Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan



Yüklə 3,07 Mb.
səhifə5/11
tarix30.04.2020
ölçüsü3,07 Mb.
#31024
1   2   3   4   5   6   7   8   9   10   11
umumi sfera111


Xərclər əsasında üsulu zamanı məhsulun maya dəyərinin üzərinə nəzərdə tutulmuş mənfəətin miqdarı əlavə olunur.Bu üsul sadə üsuldur.Lakin bu üsul zamanı istehlakçının məhsula olan münasibəti nəzərə alınmır. Eləcə də bazarda məhsula olan tələbat da nəzərə alınmır. Bu isə mühüm bir amildir.Çünki TSM müəssisələrinin fəaliyyəti müvsümi xarakter daşıyır və eyni zamanda iqlimin təsirindən asılıdır.Bundan başqa, rəqib müəssisələrin eyni məhsula qoyduqları qiymət nəzərə alınmır.
Xərclər əsasında üsulunda zərərsiz işləmək və məqsədli mənfəəti təmin etmək variantı daha məqsədəuyğundur.Qiymətin təyin edilməsinin bu variantında xərclər təhlil edilərək sabit və dəyişkən xərclərə bölünür, zərərsiz nəticə üçün müvafiq cədvəllər tərtib olunur, ümumi pul mədaxilinin həcminin dəyişməsinin mənfəətə olan təsiri hesablanır.
Bazar və ya marketinq üsulunun tətbiqi daha məqsədəuyğundur. Çünki bu zaman bazar tədqiq olunur: məhsul istehlakçıları, rəqib təşkilatlar, tələbatın təhlili yerinə yetirilir və s.
49

Turizm müəssisələri qiymətqoymaya dair bir sıra marketinq biliklərinə yiyələnirlər və həmin bilikləri öz işlərində də tətbiq etməyə çalışırlar.Şübhəsiz ki, müəssisələr əsas qiymətqoyma üsullarından istifadə edirlər və bu zaman qərara alınan qiymətqoyma rəqabət qabiliyyəti yaradır.Müəssisə vahid bir qiymət təyin etmir, əksinə, qiymətqoyma strukturunu yaradarkən digər məhsulların da qiymətlərini müəyyənləşdirir.Bu qiymətqoyma strukturu məhsul həyat dövrlərini keçərkən illər keçdikcə dəyişir.Müəssisələr tərəfindən məhsullara qoyulmuş qiymət onların xərclərində və tələbdə baş verən dəyişikliklərdən, həmçinin də alıcıların və şəraitin müxtəlifliyindən asılıdır.Rəqabət mühitində dəyişikliklər baş verdikdə müəssisə müəyyən edir ki, qiymətlərinə dəyişiklikləri və onlara reaksiyanı nə vaxt verəcəkdir.
İndiisə menecment üçünmövcudolandinamikqiymətqoymastrategiyalarını nəzərdənkeçirək. Bunlara isə, həyat dövrünün ilkin mərhələsində olan məhsullar üçün yeni məhsula qiymətqoyma strategiyaları; məhsul çeşidi daxilində məhsul kompleksinə qiymətqoyma strategiyaları; müştəriləri və şəraiti nəzərə alan qiymətin uyğunlaşdırılması strategiyaları və qiymətin dəyişməsinə təkan verən və cavab verən strategiyalar aiddir.
Müəssisənintəyinetdiyiqiymətlərbəzən çoxaşağı olduğu üçüngəlirlərdə azolurvə ya çoxyüksəkolduğu üçüntələbi ödəyə bilmir. Mayadəyəriməhsulunqiymətininbazasını təşkiledirsə, istehlakçınınqiymətvə
dəyərqavraması qiymətinyuxarı hüdudunumüəyyənləşdirir.Yaxşı qiyməttəyinetmək üçünmüəssisə rəqibinqiymətinivə digərxaricivə daxilifaktorları nəzərə almalıdır.
1.Turizmininkişafındasahibkarlıqtəşkiliüçünilkinkapitalınformalaşmasımənb ələrininmüəyyənləşməsivəondansəmərəliistifadəyollarınıntapılmasıdır.Onagörədə ilkinkapitaldövlətbüdcəsininistifadəsindəturizməayrılanvəsaitvəyerlibüdcələrinhe sabınaturizməmaliyyədəstəklərininverilməsidir.
Turizmininkişafındasahibkarlığınmaliyyəəsasınıqeyridövlətmaliyyəresursları nıncəlbedilməsidəəsasmənbəkimiüstünlüktəşkiletməlidir.Ammabuvəsaitlərinhəc
50

miyerliəhalininturizmsahibkarlığındaimkanlarınıməhdudlaşdırır.Dahasəmərəlivari antkredityoluiləturizmininkişafıyaxuddövlətmaliyyəresurslarıhesabınaonlarıninkiş afıvəicarəyəverilməsiyoluiləsahibkarlıqfəaliyətinistimullaşdırmaqyoludur.


Sahibkarlığatəşəbbüskarlığıartırmaqüçünuzunmüddətlikreditverilməsivəturiz mfəaliyyətininxərcstrukturundavergiəmələgətirənamillərintəsirininaşağısalınması yollarındanistifadəedilməsivacibroloynayır.
Turizmsahibkarlığınıngəlirləribaşqasahələrdənfərqliolaraqrentagəlirləriforma
sındaəmələgəlir.Rentaturistresurslarınınistifadəsindəngələngəlirformasıolmaqla,s
osialəhəmiyyətkəsbedir.Turistrentasıtəsərüfatşəraitindən,
mülkiyyətmünasibətlərinin,
təşkilatiiqtisadiformalarınsəmərəsindənasılıolaraqrentaformalarınıyaradır.
Mütləqdifferensialvəinkişafrentalaruyğunmülkiyyətçilərvəinhisarrentalar,
uyğunmülkiyyətçilərvəistifadəçilərarasındabölüşdürülür.
Turizmdəiqtisadidövriyyəninelementlərinindüzgünqiymətləndirilməsigəlirlər
inadekvathesablanmasınagətiribçıxarır.Rentagəlirlərininyaranması,
sosialməqsədlərüçünistifadəolunduğuüçünonasosialstatusudahaəhəmiyyətlidir.Tu
ristməhsulununsosialxarakterionunyerliəhalisindəgəlirmənbəyiolmasıvəbugəlirinb
ölgüsündətəkraristehsalxərcləriüçünvəsaitinayrılmasıiləölçülür.Turizminəlavəgəli
rmənbəyionuntəbiiresurslarınınrentaəmələgətirənqabiliyyətiiləölçülür.
Turizmsahibkarlığındaəsasmeyarolaraqkommersiyamənfəətivədavamlıinkişa
ftələbatıəsasmeyarprinsipiolaraqqalır.Təbiiki,
regionlarınşəraitieyniolmadığıüçünhərəbirsahibkarınxərcstrukturundaməsrəfləröz
ününpotensialıhəcmindəyaxudrayonugətirilmişresurslarınəzərəalmaqlatəşkiloluna
bilər.
Təbiiresurslarınbololmasıəlavəgəlirgətirməyəsəbəbolurki,
onundasahibkarıregionunbütövəhalisivəonunümumitələbatüçünistifadəedilməsistr
ategiyasıroloynayır.Sahibkarlığınilkintəşkiliüçüntamrəqabətmühiti,
məhzonlarınfəaliyyətindəngəlirlərinonunözününsərəncamındaqalmasınaşəraityara

51

tmaqlastimullaşdırmamexanizmlərinintətbiqiiləbağlıdır.Buməqsədləkreditvəgüzəş tsistemi, vergiformalarınvəonundərəcəsininaşağısalanmasıyollarıəhatəedir.


Vergisistemirespublikadaartıq,millixüsusiyyətlərinəzərəalmaqla,sahibkarlıqf
əaliyyətininilkinşəraitinihamarlaşdıranbölgüfunksiyası rolunuoynamaqdadır.
Əlbəttə, ayrı-ayrısahibkarlıqnövüüzrəvergidərəcələrinintətbiqi, kapitalqoyuluşunavəortamənfəətprinsipinəziddolaraqgəlirlərinsahələrüzrəbölgüsü
ndəeynişəraityaratmır. Olabilsinki,
sahibkarlarvergigüzəştlərihesabınabazartələbatınınəzərəalmadanhərhansıməhsulu
nvəxidmətinistehsalıiləkütləviməşğulolsun,
budaöznövbəsindəhəminməhsulistehsalınınmənfəətiniazaldarvəmüəssisənindava
mlıinkişafıdayanabilər.
Onagörədəhamarlamavəstimullaşdırmavergidərəcələrindədeyil,
kreditvəonunuzunmüddətliistifadəsiyoluiləmümkünolabilər.
Kreditlərinverilməsindəonunqaytarılmasımüddətindəmüəyyəngüzəştlər,
yaxuddahaçoxmənfəətlivəsosialəhəmiyyətlifəaliyyətnövünəkreditlərverməkyoluh
əminsahənincarixərclərinimaliyyələşdirməkdahasəmərəlimexanizmlərdir. Təbiiki,
sahibkarlıqfəaliyyətindətətbiqolunanmexanizmlər, ümumiiqtisadisiyasət, qlobaltənzimləməvəuyğuncarimarketinqvəəməliplanlaşmamexanizmləriiləmümk ündür.
Turizminsahibkarlıqfəaliyyətininözünəməxsusxüsusiyyəti, onunresuslarınınvəməhsulununtəbii-
coğrafivəxaricidaxiliamillərdənasılıolmasıiləfərqlənir. Beləki,
regionturizmininəsasməqsədidağturizmi, təbiətgözəlliyivəmineralsular, sanatoriyaxidmətihəmçininmeşəvədənizsahələrininturizmməhsulukimihazırşəkild əmüəyyəntexnologiyalaryaradılmasıilətəşkilmexanizmiəhatəedir.
Buresurslarıntəkraristehsalı, mülkiyyətmünasibətlərivətəşkiliformalarıeynideyil. Onagörədəbusubyektlərinturistfəaliyyətindəbirləşməsisahibkarlıqqanunlarınauyğu
nolaraqmüəyyənprinsiplər, öhdəliklərvəpaybölgüsüşəraitindəolabilər. BugünAzərbaycandahərhansıresursunrespublikatabeliyaxudxariciinvestoraistifadə 52

yəverilməsihəminresursundaturizmüçünistifadəkompromisstəşkilatiforma, yaxudbazartiplimexanizmlərləlayihədəbirləşməsiyollarınımüəyyənləşdirir.


Turizminsonrakıinkişafıhərbirresursunsahibinin,
onunistifadəçisininvəistehlakçısıarasındaəlaqələrin,
maraqlarınuzlaşmasıvahidbirsistemihalındaidarəedilməsitexnologiyasındanxeylia
sılıdır. özəlləşdirməninəsasistiqamətlərivəresurslarınbölgüsü,
yerlivəmərkəzləşdirilmişmaraqlarınuzlaşmasınıtələbedir.
Torpaqlarınəhaliarasındabölgüsüyerinvətəbiisərvətlərindövlətinmülkiyyətindəolm
ası, kapitalınvəayrı-ayrıtexnoloъiqurğularınayrı-
ayrısahibkarlarınəlindəbirləşməsivəonlarınsonrakıartımındasərbəstbazarseqmenti
nəuyğunfəaliyyətturizmsahibkarlığınınkorporatividarəetməformasını,
onunmexanizmləriniyaradır.
Turizminsahələrarasıvəmüxtəliftabeçilikprinsipinəuyğuntəşkiliformasıonunsahibk
arlığındasttmullaşmamexanizminiyaradır.
Turistməhsullarınınqiymətihərbiriqtisadivətəşkilatiresurslarınqiymətindənasılıolar
aq, onunmənfəətinəvəonunməhsulununreallaşmaqiymətinətəsiredir. Onagörədə,
bazartiplisahibkarlıqfəaliyyətikimicariresurslarındəyişməqiymətlərindən,
həmçininməcmuutələbdənasılıolaraqrespublikadankənardatəsiredənamillərdənasıl
ıolaraqformalaşır. Dünyaturizmsferasında, xüsusiistirahətvəturizmxərcləri,
daxiliqiymətlərdənazolduqda,
təbiikiyerliəhalimüxtəlifliknaminəxariciturizmfəaliyyətinəüstünlükverəcəklərinin
böhranınasəbəbolur.
Regionlardasahibkarlığınəsasistiqamətiolaraqturizmininkişafı,
yerliidarəetməorqanlarının,
özünüidarəetməprinsiplərivəazadsahibkarlığadəstəkproqramıyerliimkanlarhesabın
amövcudmaliyyəçatışmamazlığışəraitindəmüəyyənçətinliklərləbağlıdır.
Beləşəraitdədövlətmaliyyəorqanlarınınvəmaliyyəresurslarının,
respublikamiqyasındafəaliyyətgöstərənsahibkarlarınimkanlarındanistifadəetməky
ollarıtətbiqolunmalıdır. Beləki,
53

torpaqlarınözəlsektordaolmasıonunərazisininturizmməqsədiüçün, yenimehmanxanaictimaiiaşəvəmədənikomplekslərintikilməsiüçünmüəyyənçətinli klərtörədir.


Respublikadatorpaqbazarınınhələki, dövriyyəyəcəlbedilməməsi, meşə vədağörtüklərinindövlətmülkiyyətindəolmaqlaicariyyəverilməsivəyerliəhalininka
pitalınınolmaması, həmçininenerъi, istilikvədigərresurslarınındövlətinəlindəolmasıayrı-
ayrısubyektlərinöhdəlikvəvəzifələrinimüəyyənedir. Sahibkarlığınsosial-
iqtisadirolu,
əhaliningəlirlərindəvəonuntələbatınınödənilməsindəiştirakıiləmüəyyənləşir.
Təbiiki,
istehlakdavranışınınformalaşmasındaturistlərintələbatıvəxaricituristkimigedənləri
npulgəlirlərimühümroloynayır.
Əhalininpulgəlirlərivəxərclərinindinamikasıturizmüçünsosialpotensialınolmasını
müəyyənləşdirir.
Əhalininpulgəlirlərinintərkibindəsahibkarlıqfəaliyyətiningəlirləri,
sahibkarlıqinkişaf etdikcədahasürətləartır. Beləki, sahibkarlıqgəlirləripulgəlirlərinin 50%-dənçoxunutəşkiledir.
Xaricivalyutadəyişmələriölkədəolanəhalininvəxaricivətəndaşlarındəyişmədö vriyyəsiniəhatəedir. Sahibkarlıqfəaliyyətindəngələngəlir 2004-cüildə 16,2 trilyonmanattəşkiletməklə 1996-cıilənisbətən 3,0 dəfəqədərartımşdır. Buartımınbütünsahibkarlıqnövüiləəlaqələndirməkləperspektivdəturizmsahibkarlığ ıhesabınabuartımınsaxlanılmasıgözlənilir.
Turizminsahibkarlıqfəaliyyətikimisosialxarakteridahasəciyyəvidir. Beləki, turizminkommersiyafəaliyyətikimiməhsulunreallaşmasındanəldəolunangəlirlər, ərazidəsahibkarıngəliriyaxudsəhmdarcəmiyyətvədigərtəsərrüfatformasıkimionuni
şçilərininiştirakpayı «divident» yaxudbirbaşagəlirikimiformalaşır. Turizminsosial-iqtisadimahiyyəti,

54

onunbütünəhaliqruplarınıngəlirlərinintəsiriniayrı-ayrımənbəələrvasitəsiiləbaşverməsimümkünlüyüartır.



55

Mövzu: 5. Turizm sferasının əmək resursları


Plan


  1. Turizm sferаsının kаdr təminatı




  1. Turizm və əhali məskunlaşması




  1. Turizmdə əmək haqqı sistemi və iqtisadi stimullar




  1. Mövsumi xarakterli əmək fəaliyyətinin təşkili




  1. Turizmdə əməyin plаnlаşmаsı və idаrə оlunmаsı


  1. Turizm sferаsının kаdr pоtensiаlı оnun istehsаl prоqrаmınа uyğun оlаrаq təşkil оlunur və idаrə оlunur. Belə ki, хidmətlərin ümumi həcmi оnun yerinə

yetirilməsi hər nəfərə düşən məcmu iş qüvvəsi ilə müəyyənləşir. Əgər biz hər bir işçinin pоtensiаlını nəzərə аlmаqlа gün ərzində, аy ərzində хidmət gюstərmək imkаnını nəzərə аlmаqla zəruri və nоrmаtiv işçilərin sаyı müəyyənləşir. Kаdr pоtensiаlı tələb və təklifdən аsılıdır. Kаdrlаrın ümumi sаyı, оnun strukturu və istifаdə etmə əmsаllаrı bütюvlükdə məcmu kаdr tələbаtını fоrmаlаşdırır. Kаdrlаrın, işçilərin ümumi sаyı turizm fəаliyyəti dахilində istifаdə üçün iхtisаslаşır. Аdətən iхtisаslаşmа ilə yаnаşı əməyin universаl хаrаkteri bu sаhədə аpаrıcı rоl оynаyır. Turizm fəаliyyətinin bir birinə охşаr kоnkret fəаliyyət sferаsı uyğun iхtisаslı kаdrın hаzırlаnmаsınа əsаs verir. Dаhа çох оrtа iхtisаs təhsilli kаdrlаr хidmət sferasındа istifаdə оlunur və bütövlükdə vаhid sistem hаlındа idаrə etmə məsələləri turizm mentаliteti vаsitəsilə həyаtа keçirilir. Kаdrlаrın hаzırlаnmаsı təhsil sistemində fоrmаlаşır. Оnlаrın istifаdəsi isə kоnkret turist оbyektində iхtisаslаşır.


Turizmin kаdr pоtensiаlı оnun idаrə оlunmаsı kаdrlаr üçün yаrаdılаn şərаitin əlverişliyi ilə tаrаzlаşdırılır. Regiоnlаrdа yerli əhаlinin, əmək qаbiliyyətli insаnlаrın, pensiyаçılаrın və yeniyetmələrin turizm fəаliyyətində istifаdəsi kаdrlаrа оlаn tələbаtın ödənilməsinin əsаs mənbələridir. Kаdrlаrın peşəkаrlığı, оnun məhsuldаrlığı verilən əmək hаqqındаn, əlаvə stimullаrdаn, tədris hаzırlığı kurslаrının təşkilindən аsılıdır. Turist sferаsındа əmək universаl хаrаkterlidir.
56

Хаrаkter etibаrı ilə sаdə əməkdən ibаrətdir, аmmа dünyа infоrmаsiyа sistemində turizm fəаliyyətinin genişlənməsi оnun reklаmın оnun infоrmаsiyа təminаtı bаzаrının yахşılаşdırılmаsı kаdrlаrın ümumi və peşə birliyinin аrtmаsınа səbəb оlur. Kаdrlаr müхtəlif dilləri bilir. Mədəni servis təqdim etməsi оlmаlıdır. Hər hаnsı kоnkret prоblemin həllini sivil qаydаdа həll eləməlidir. Turistlərin şəхsi keyfiyyətlərini, оnlаrın mоtivini sivil fоrmаlаrdа və məzmundа şəhr eləməlidir. Təbii ki, bu аmillər turizm sferasındа kаdrlаrın təhsil yоlu ilə hаzırlаnmаsını tələb edir. Turizmin kоmpоnentli kаdrlаrının dа universаl biliyə хüsusi ehtiyаcı vаrdır. Bu bаzаdаn turizmin dахilində peşə fəаliyyəti ilə оnа qulluq edən kаdrlаr hаzırlаnır: оtelçilik, mаliyyə brоkeri, turаgent, turоperаtоr, ictimаi iаşə mütəxəssisi, tаriхçi, аrхeоlоq, etnоqrаf və müхtəlif dilləri bilən iхtisаslı kаdrlаr. Turizmin kаdr pоtensiаlını isə hər bir ölkədə yerli və dünyа turist müəssisələrində işləyənlər üçün hаzırlаnmış kаdrlаrın seçimi, istifаdəsi, rəqаbət münаsibəti ilə əldə оlunur. Bаzаr diqtəsi və kаdrlаrı qаne edən əmək hаqqı аpаrıcı rоl оynаyır. Müаsir şərаitdə kаdrlаrа ehtiyаc yer yаrаdır. О cümlədən mövsümi хаrаkter dаşıyаn ölkələrdə, turist müəssisələrində istifаdə üçün ucuz əmək hаqqı ilə əmək resurlаrı аrtıq оlаn ölkələrdən хidmətçilər tələb оlunur. Məsələn; Аzərbаycаndаn Türkiyədə istifаdə оlunur. Türkiyənin kаdrlаrı birdəfəlik və yаrаnmаsındа mövsümi хаrаkter dаşıyаn şərtlərlə təmin оlunur, mədəni mааrif servis хidmətləri üçün müqаvilə ilə kаdrlаr cəlb оlunur. Mədəniyyət, kоnsert, kinо və digər sаhə хidmətçiləri müqаvilələrlə cəlb оlunur və muzdlu əmək fоrmаsındа əməyi ilə qiymətləndilir. Bütün bu şərаitlər uyğun оlаrаq turizmin yоlunu seçən şirkət və turizm dövriyyəsinin sоsiаl, iqtisаdi vəzifələrinə dахil оlur. Sоsiаl iqtisаdi vəzifələr kimi dövlətin təhsil sisteminə, mədəniyyət nаzirliyinə, nəqliyyаt sisteminə, mərkəzi kоmmunаl təşkilаtınа, şəhər icrа kоmitələrinə və yerli idаrə etmə оrqаnlаrınа turizm təminаtı üçün tədbirlər prоqrаmlаrı təqdim оlunur.


Məqsədli proqram yolu ilə turizmin inkişafında alternativ qərar qəbulu, zəruri olan resursların və potensialın cəlb olunmasının intensivliyini və spekterini müəyyənləşdirir. Turizm inkişafında təbii artım, əhali və ekoloji mühütdə baş 57

verən dəyişmələri nəzərə alır. Təbii artım hər bir respublikada iqtisadi amilə yanaşı baş verən iqtisadiyyatda keyfiyyət dəyişmələri ilə mövcud olur. O, cümlədən meşə, dağ və iqlimin dəyişməsi adi amil olmaqla hər hansı növ turizmin cari ildə artımına və azalmasına səbəb olur.


Ona görə də turizmin təşkili aspektində kadr potensialı, reklam və həmçinin turist kimi respublikaya gəlmişlərin ictimai rəyi əsas rol oynayır.
Azərbaycanda 1995-2003-cü illərdə iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf meyli və yüksək artım müşahidə olunduğu handa turizm dövriyyəsinin nəticəsində olan məhsulun artımı ümumi iqtisadi artımından geri qalır. Bu disproporsiyanın əsas səbəblərindən ölkənin turizm üçün yararlı ərazilərinin erməni əsarəti altında olması və respublika rayonlarına səfərin qorxulu olması ilə əlaqəlidir. Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı respublika daxili turizmüçün yararlı olsa da onların düşən əsarət altında olması həmin regionların ərazisinin turizm dövriyyəsindən çoxalmasına səbəb olmuşdur. Həmçinin respublika haqqında Ermənilərin xarici ölkələrdə, o cümlədən Avropa və Amerikada lobbiçilik yolu ilə respublika haqqında yönəldikləri yalan uydurmalar, respublikaya gələnlərin motivini dəyişir. Bu amil uzun sürən ətaətli amil olmaqla müəyyən zaman və reklam tədbirləri tələb edir. Turizm sahəsində məhz böhtançılıq, yalan sindromu rolu həmin sahənin inkişafını yox dərəcəsinə endirir.
Turizm potensialı təbii artım, iqtisadi artım və həmçinin turizm haqqında informasiya dərinliyi və səmərəliliyi ilə ölçülür.
Turist obyektlərində işləyən peşə və xidmət göstəricilərin yüksək əmək haqqısı və yaşayış tərzinə uyğun mühüm olmalıdır. Respublikada turizmin inkişafının kadr potensialı menecment və həmçinin sosial sfera sahəsində işləmək üçün kadr hazırlığı genişlənir. Respublikada ali təhsil sisteminin bakalavr dərəcəsində “Turizm və sosial-mədəni servis xidməti”, “Turizm-sanatoriya-kurort kompleksində servis və tibb xidmətinin təşkili”, “Turizm və sanatoriya kurort

58

kompleksində bərpa işi”, “Standartlaşma və bərpa işi”, “Iaşə məhsullarının texnologiyası”, “Menecment» ixtisasları üzrə kadr hazırlayır.”


Azərbaycanın dünya turizm sisteminə qoşulması üçün beynəlxalq standartlara uyğun inkişaf üçün təşkilatı tədbirlər vacibdir. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci li tarixli 464 saylı fərmanı ilə Gənclər və Idman Nazirliyi Gənclər, Idman və Turizm Nazirliyinə çevrildi.
Azərbaycan Turizm İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 saylı qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. ATİ 2006-cı ilin sentyabr ayında bir fakültə – “Turizm işinin təşkili və idarə edilməsi” fakültəsi ilə fəaliyyətə başlamışdır. İnstitutda hazırda yeddi kafedra – “Turizm biznesinin təşkili və texnologiyası”, “Turizmdə menecment və marketinq”, “Turizmdə informasiya texnologiyaları”, “İctimai fənnlər”, “Turizmin linqvistik təminatı”, “İqtisadiyyat” və “İngils dili”, kafedraları mövcuddur. Kafedralarla yanaşı Tədqiqat və İnkişaf Mərkəzi, Beynəlxalq əlaqələr və layihələr şöbəsi, Kitabxana İnformasiya Mərkəzi fəaliyyət göstərir. ATİ-də 1314-dən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır.

Hal-hazırda ATİ-də təhsil aşağıdakı 11 ixtisas üzrə aparılır:




  • Turizm və otelçilik




  • Menecment




  • Marketinq




  • Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması




  • Regionşünaslıq (Qafqaz regionu, Azərbaycan üzrə)




  • Bələdçi-tərcüməçi




  • Macəra, ekstrimal və dağ turizmi




  • Nəqliyyat servisi (nəqliyyat növləri üzrə xidmətlərin göstərilməsi)




  • Sosial iş




  • Beynəlxalq münasibətlər

59

• Qida mühəndisliyi


Bir təhsil müəssisəsi kimi missiyası ölkəmizdə turizmin inkişafı üçün mütəxəssislərin hazırlanması, tələbələrinin vətəndaş kimi yetişməsi olan ATİ fəaliyyət göstərdiyi qısa zaman ərzində bir çox uğurlara imza atmışdır. TQDK-nın 2007-ci il üçün Azərbaycanın ali məktəblərinin reytinq sıralamasında ATİ respublika üzrə üçüncü yerə, 2008-ci ilin göstəricilərinə əsasən 7-ci yerə, 2009-cu ilin göstəricilərinə əsasən isə 5-ci yerə layiq görülmüşdür.
Azərbaycan Turizm İnstitutu yarandığı gündən tədrisin təşkilini Boloniya prosesi standartları əsasında qurmuşdur.
Müxtəlif xidmət sahələrinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanması yönündə qısamüddətli kursların təşkili, turizm müəssisələrinə təşkilati, konsultativ və elmi-metodiki köməkliklər göstərilməsi, ATİ tələbələrinin tədris proqramlarına uyğun olaraq müxtəlif turizm obyektlərində tanışlıq və istehsalat təcrübəsi təşkili istiqamətində işlər görülür.
ATİ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. 4 iyul 2007-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edəcəklər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər.
ATİ eyni zamanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qaliblərindəndir. Proqram çərcivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir.

60

Azərbaycan Turizm İnstitutu təhsillə yanaşı turizm sahəsinin tədqiqinə də xüsusi diqqət ayırır. 2007-ci ildə BMTİP-in “Ölkədaxili turizmin inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” layihəsi çərçivəsində yaradılmış Tədqiqat və İnkişaf Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir.


ATİ elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktivdir. İstər ölkə, istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı olmuşdur.
Turizmin tədqiqinə səbəb və nəticə əlaqələri uyğun seçimlərin uyğunlaşmasına prinsipləri əsasında formalaşdırılır, belə ki, əhalinin təbii artımı onun yeni quruluşu və pensiyanın orta aylıq səviyyəsi, dövlətin turistlər üçün birdəfəlik müavinatı, yaxud pulsuz göndərişlər hər bir respublikada özünün kontingentlərinin fəallığını formalaşdırı. Azərbaycanda əhalinin təbii artımı tempi son altı ildə (1999-2004-cü illərdə) demək olar ki, dəyişmir, 0,8% təşkil edir. Əhalinin təbii artımı hər 1000 nəfərə 2002-2003-cü illərdə 8,0-10 min nəfər təşkil edir, bu isə 1990-cı ilə nisbətən 2,2 dəfə azalma deməkdir. Əhalinin potensialı turizm sahəsinə olan tələbatı bir başa yox onların həyat səviyyəsinin yüksəldilməsi, həyat tərzinə mənəvi tələbatın rolunun artması və həmçinin dünya ölkələri arasında Azərbaycanda turizm üstünlükləri haqqında informasiyanın yayılması və onların adekvatlığı ilə mümkün olur. Təbii sərvətlərlə zənginlik və onun turizm potensialı kimi qiymətləndirilməsi regionların kompleks inkişafınınəsas istiqaməti ola bilər.


  1. Turizm Azərbaycan əhalisi üçün son illərdə məskunlaşma və təbii, coğrafi

şəraitin intensiv istifadəsi şəraitində daha aktual sahəyə çevrilmişdir. Məskunlaşmanın region prioritetliyi mövcud olan dövrlərdə kənd turizmin, yerli təbii-iqlim şəraitinən istifadə etmək daha geniş yer tutmuşdur. Əhalinin rifahının dəyişməsi onların bir sıra ənənəvi tələbatının ödənilməsi, yeni daha çox dünya qəyərlərinə uyğun tələbat növünün artmasına səbəb olur. Bu isə respublikada tarixi dövrlərdə müəyyən xüsusiyyətlərə özünü formalaşdırır. Belə ki, 1970-1980-


61

cı illərdə mərkəzləşdirilmiş qaydada turizm subyektləri genişlənir, ümumi ittifaq göndərişlərlə vahid sistem halında hər bir ölkədə mövcud və layihələndirilən turizm bazaları, ümumi ittifaq ehtiyacları üçün istifadə olunmaqla, onların maliyyələşdirilməsi və maddi-texniki bazasının yaradılması təmin olunur. bazar iqtisadiyyatı şəraitində turizmin inkişafının yeni tip modelləri və əsas əlamətləri yaranır. Və bu əlamətlər müxtəlif ölkələrdə eyni həll olunmur. Onun region xüsusiyyətləri, birbaşa sahibkarlıq, biznes, maliyyələşdirmə xüsusiyyətləri ilə əlaqəli dəyişir.


Azərbaycanda turizmin inkişafı onun formalaşması daha çox psixoloji seqmentlərdən asılıdır. Turizmin inkişafı xarici turistlərin istifadəsi üçün layihələndirilməsi və proqnozlaşdırılması daha əməli və tez başa gələn transformasiya modeli olsa da, əhalinin turist xidməti üçün hazırlanması və onun şəraitinin yaxşılaşdırılması ətalətli və əhali arasında təbliğat işinin yeniləşməsi ilə baş verə bilər. Əhalinin turizm tələbatı, respublikada daimi yaşayanların və pespublikaya gələnlərin ehtiyaclarını nəzərə almaqla reallaşdırılır. Turizmin Azərbaycan Respublikası əhalisi üçün genişlənməsi, əhalinin məşğulluğu, onların maddi rifahı və sosial-demoqrafik tərkibi ilə respublikada işləyən xarici vətəndaşların ümumi sayı onların həyat tərzinə uyğun turist elementlərinin seçilməsi ilə mümkündür.
Turizmin dinamikası, onun əsas istiqamətləri, respublika iqtisadiyyatında onun ictimai-siyasi, mədəni quruculuğuqda baş verən keyfiyyət dəyişmələri və dünya standartlarına uyğun təşkilati-iqtisadi tədbirlərin hazırlanması həyata keçirilməsi ilə ölçülür.
Azərbaycan Respublikasının müstəqillik və dünya iqtisadiyyatına inteqrasiyası, neft strategiyası və beynəlxalq layihələrin respublikada aparıcı iqtisadi həlqəyə çevrilməsi turizmin zəruriliyi, onun subyektlərinin və istehlakçılarınıe panaramasını dəyişdi. Turizmin bazar iqtisadiyyatı şəraitində yeni mülkiyyətçiləri, kapital və resurs təminatçıları, hüquqi və fiziki şəxs kimi turizm bazarıda öz turizm məhsulu və onun istifadəsi kimi elementləri meydana
62

çıxır. Ona görə də turizm sahəsində qərar qəbulu, planlaşma və tənzimləmə idarəetmə siyasəti sərbəst və bir sıra sosial, məqsədli və həmçinin qlobal və lokal meyarların əsasında inkişafı imkanları yaranır. Turizm artıq potensial şəraitdən iqtisadi və sosial dövriyyəyə cəlb olunan aktiv dövlət siyasətinin tərkib hissəsi kimi formalaşır və inkişaf edir.


Əhalinin həyat səviyyəsi turizmin dominantı kimi qəbul edilə bilər. Belə ki, əhalinin gəlir səviyyəsinə görə paylanması dinamikasında aztəminatlı ailələrin xarakterik istehlak strukturu mövcud olub, əksər halda ərzaq və qeyri ərzaq məhsulları istehlakı ilə məhdudlaşır. Yüksək səviyyədə təmin olunmuş ailələrin istehlak və gəlirlərinin artması ilə elastikliyi pullu xidmət, o cümlədən turizm yerdəyişmə, mənəvi tələbat məhsulları üzrə üstünlük təşkil edir. Turizm potensialının sərhədləri onun bazar tələbinə uyğun məhsul istehsalı və xidmət göstərmək qabiliyyətinin mövcud potensialı və həmin potensialın formalaşma mənbəələrinin dinamikası əsas götürülür. Təbii ki, potensial imkanların turizm dövriyyəsinə cəlb edilməsi bir sıra səmərə əldə etmək təşəbbüsündən xeyli asılıdır. Turizm xidmətinin verdiyi cəlirlər müxtəlif çoxsaylı sahibkarlıq və istifadə hüququna malik olan turist subyektləri arsında əmək bölgüsünə və bazar tipli modelə uyğun olaraq məsrəf və iştirak payına görə bölünür.
Müasir şəraitdə turizm gəlirlərinin bölgüsü icarədarlar, sahibkarlar, ümumi istifadə üçün yaranan pullu xidmət və həmçinin mərkəzləşdirilmiş dövlət və yerli gəlirləri təmin edən vergi sisteminə uyğun olaraq bölünür. Bu bölgüdə əmək və maliyyə məsrəfləri gətirilmiş orta məsrəflə qiymətləndirilərək, hər obyektin xərcinə uyğun bölünür ki, bu da turizmin inkişafında ayrı-ayrı subyektlərin maraqlarını və onların iflas risklərini yüngülləşdirmiş olur: mehmanxana, motel və gəlmələr üçün yerlərin maliyyə-təsərrüfat fəaliyyətinin əsas göstəriciləri, mövcud xərc strukturunda maddi qeyri-maddi, əmək haqqı və təkrar istehsal üçün investisiya xərclərini qiymətləndirməklə, hər bir sahibkarın turizm biznesində fəallığını, onun səmərəli qərar qəbulunu, təsərrüfat riskinin neçəyə başa gəlməsini
və onun perspektiv təkmilləşməsi istiqamətlərini müəyyənləşdirir. Turizmin 63

potensialı sahibkarlıq formaları, onların səmərəli fəaliyyəti ilə daha sürətlə inkişaf edir. Turizm fəaliyyətində aparıcı amil olaraq xırda və orta sahibkarlıq daha səmərəli yol kimi genişlənməlidir. O cülədən kiçik sahibkarlıq məhsulundan turizm sferasında istehlak üçün istifadə etmək turizmin bazarını genişləndirməklə onun potensialını və dövriyyə həcmini artıra bilir.


Azərbaycanda turizm potensialının geniş olması, digər sahələrin inkişafı, həmçinin bəzi resursların ehtiyatlarının dövriyyə gətirilmə səviyyəsinin aşağı olması ilə həmin resurslardan istifadə etmə imkanlarını artırır.
Respublikada işsizlik səviyyəsi, bəzi məşğulların bazarında alıcılıq qabiliyyətinin aşağı olması və həmçinin yeni texnologiyalar və neft potensialı turizmin inkişafına şərait yaradır. Onun müəssisə və məhsul istehsalının genişlənməsi üçün şərait yaradır.


  1. Turizm sferası iqtisadi amillər üzərində qurulduğuna görə onun sahədaxili problemləri mövcuddur. Sahə müəssisələri eyni şəraitdə yerləşmədiyi üçün və

bazar tələbinə uyğunluğunda müəyyən fərqlər yarandığına görə gəlirlərin bölgüsü və istifadəsi meyarlar üzərində fərqlər meydana gəlir. Gəlirli turist fəaliyyəti daxili potensialın artırılmasına və iş qüvvəsinin təkrar istehsalına şərait yaradır. Əməyin təşkilində bazar tələbi, əmək haqqı sistemində isə onun faydalılığı əsas götürülür.


Turizmdə əmək haqqına təsir edən kənar amillər mövcuddur. Turizm bazarında əmək bazarının xarakteri, iş yerlərinin və iş qabiliyyətinə malik insanların arasında nisbətlər də əsas rol oynayır. Bir sıra turist fəaliyyəti mövsümi xarakter daşıyır. Belə hallarda əmək bazarından müvəqqəti olaraq iş qüvvəsi cəlb olunur. Turist sferasında işçilərə verilən əmək haqqı turistlərin sayı ilə müəyyənləşir. Ona görə də hər bir obyektdən vəsait hesablanır. Turizmdə əmək haqqı nominalreal əmək haqqına bölünür. Nominal əmək haqqı hər bir turist işçisinə müqavilə ilə təklif olunan muzdlu haqdır. Əməyin xarakteri vahid deyil. Əmək məsrəfi vaxt məsrəfi və ya xidmət edən turistlərin sayı ilə ölçülür. Əmək bazarında tələb təklifin arasındakı fərq turizm sahəsində iş qüvvəsinin dəyərini
64

müəyyənləşdirir. O regionlarda ki, işsizlik daha çoxdur həmin regionlarda əmək haqqının aşağı salınmasına rast gəlinir. Əmək haqqı iş miqrasiyasını formalaşdırır. Miqrasiya təkcə regionlarda deyil, həm də ölkələrarası baş verir. İşçilərin pulsuz yeməyi, bəzi xidmətlərdən istifadəsi, mənzil kommunal xərci turizm müəssisələri tərəfindən ödənildiyi halda nominal əmək haqqı aşağı salına bilər. Ona görə də turizm işçilərinin real əmək haqqı formalaşır.


Turizm sferasında xidmətin formaları onun öz işçilərinə təqdimatı, istifadəyə verilməsi şəxsi ödəmələr, yaxud birbaşa müəssisə gəlirindən köçürmək yolu ilə həyata keçirilir. Ona görə də turizmdə hesablaar sistemi formalaşır. Turizm xərclərinin çox hissəsi qida və xidmət xərclərinə bölünür. Əmək ehtiyatlarının ucuz qiymətdə istifadəsinin bir yolu da xarici ölkələrdən ucuz işçi qüvvəsinin gəlməsi ilə təşkil olunur. Turistlərin başqa ölkədən gəlməsi ilə onun sosial sığortası, gələcəkdə pensiya təminatıyla təmin edən kvota sistemi beynəlxalq səviyyəli qanunla tənzimlənir. Hər bir turistin və turist obyektlərində işləyənin sosial müdafiəsi üçün həmin müəssisənin gəlirlərindən bu məqsədlərə vəsait alınır.
Əməyin xarakteri, onun gəlirliyi onun diferensasiyasını yaradır. Turizm təşkilatları beynəlxalq sistemə daxil olsa da, onların əmək haqqı sistemi yerli və daxili əmək haqqı sistemi ilə uyğunlaşdırılır. Hər bir peşənin özünəməxsus orta aylıq əmək haqqı formalaşır. Daha mürəkkəb xarakterli əmək yüksək əmək haqqı ilə idarə olunur.


  1. Əməyin mövsümi xarakteri regionlarda iqlim şəraiti, digər regionlardan turistlərin axını, gəlmə turizminin çoxalması və istirahət vaxtlarının mövsümi olması ilə əlaqəlidir. Ona görə də hər bir regionda turizmin təşkili onun istehsal gücü, xidmət tutumu səviyyəsi hər mövsümə uyğun gələn turistlərin ümumi sayı ilə proqnozlaşdırılır. Mövsümi xarakter gəlmə turizmin təşkilində iqtisadi təşkilati rol oynayır. Yay turizmi, qış turizmi, istirahət günləri üçün zəruri olan turizm fəaliyyəti daimi və müvəqqəti istehlak və infrastruktur obyektlərinin təminatı ilə

bağlıdır. Mövsümi turist obyektləri ixtisaslaşır və bu ixtisaslaşma zamanı konkret 65

istehlakçılar formalaşır və həmin regionda mövsümi turizmlə bağlı sənaye xidmət kompleksi yaradılır. Mövsümi turizmin təşkili təbii resurslara əsaslanır. Bu da turist tarifinin qiymətlərinin aşağı salınmasına gətirib çıxarır. Turizmin regional təşkili, onun səmərəliyi mövsümi amilin qiymətindən və onun turizmin səmərəliyindən xeyli asılıdır. Həm maddi resurs potensialına təsir edir. Turistlər yaşadığı şəraitdən, iş yerindən və gəlirlərin formalaşmasından asılı olaraq özlərinin turizm ehtiyaclarını, tələbatını müxtəlif fəsillərdə formalaşır. Bu baxımdan sağlamlıq, idman, müalicə fəaliyyətləri hər bir regionda birdəfəlik və ya konkret vaxt amilinə malikdir. Belə ki, müsəlman ölkələrində dinlə bağlı turizmin inkişafı və ya əmtəə və xidmət bazarında əhalinin tələbatına uyğun olaraq turizm təşkil olunur. Turizmin inkişafının mövsümi xarakteri sağlamlığın, regionlarda və turistlərin özlərinin fiziki hazırlığı, fiziki tələbatı və yaxud ölkə iqtisadyyatında kommersiya tikililərinin baş verməsidir. Mövsümi amil turizm fəaliyyətinin ahəngdarlığında və turist şirkətlərinin daimi fəaliyyətinin təşkili üçün qiymətləndirilir. Belə ki, turizm müəssisələrinin tam gücündə işləməsi orada işləyənlərin daimi məşğulluğu, bəzi istehsal texnologiyalarının mütəmadi fəaliyyətinin təşkili üçün itkilərinin azaldılması məqsədilə mövsümi amilin təsiri nəzərə alınır. Yay aylarında əlavə vəsaitlərə tələbat artır. Bu da turizm fəaliyyətində çəkilən xərclərin hər turistə düşən həcminin və onun maddi strukturunun dəyişməsinə səbəb olur. Mövsümi amilin müsbət və mənfi təsirlərini nəzərə almaqla idarəetmə sistemi yaradılır. Turistlərin sifarişi qəbul olunur və hər bir turist obyekti dünya regionlarına informasiya ötürməklə öz obyektləri barədə məlumat verir. Reklamın mövsümi xarakterdə olması uyğun olaraq turizm şirkətlərinə rəqabət mühitində öz müştərilərinə saxlamağa şərait yaradır. Hər bir turist firması mövsümi xarakterin səmərəliyini bilərək həmin ərazilərə uyğun turist fəaliyyəti təşkil edilir. Tarixi abidələrdən istifadə etmək məqsədilə şəhərlərə və xarici ölkələrin daha çox cəmləşdiyi, işlədiyi regionlarda uyğun səyahətlər təşkil olunur.

66

Azərbaycan Respublikasında iqlim şəraiti dünyada olan iqlim şəraitinin çoxunu əhatə edir. Uyğun olaraq dağ turizminin, qış turizminin, dini abidələrin səyahətini təşkil etmək üçün turist obyektlərinin tikilməsini əsaslandırır. Regionların təbii şəraitində olan kəskin fərqlər, lakin yaxın məsafələr region turizmində müxtəliflik yaradır. Bu baxımdan turizmin regional ixtisaslaşması mövsümi amildən xeyli asılıdır. Mövsümi amil həmçinin əhalinin məşğulluğunda baş verən dəyişiklikləri nəzərə alır. Təhsil sistemində yay ayları turist tələbinin ən yüksək səviyyəsi ilə ifadə olunur. Qış aylarında müalicə turizmi daha çox səmərəlidir. Kənd təsərrüfatı istehsalı daha çox qış aylarında işçilərin istirahətini təşkil edə bilər. Inzibati idarə orqanları isə istirahət vaxtlarını şənbə, bazar günlərində 2-3 günlük turist səfərləri təşkil edilir.


Kütləvi orqanlar turizm fəaliyyətini təşkil etmək üçün öz vəsaitləri hesabina ödənilir. Hər bir turist təşkilatı üçün potensial imkanlar vasitəsilə xidmət ödəməsi turistlərin ümumi sayını, onların əsas motivini öyrənir və müqavilə əsasında yerli orqanlarla, kəndlərlə, şəhərlərlə saziş bağlayır. Beləliklə, turizm fəaliyyətinin səmərəli təşkili, onun bütün daxili, xüsusi vəsaitləri və regionda yerləşən vəsaitlərdən səmərəli istifadə etməklə baş verir.


  1. Turizm əməyinin təşkili və plаnlаşmаsı turizm məhsulunа оlаn tələbаtlаrlа məhdudlаşır. Turizm məhsulunun təklifi оnun əsаs аmilləri оlаn mаddi və əmək еhtiyаtlаrınа оlаn tələbаtı аrtırır. Hər bir işləyənə düşən məhsulun miqdarı, gəlir turizm fəaliyyətdə əməyin səmərəliliyi kimi ifadə olunur. Belə ki,

əsas işçilər, xidmət göstərən şəxslər bütövlükdə fəaliyyət göstərənlərin sayını. Onların istehsal etdiyi ümumi məhsulun, xidmətlərin miqdarı ilə müqayisə etməklə səmərəliliyin dinamikası haqqında fikir söyləmək olar və bu artımla yanaşı əmək haqqı arasında nisbət əmək haqqının səmərəliliyi kimi qəbul etmək olar. Əməyin təşkilinin planlaşması turizm məhsulunun marketinq quruluşu ilə uyğunlaşdırılır. Əsas əmək prosesi yardımçı əmək fəaliyyəti və ehtiyat vəzifələri həyata keçirmək üçün zəruri olan işçilərin sayı planlaşdırılır və işçilərin peşə funksional icra etmə potensialları qiymətləndirilir. Turizm əməyinin planlaşması


67

strateji və cari planlara bölünür. Strateji planlaşma obyekti olaraq turizmin regionlarda yerləşməsi, onun istehsal gücləri (bir il ərzində) işçilərinin sayı 1 il ərzində xidmət ediləcək turistlərin sayı və turizm sfearasına ayrılan bütün mənbələr hesabına investisiya təşkil edir. Turizmin strateji planlaşması dövlətin bu sahəyə olan investisiya siyasətini, turizm fəaliyyətinin sxemini əsaslandırır. Marketinq planlaşması turizm sferasında fəaliyyətin funksional növləri üzrə təşkili və idarə olunmasını əhatə edir. Turizm əməyinin planlaşması normativ prinsiplərə əsaslanır. Belə ki, hər bir xarici və daxili turisti sosial iqtisadi motivizasiyasını nəzərə almaqla zəruri olan xərclər planlaşdırılır. Turizmin obyektləri daxilində material normaları, xidmət normaları və əlavə məsrəflər elmi əsaslarla tərtib olunmuş normalar üzərində qurulur. Normalar həmçinin standartlara uyğun da həyata keçirilir. Müqayisəli təhlil normalarla cari məqsədlər arasında nisbətlər turizm planlaşmasında istifadə olunur. Belə ki, işçilərin sayı, material tutumu, enerji tutumu, sosial xidmət normaları, ərzaq normaları, istirahət və mədəni servis xidmət normaları turist obyektinin imkanları daxilində və bu xidmətlərin standartlara yaxınlaşması məqsədilə formalaşdırılır.


Turizmin təşkili və idarə olunması dünya inteqrasiya sistemində həll olunur. Belə ki, turizmin funksional strukturu dünya turist tələblərinə uyğun yeniləşir, təzələnir. Respublikamızda turizm fəaliyyəti dövlətin lisenziyaları əsasında daha yaxşı qurulur və bu lisenziyalaşma zamanı ayrı-ayrı turist fəaliyyətinin məzmunu, onun iqtisadi maliyyə mənbələri göstərilən xidmətlərə görə diferensiallaşdırılır. Turizmin xərcləri diferensial xərclərdir. Coğrafi mövqedən, nəqliyyat potensialında istifadədən və kommunikasiya xidmətlərinin məsrəflərinin xərclərindən asılıdır və bu diferensiallaşma turizm məhsulunun qiymətini diferensiallaşdırır. Buna uyğun olaraq gəlirlər diferensiallaşır. Diferensiallaşmanın turizmin sonrakı inkişafına maddi şərait yaradır və rəqabət mühiti şəraitində turist müəssisəsinin kombinasiyasını və ixtisaslaşmasını zəruriləşdirir. Xalis turist müəssisəsi o qədər səmərəli deyildir. Onun iqtisadi potensialı, sosial potensialı digər sahələrin mülkiyyət formalarının potensialından
68

asılıdır. Ona görə də turizmin tarifləri və yaxud onun icarə etdiyi vəsaitlər müxtəlif şəraitdə müxtəlif qiymətlərə malik olur və bazarda tariflərin və qiymətlərin tələb və təklifdən asılı olaraq dəyişməsi baş verir. Turizmdə gəlirlilik normaları rəqabət mühitində səmərəlilik meyarı ilə qiymətləndirilir, dəyişdirilir. Turizmin planlaşmasının müasir şəraitdə əsas səmərəli variantı dünya inteqrasiyasına daxil olmalıdır. Bu daxilolmalar xarici iqtisadi əlaqələr və qabaqcadan uzlaşdırılmış müştərək müəssisələr formasında baş verir.


Xarici investorlar turizmdə gəlirin bir hissəsinə sahib olur, öhdəlikləri və məsuliyyətləri müştərək olaraq həll edir və idarə etmədə hüquqlarını qanunla əsaslandırır. Müasir şəraitdə inteqrasiya amilindən istifadə etmə daha səmərəli variant qəbul oluna bilər. Bu isə öz növbəsində investisiyanın təşviqi, təhlükəsizliyin təminatı və gəlirlərin bölgüsündə ədalətli sistemin təşkili və idarə olunması ilə bağlıdır.

69

Mövzu: 6. Sosial – iqtisadi rekreasiya və turizm resursları


Plan:


  1. Turizm ehtiyatlarının sosial – iqtisadi mahiyyəti




  1. Sosial-iqtisadi turizm ehtiyatları, onlardan turizmdə istifadə

istiqamətləri




  1. Turizmdə əmək ehtiyatlarından istifadənin xüsusiyyətləri


  1. Turizm ehtiyatlarının sosial – iqtisadi mahiyyətinə ona olan tələbatın formalaşması, ehtiyyatların istifadə səviyyəsi, əhalinin məşğulluğunun təmin olunmasında roli və s. daxildir. Turizm ehtiyatlarına olan tələbatın formalaşması 3 qrupa bölünür:




  1. Ictimai tələbat – buraya turizm ehtiyyatlarından istifadəsinə

görə müxtəlif sosial təbəqələrin maraqlarını əhatə edir. Belə ki, mövcud antropogen və təbii turizm ehtiyyatlarının sosial maraqlara uyğun təmin tələbatı üçün təbii komplekslər mühüm olan digər əhali şərt kimi qəbul edilir. Əgər əhalinin kütləvi turizm tələbatı üçün təbii komplekslər mühüm rol oynayırsa, müxtəlif sosial qruplara məxsus olan digər əhali tələbatlarında 4 kateqoriya ayırmaq mümkündür.


a) Turizm ehtiyyatlarından istifadənin “Qənaətcil alıcıları” belə xidmətlərdə ehtiyyatların çeşidi və müxtəlifliyi əsas yer tutur.
b) Turizm ehtiyyatlarından istifadə edənlərə istehsalçı amili. Istehsalçı amili istirahətin təşkili ilə bağlı olduğuna görə ehtiyyatların keyfiyyəti, mənimsənilmə səviyyəsi özündə əks etdirir.

70


  1. Turizm ehtiyyatlarından istifadənin kütləvi istirahətçi göstəricilərinə ayrı – ayrı təbii və antropogen ehtiyyatlarından istifadənin daha münasib qiymətə başa gəlməsidir. Belə hal təbii turizm ehtiyyatlarında az olsada, sosial – iqtisadi turizm ehtiyyatlarında qiymətlərin yüksək olması ilə seçilir.




  1. Turizm ehtiyyatlarının keyfiyyətinə üstünlük verən, onların yığcamlığını qiymətləndirən təşkilatçılara qoyulan əsas tələblər resursların yayıldığı ərazidən asılıdır. Əksər hallarda bir neçə turizm ehtiyatlarının müəyyən bir ərazidə yığcam yayılması ona olan tələbatı artırmış olur.

2. Qrup halında rekreasiya turizm ehtiyatlarına tələbatın yaranması əsasən turist qruplarının müəyyən ehtiyatlardan istifadəyə


görə seqmentləşdirilməsindən ibarət olur. Belə seqmentləşmə sosial – iqtisadi amilləri özündə əks etdirir ki, bunlara da daxildir: insanların həyat səviyyəsi və gəliri; xidmət sahələrinin inkişafı; ərazinin mənimsənilmə səviyyəsi.
Qrup halında turizm ehtiyatlarına tələbatın formalaşması təbii, psixoloji və rekreasion səbəblərə görə dəyişə bilər. Bu baxımdan ehtiyatların reklamı, hazırki dövrdə istifadə səviyyəsi, məsafə amili ondan istifadə üçün əsas rola malikdir.
3. Ayrı – ayrı fərdi tələbatlara görə turizm ehtiyatlarından istifadə olunması. Belə fərdi tələbatlar Milli Parklara, arxitektur abidələrə, milli mədəni irs nümunələrinə aid ola bilər. Fərdi tələbatlar

71

rekreasiya coğrafi mövqeyi, digər turizm ehtiyatları ilə əlaqəsi, xidmətlərə görə qiymətlərə və s. təsir göstərir.


Turizm ehtiyatlarının digər sosial əhəmiyyətinə aşağıdakılar aiddir:
Asudə vaxtdan səmərəli istifadə
Sağlamlığın bərpaedici funksiyası
Dərketmə funksiyası
Məşğulluğun təmin olunması
Ekoloji maarifləndirmə.
2. Sosial-iqtisadi turizm ehtiyatları
Sosial iqtisadi turizm ehtiyatlarına daxildir: iqtisadi coğrafi mövqeyi, nəqliyyat xətlərinə görə təminat səviyyəsi, iqtisadi inkişaf səviyyəsi, təminat və əhalinin məşğulluğu, daxili və xarici turizmdə istifadə olunma imkanları, xidmətin səviyyəsi. Iqtisadi coğrafi mövqeyin xarakterik xüsusiyyətlərinə ehtiyatların yerləşdiyi ərazinin mənimsənilmə səviyyəsi daxildir.
Nəqliyyat xətlərinin təminat səviyyəsi isə hər kv km - ə düşən nəqliyyat xətlərinin sıxlığı, turizm ehtiyatlarının mövcud nəqliyyat xətlərinə yaxınlığı əsas götürülür.
Əmək resursları amili ərazidə əhalinin məşğulluq səviyyəsi ilə yanaşı onların xidmətin mədəniyyəti, qonaqpərvərlik imkanları daxil edilir.


  1. Turizmdə əmək ehtiyatlarından istifadə turistlərə xidmət göstərən personal heyyəti ilə yanaşı, yerli icmalardan mövsümi və

72

ilboyu xidmətdə istifadə olunmasıdır. Əmək ehtiyatlarından turizmdə istifadənin aşağıdakı istiqamətləri mövcuddur:


Turistləri yerləşdirmə müəssisələri. Buraya yerləşmə
müəssisəndə xidmət göstərənlər, iaşə xidmətində çalışanlar daxildir.
Turizmdə menecment fəaliyyəti və dolayısı yola turizm fəaliyyətinə cəlb olunanlar. Menecment fəaliyyəti turizm şirkətlərinin idarə edilməsindən, bu sahədə elmi tədqiqat müəssisələrində
çalışanlardan ibarət olur. Dolayısı yolla turizmə xidmət edən müəssisələrinin personal heyətində əmək ehtiyatları kimi sosial – iqtisadi turizm ehtiyatı sayıla bilər.
İnsan ehtiyatlarının turizm sənayesində istifadə olunmasının ikili xarakteri vardır. Bunlardan birincisi əmək ehtiyatları turizm sənayesini hərəkətə gətirən vasitə kimi meydana çıxır. İkincisi isə insan ehtiyatları turizm məhsulunun alıcısı funksiyasını yerinə yetirməsidir. Buna görə də turizm sənayesində əmək ehtiyatlarından istifadə onların göstərdiyi xidmət sahələri üzrə qruplaşdırılır. Belə ki, iaşə müəssisələrində mövsüm dövrü olmadıqda belə yerli əhaliyə xidmətlər göstərilir, bu da əmək ehtiyalarından turizmdə istifadəyə uyğundur. Turizm mövsümündə isə onların fəaliyyəti aktivləşərək daha geniş xidmət sahələrin əhatə etmiş olur.
Buna görə də əmək ehtiyatlarından turizmdə istifadə mövsümlər üzrə müxtəlifləşir. Belə ki, istirahət mərkəzlərində turist tipli otellərdə (iki və üç ulduzlu olur) istirahət mövsümündə hər 10 turistə

73

3 personal xidmət göstərdiyi halda, bu rəqəm mövsümlər arası dövründə iki dəfəyə qədər azaır.


Yüksək kateqoriyalı otellərdə iki və ya üç turistə bir personal nəzərdə tutulduğu halda, biznes mərkəzi olmayan ərazilərdə yaradılan mehmanxanalarda mövsümi işlərə cəlb olunanlar üstünlük təşkil etdiyinə görə çoxlu sayda xidmətçilərin saxlanılmasına ehtiyac qalmır.
Mövsümi işlərə cəlb olunan əmək ehtiyatları turizm sənayesində üstünlük təşkil edir. Apardığımız araşdırmalar göstərir ki, turizm sənayesində mövsümi işlərə cəlb olunanlar ümumi personal heyətinin yarısından çoxunu təşkil edir. Bu göstərici istirahət mərkəzlərində 55
– 65%, motellərdə 40% - ə qədər, dörd və beş ulduzlu otellərdə isə 50% - ə qədər təşkil edir. Turizm sənayesində mövsümi işlərə tələbələr, yerli əhali və bu sahənin peşəkarları daha çox cəlb edilir.
Azərbaycanda turizm sənayesində əmək ehtiyatlarından istifadə səviyyəsi rəsmi statistik rəqəmlərdə çox aşağı olduğu göstərilir. Ölkədə 2007 – çi ilin rəsmi statistik məlumatına görə 243 turizm şirkəti fəaliyyəti ilə məşğul olan şirkətlərdə 800 yaxın əməkdaş vardır. Bu göstərici 24500 yerlik yerləşmə müəssələrində 4500 nəfərə catır. Nəzərə alsaq ki, hər bir ciddi turizm şırkətində 3-5 nəfər fəaliyyət göstərməlidir, onda qeyd olunan rəqəm 1000 nəfərdən çox olmalıdır. Yerləşmə müəssələrində isə diqqəti cəlb edən məqam cəlb olunan personal heyətinin bəzən 70% - dən çoxunun mövsümü işlərə cəlb olunmasıdır. Bakıdan başqa digər rayonlarda fəaliyyət göstərən
74

yerləşmə müəssələrində yerləşmə müəssələrinin əksəriyyətində əsas personal heyətinin sayı 30-35% - dən çox olmur. Belə vəziyyət birbaşa bölgələrdə olan yerləşmə müəssələrində daha çox mövsümü xidmətlər göstərməsi ilə bağlıdırsa, digər tərəfdən işçilərlə müqavilələrin bağlanması əmək ehtiyyatlarından istifadənin kəmiyətini öyrənməyə imkan vermir.


Turizm ehtiyatı kimi nəqliyyat xidmətlərindən istifadə onun sıxlığından, mövcud ehtiyyatlarından istifadəyə imkan verən amillərdən asılıdır. Nəqliyyat sistemlərinin inkişafı ərazinin turizm baxımından mənimsənilməsinə, turizm tələbatının artmasına, yerləşmə müəssələrinin təşkilinə və genişlənməsinə təkan vermiş olur.
Nəqliyyatı inkişafı digər tərəfdən ətraf mühitə dəyən zərərlə bağlı olduğuna görə turizm müəssələrinin tranzit yollara yaxın yerləşməsinə görə də qruplaşdırılmış olur. Belə ki, nəqliyatın sıxlığının yüksək olması istirahət mərkəzlərində turizm sənayesinə tələbatı artırır. Lakin istirahət mərkəzlərinin sıx nəqliyyat şəbəkəsinin formalaşdığı ərazilərdən ən azı 15-25 km kənarda yerləşməsi tövsiyyə olunur. Bu müalicə - sanatoriya müəssələrində 30-50 km, Milli parklarda isə 25-30 km kənarda olmalıdır.
Turizm məqsədilə mənimsənilən ərazilərdə nəqliyyat infrastukturunun inkişafı yolları keyfiyyətindən, turist cığırarının mövcudluğundan da asılıdır. Burada əsas üstünlük turist marşurutlarında istifadə olunan nəqliyyatın infrastrukturunun
75

ehtiyyat kimi daha çox digər turizm resurslarının mənisənilməsinə xidmət göstərməsi ilə bağlıdır.


Ümumiyyətlə sosial – iqtisadi turizm ehiyyatları digər turizm resurslarından fərqli olaraq onların mənimsənilməsinə vasitəci kimi çıxış edir. Sosial – iqtisadi turizm ehiyyatları təbii və antropogen resurslardan istifadəyə şərait yaradır, regional, yerli səviyyədə turizm sənayesinin inkişafına təkan vermiş olur.
Sosial – iqtisadi turizm ehiyatlarının qruplaşdırılması bəzi tədqiqatçılar tərəfindən ümumi antropogen resurs kimi verilir. Onların əsaslandığı əsas göstərici sosial – iqtisadi komponentlərin birbaşa insan əməyinin təsirindən yaranmasıdır. Aparılan tədqiqatlar göstərir ki, turizm sənayesindəki sosial – iqtisadi komponentlər onun inkişafına təkan verən amillərdən əsası olmaqla yanaşı, onun maddi bazasını təşkil edir. Buna görə də sosial – iqtisadi komponentlərin ayrı – ayrı elementləri, xüsusilə əmək ehtiyyatları ayıca rekreasiya – turizm ehtiyyatı kimi götürülə bilər.

76

Mövzu: 7. Antropogen turizm ehtiyatları


Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin