen zonasına daxil deyillər, yəni bu ölkələrin hər birinə ayrılıqda viza almaq lazımdır.

Şengen vizası ilə bir ölkəyə daxil olaraq bütün Şengen zonasında azad səyahət etmək mümkündür. Bu vizalar qısamüddətlidir və Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Əgər Azərbaycan vətəndaşı yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlidir. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməlidirsə, o zaman əsas istiqamət olan ölkənin səfirliyinə müraciət olunmalıdır. Əgər müxtəlif Şengen ölkələrinə səyahət nəzərdə tutulursa və bunlardan heç biri əsas istiqamət deyilsə, o zaman ərazisinə birinci daxil olunacaq ölkənin səfirliyinə müraciət edilməlidir.

Şengen vizası üçün əsasən pasport, pasportun şəkil, viza, möhür və qeydiyyat səhifələrinin surəti, şəxsiyyət vəsiqəsi və surəti, 2 ədəd şəxsən doldurulmuş ərizə forması, 2 ədəd biometrik pasport şəkli, viza verilməsində yanlış məlumata dair xaricilər üçün qanunun 55-ci paraqrafına dair yazılı bəyanat, səfər olunacaq Şengen ölkəsindəki vaxtı əhatə edən 30.000 avro və ya 50.000 dollar civarında səyahət sığorta sənədi, 60 avro viza rüsumu.

Şengen vizalarının kateqoriyalarına (turist səyahəti, işgüzar səfər, tibbi müalicə, avtomobil almaq, sərgiyə getmək və s) görə, əlavə sənədlər də tələb olunur. Məsələn, səfərin məqsədinə və vizanın hansı ölkənin səfirliyindən alınmasına bağlı olaraq iş yerindən arayış (məvacib, vəzifə, işə başlama tarixi və xidməti səfərlə əlaqədar göndərildiyinə dair qeyd daxil olmaqla), bank təminatı, gedəcəyiniz ölkədən dəvətnamə, dəvət edən şəxs barədə məlumatlar, səfərin məqsədinin geniş izahı, hotel rezervasiyası, təyyarə rezervasiyası, nikah şəhadətnaməsi, azyaşlı uşaqların doğum şəhadətnamələri, ev və ya torpaq sahəsinin kupçası və surəti, avtomobilin şəxsi mülkiyyətdə olmasına dair sənəd səyahət proqramı, yaşam xərclərinin qarşılanmasını sübut edən bank hesab çıxarışları və ya son 3 ayın kredit kart hesablaşmaları kimi sənədlər tələb oluna bilər.




Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin