Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan



Yüklə 3,07 Mb.
səhifə9/11
tarix30.04.2020
ölçüsü3,07 Mb.
#31024
1   2   3   4   5   6   7   8   9   10   11
umumi sfera111

, www.expedia.com
, www.asiatravel.com. www.travelocity.com, www.thomascook.co.uk, www.wttc.org, www.excite.com, www.travel.net, www.lycos.com və s. göstərmək olar. Azərbaycan haqqında ümumdünya şəbəkəsində informasiya yayan ən görkəmli saytlardan www.myst.gov.az, (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin saytı) www.azeribaijan-info.com , (Azərbaycan haqında hər şey) www.culture.az, (Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr olunmuş sayt), www.azerifolk.com, (Azərbaycan mədəniyyəti haqqında sayt) www.tourizm.az (Virtual Turizm Agentliyinin xidməti), www.gateway.az və s. göstərmək olar. Ümumdünya şəbəkəsindən istifadə etməklə təkcə informasiyanın verilib-alınması kimi məsələləri deyil həm də birbaşa olaraq turizm xitmətinin satışını da təşkil etmək mümükündür. Baxmayaraq ki, müasir dövrdə bunun miqdarı dünya üzrə ümumi turizm xidmətinin təqribən 1%-ni təşkil edir, ancaq mütləq rəqəmlə ifadə etdikdə bu məbləğin çox böyük olduğunu göstərmək mümkündür. Bu isə turizm xidmətinin böyük bir həcmə malik olmasından irəli gəlir.
133

Potensial turistlərin İnternetini imkanlarından istifadə etməklə reklam olunan turist xidmətləri haqqında məlumatları asanlıqla əldə edə bilmələri turagentlər tərəfindən təklif olunan reklamlarla müqayisədə daha səmərəli olması ilə


səciyyələnir. Belə ki, ənənəvi üsullarla (məsələn, televiziya) verilən reklamlar kütləvi auditoriya üçün nəzərdə tutulduğundan bir çox hallarda səmərəlilik vermir. Hətta məqsədli auditoriyanın seçilməsi düzgün həyata keçirildikdə belə potensial müştərilər- bizim misalda turistlər bu reklamlara qarşı biganə olacaqlar. Bunun əsas səbəblərindən biri reklamı təşkil edən marketinq mütəxəssisnin bu işə nəzarət etməsidir. Buradakı müştəri üçün reklama yalnız passiv mövqedən olaraq cəlb edilmə imkanı vardır. Başqa sözlə ifadə edəriksə bu nə dialoq, nə monoloq sayıla bilər. Ən yaxşı halda verilən bu reklam turizm xidməti təklif edən firmanın
öz xidmətlərini tərifləməkdən ibarət ola bilər. İnternetdən istifadə edərək klassik reklam üsullarına məxsus olan bu kimi
çatışmamazlıqları ortadan qaldırmaq mümkündür. Birincisi, buradakı situasiyaya marketinq mütəxəssisi deyil, sifaişçi nəzarət edir. Şəbəkədən informasiya axtaran potensial turistlər onlara nə lazım olduğunu, bunun nə zaman və hansı istiqamətdə axtarılacağı qərarını özləri verirlər. Əgər təqdim olunan səhifədə onları qane edən informasiya olmadıqda sifarişçi asanlıqla buranı tərk edib, digər bir səhifədəki təkliflərə baxmaq imkanı əldə edə bilər. Beləliklə əvvəlki klassik reklam üsulu ilə

darıxdırıcı bir mühitə düşən auditoriya bu vasitə ilə reklamın passiv müşahidəçisindən aktiv iştirakçısına çevrilə bilər. İkincisi, şəbəkədə özünə lazım olan informasiyanı axtaran potensial turist


məlumat üçün xidmət təklif edən firmaya özü müraciət edir. Burada diqqət edilə biləcəyimiz ən mühüm bir məsələ isə həmin qərarın kənardan kimsənin təzyiqi olmadan həyata keçirilməsidir. Çünki, şəbəkədə informasiya axtaran müştəri həmin məlumatı almaq üçün dərkolunmuş şəkildə buraya müraciət etmişdir.
Üçüncüsü, ümumdünya şəbəkəsi hər bir müştəriyə fərdi qaydada yanaşma imkanı da yaradır. Ənənəvi kütləvi informasiya vasitələrindən fərqli olaraq İnternet hər bir müştəriyə dəqiq istiqamətlənmiş məlumatı göndərərək, onun 134

kortəbii qaydada verilməsindən alınan üstün fərqini ortaya qoymuş olur. Dörduncusü, bəlkə də bu sahədəki ən mütərəqqi yeniliklərdən biri kimi qiymətləndirə biləcəyimiz xüsusiyyət isə şəbəkənin yaratdığı həmin informasiya mübadiləsinin interaktiv xarakter daşımasıdır. İkitərəfli qaydada dialoq formasında həyata keçirilən informasiya mübadiləsi turizm firması tərəfindən hər


bir müştəriyə fərdi qaydada yanaşma imkanı verir.
Turizm şirkəti öz gündəlik fəaliyyətində internet şəbəkəsinin imkanlarından çox geniş istifadə edir. Lakin internet müştərilərin cəlb olunmasında kifayət qədər effektiv vasitə kimi qəbul olunmur. Buna baxmayaraq İnternetdən öz reklamları üçün istifadə edən turizm şirkətlərinin sayı kifayət qədər artmışdır.
Reklam işləri üçün vəsait ayırmazdan əvvəl marketinq şöbəsinin nüma-yəndələri bu və ya digər reklam daşıyıcısının hansı auditoriyaya malik olduğunu bilməlidir.
İnternet istifadəçiləri haqqında kifayət qədər məlumat aldıqdan sonra turizm şirkətlərinin bu şəbəkədə təqdimatına diqqət yetirilməlidir. Təqdimat dedikdə, ilk növbədə şəxsi internet səhifəsinin yaradılmasına nail olmaq lazımdır. Bu səhifəni həm Veb- server, həm də Veb-sayt adlandırırlar. Nəzərə alınmalıdır ki, bu sayt turizm şirkətinin vizit kartı, onun yüksək keyfiyyətinin göstəricisidir. Bəzən şirkət nümayəndəsi bu Veb- saytı yaratmağı peşəkara deyil, bu işin həvəskarı olan bir gəncə həvalə edir. Bu halda yüksək nüfuza malik həmin şirkətin çox keyfiyyətsiz, effektsiz və səhvlərlə dolu Veb saytı yaranır. Bu da əlbəttə ki, nüfuzun aşağı düşməsinə səbəb olur. Həmin şirkət nəzərə almalıdır ki, bu sayt onun vizit kartı, yüksək keyfiyyətinin göstəricisidir. Sözsüz bu şirkətə və onun təklif etdiyi xidmətlərə dırnaq arası baxacaqlar. Ona görə də Veb-saytın yaradılması peşəkara tapşırılmalı, ixtisaslaşmış peşəkar Veb-dizayn şirkətinə müraciət edilməlidir.Hal-hazırda bu şirkətlərdən kifayət qədər var. Bunun üçün ilk növbədə həmin dizayn şirkətinin bundan əvvəlki işlərinə baxmaq, daha sonra öz seçimini etmək lazımdır.

135


Turizm informasiya texnologiyaları vasitəsilə reklamının təşkili üçün ilk növbədə axtarış sistemlərində və ehtiyatlar kataloqlarında qeydiyyatdan keçilməlidir. Bunlar məcburi xarakter daşıyan işlərdir. Bunun vasitəsilə şirkət özünə kiçik auditoriya və müştəri kütləsi yığa bilər. Şirkət öz reklam işini yalnız internet vasitəsilə qurmamalı, başqa vasitələrə də müraciət etməlidir. Turizm şirkəti reklam üçün kütləvi informasiya vasitələrindən, əsasən də gündəlik mətbuatdan istifadə edə bilər.
Texniki cəhətdən yanaşdıqda informasiya texnologiyalarının imkanlarının qeyri-məhdud olduğunu nəzərə alaraq onun insanların həyatında və iqtisadi fəaliyyətində, o cümlədən turizm biznesi sahəsində də rolunun hər keçən gün ərzində artdığını görmək mümkündür. İnsan tələbatının sonsuz olduğunu, bu tələbatların ödənilə bilməsi üçün resursların məhdud olduğunu nəzərə alarıqsa onlardan səmərəli şəkildə istifadə olunması mühüm məsələ kimi qarşıda durur. Bunun həll edilə bilməsi üçün isə həmin resurslar və onlardan istifadəfnin təşkili haqqında kifayət qədər informasiyaya malik olmaq zərurəti yaranır. İnformasiya texnologiyasınıın da sonsuz imkanlarından istifadə etməklə iqtisadiyyatın bütün sahələrində olduğu kimi dövrümüzün ən populyar sosial-iqtisadi hadisəsi olan beynəlxalq turizmin təşkili məsələsində də səmərəli nəticələr əldə etmək mümkündür.
Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi önəm və qayğı göstərilir. Turizmin mədəniyyət ilə bir dövlət qurumunda birləşməsi onun inkişafı üçün yeni imkanların yaranmasına təkan vermişdir. Bu, turizmin inkişaf etdirilməsi ilə yanaşı, həmçinin Azərbaycan mədəniyyətinin və milli irsin də təbliğ olunmasına yardım edir. Ənənəvi təbliğat vasitələri (çap məhsulları, beynəlxalq sərgilərdə iştirak, video və kino çarxlarının istehsalı) ilə yanaşı elektron resursların bu səpgidə artırılması və yayılması çox zəruridir. Respublikada bu sahədə mövcud olan elektron resurslarının təhlili onları 3 kateqoriyaya bölməyə imkan verir.

136


Bunlardan birincisi, ümumrespublika, dövlət əhəmiyyətli məlumat portallarıdır. Onlar ilk öncə ölkə haqqında ümumi və ətraflı məlumatın yerləşdirilməsi məqsədinlə xidmət edirlər. Belə resurslardan ilk növbədə www.azerbaijan.az portalı qeyd olunmalıdır. Bundan başqa UNDP ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılan ixtisaslaşmış turizm portalı da eyni məqsədlidir.

İkincisi, ölkədaxili turizm sahəsində çalışan aidiyyətli qurum və şirkətlərin elektron resursları. Bunlardan İmprotex travel, Sevgun Travel, Absheron Tour və Caspian İnvest Commerce şirkətlərinin veb-resursları xüsusilə maraqlı və diqqətəlayiqdir. Adı çəkilən şirkətlərin saytlarında ölkənin müxtəlif bölgələrinin turizm imkanlarının təqdimi ilə yanaşı şirkətlərin göstərdiyi geniş çeşidli xidmət və turlar barəsində məlumat da öz yerini tutmuşdur.


Nəhayət, üçüncüsü otel və istirahət mərkəzlərinin elektron məhsullarıdır. Bunlar başlıca olaraq Bakıda yerləşən otellərə aiddir. Onlarla qısa tanışlıq belə bir fikir söyləməyə imkan verir ki, əksər rekreasiya obyektləri olan otel və istirahət mərkəzlərinin veb –məhsulları təqdimat və tanışlıq daha doğrusu bir növ reklam xarakteridir. Ümümiyyətlə respublikada sözü gedən sahədə mövcud olan internet məhsullarının təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, onların böyük bir hissəsi təqdimat və promouşn xarakteridir. Internetin interaktiv imkanlarından yalnız forumlar kimi xidmət təklif olunur. Bu da sözsüz ki, ölkədə e-biznesin və e-commerce – nin zəif inkişafından irəli gəlir. Ümid etmək olar ki, həmin problemin həlli elektron turizmin daha sürətli inkişafına təkan verəcəkdir.

137


Mövzu:12.Azərbaycanın rekreasiya-turizm resursları
Plan:


  1. Azərbaycanın Milli Parkları, onlardan turizm məqsədilə istifadə imkanları


2.Azərbaycanın təbiət abidələri, onların turizm əhəmiyyəti
3.Azərbaycanın milli irs nümunələri və onların turizmdə istifadə imkanları



  1. Ölkəmizdə olan 8 Milli Park əsasən dövlət qoruqlarının bazası əsasında yaradılmışdır. Milli Parkların yaradılmasına 2002-ci ildən başlanılmışdır. Milli Parkların yaradılmasında əsas məqsəd ətraf mühitin, ekoloji tarazlığın, təbiət və

tarixi abidələrin qorunması şərtilə ekoturizmin inkişafı, ekoloji maarifləndirmənin gücləndirilməsi, ölkənin zəngin təbiətinin nümayişindən ibarətdir. Ölkədə olan Milli Parklar turist marşrutlarına salınsa da, onlardan turizm məqsədilə geniş istifadə olunmur. Bu baxımdan ölkəmizin Milli Parklarında turizm infrastrukturunun yaradılması, onun kadr potensialının gücləndirilməsi vacibdir.


Milli Parklardan turizm məqsədilə istifadə olunması Avropa ölkələri və Amerikada daha çox yayılmışdır. Xüsusilə ölkəmizdə Avropa ölkələrinin təcrübəsindən istifadə etməklə Milli Parklardan turizm məqsədilə mənimsəmək daha məqsədəuyğundur. Bu təcrübədən AFR və Avstriya timsalında yararlanmaq mümkündür. Belə ki, AFR-də Milli Parklardan turizm məqsədilə istifadə regional və yerli səviyyədə strategiyanın uzunmüddətli ənənəyə əsaslanaraq təbiət ərazilərinin bərpasından, ətraf mühitlə təmasda olmaqdan ibarətdir. Hazırda AFR-də 90 təbiət parkı, 13 milli park, 14 biosfer qoruqları, 190000 km piyada cığırlar, 40000 km velosiped zolağı mövcuddur ki, bunlardan da il ərzində 50-62% alman vətəndaşı istifadə edir. Almaniyada yerli turistlər piyada gəzintilərə, velosiped yürüşlərinə daha çox üstünlük verdiklərinə görə ekoloji turizmdə ətraf mühitin çirklənməsi minimuma enir. Bununla yanaşı, Milli Parklar və təbiət parklarının ərazisində hərəkət üçün icarəyə velosipedlər verilir, bələdçilərlə təmin olunurlar.

138


Almaniyada, Avstriyada, Norveçdə xüsusi mühafizə olunan ərazilər müvcuddur ki, burada avtomobildən istifadə mümkün deyildir.
Ölkəmizin Milli Parklarında xüsusi piyada cığırlarının hazırlanması, informasiya mərkəzlərinin yaradılması, ətraf mühitlə kütləvi turların təşkili, velosiped yollarının müəyyən olunması, onlardan turizm məqsədilə səmərəli istifadəyə imkan verərdi. Ölkəmizdə fəaliyyət göstərən Milli Parkların qısa icmalı və onların turizm əhəmiyyəti aşağıdakılardır:


  1. Şirvan Milli Parkı. Sahəsi: 54374 ha; yerləşdiyi ərazi: Cənub-Şərqi Şirvan düzü. 2003-cü ildə eyni adlı qoruğun, Bəndovan yasaqlığının bazasında yaradılmışdır. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd düzən yarımsəhra landşaftının və ərazi üçün səciyyəvi olan ceyranların, müxtəlif su quşlarının və s. fauna növlərinin qorunmasıdır. Milli Parkda 230 quş növü, məməlilərdən ceyranla yanaşı safsar, çöl pişiyi, çöl donuzu, porsuq, çaqqal, tülkü, canavar və s. yayılmışdır. Milli parkda 20-dən çox müşahidə məntəqəsi olsa da, onlar əsasən elmi-ekoloji əhəmiyyət kəsb edir. Şirvan Milli Parkı ölkəmizdə

mövcud olan qərb və cənub turist marşrutlarının üzərində yerləşdiyinə görə ekoturizm baxımından geniş mənimsənilməsi mümkündür. Bu baxımdan Milli Parkın ərazisində turizm informasiya mərkəzinin yaradılması, Bakı şəhərinə yaxın olduğuna görə kütləvi ekoloji turların əhəmiyyətli olardı. Bununla yanaşı Milli Parkda müşahidə məntəqələrindən turistlərin istifadəsi, turist cığırlarının müəyyən olunmasına ehtiyac vardır.




  1. Ağgöl Milli Parkı. Milli Park 2003-cü ildə Ağgöl dövlət qoruğu, Ağgöl yasaqlığının bazasında yaradılmışdır ki, onun da sahəsi 17924 ha-dan ibarətdir. Ağgöl Milli Parkının beynəlxalq əhəmiyyəti vardır. Belə ki, əsasən su quşlarının yaşama yeri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında-Ramsar konvensiyasının “Ramsar siyahısı”na daxil edilmişdir.

Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaqdan,


139

ətraf mühitin monitorinqindən, əhalinin ekoloji cəhətdən maarifləndirilməsindən, ekoturizmin inkişafını təmin etməkdən ibarətdir. Milli Parkın fauna aləmi zəngin olmaqla 200 növdən çox köçəri quşlar, məməlilərdən canavar, çaqqal, çöl donuzu, tülkü, qamışlıq pişiyi məskunlaşmışdır. Milli Parkın ərazisində 10-dan çox ekoloji post, 30-a yaxın müşahidə məntəqəsi mövcuddur. Milli Parkda turizm infrastrukturu yaradılmamış, ekoloji turlarda hələ ki istifadə olunmur.


Ağgöl Milli parkı ekoturizmdə istifadə üçün geniş potensiala malikdir.Burada turizm informasiya mərkəzinin yaradılması, kiçik qayıqlardan istifadə etməklə ekskursiyaların təşkili mümkündür.Bununla yanaşı Milli parkın ərazisində turistlərin istifadəsi üçün müşahidə məntəqələrinin olması, yerli və əsas turist marşrutlarında istifadə olunması məqsədəuyğun olardı.
3. Akademik H.Ə.Əliyev adına Ordubad Milli Parkı. Milli Park 2003-cü ildə Ordubad yasaqlığının bazasında yaradılmışdır. Milli parkın sahəsi 12,1 min ha olub, Zəngəzur dağlarının cənub-qərbində 1000-3906 m hündürlüyə qədər olan əraziləri əhatə edir. Bitki örtüyü dağ-kserofitləri, dağ quru çölləri, alp, subalp bitkilərindən ibarətdir.
Ordubad Milli Parkının yaradılmasının məqsədi ərazidə ayrı-ayrı təbii komponentlərin mühafizəsi, endemik fauna və floranın qorunub saxlanılması və turizm üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.Milli parkın ərazisinin çox hissəsi dağlıq olmaqla soyuq iqlim hakimdir.Milli parkın ərazisində 217 növ və yarımnöv quş, 32 növ və yarımnöv məməlilər, 12 növ sürünənlərə rast gəlinir. Heyvan növlərinin çox hissəsi Azərbaycanın “Qırmızı Kitabı” na daxil olmuşdur. Milli parkın ərazisində ölkəmizdə nəsli kəsilməkdə olan bəbir, manul pişiyi, Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon), zolaqlı kaftar və s. yayılmışdır.Milli parkın ərazisindən axan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Kotamçay, Kititçaylarda dağ şəlalələrinə, həmçinin 16 növ balığa rast gəlinir.Bunlardan ən məşhur olanı “Qızılxallı” balıq Milli parkın çaylarında daha çox yayılıb.

140


Ordubad Milli Parkı təbii zənginliyi ilə yanaşı, tarixi-mədəni abidələr də yayılıb. Burada tunc dövrünə aid daş qoç heykəlləri, eramızdan əvvəl II-I əsrlərdə mövcud olmuş qədim insan məskənlərinin qalıqları, qədim Gilan şəhərinin xarabalıqları, Gəmiqaya dağında çoxlu qayaüstü petroqlitləri və s. qeyd etmək olar.
Ordubad Milli parkının ərazisindən ekoturizmdə istifadə üçün əlverişli təbii və tarixi-mədəniyyət abidələri olduğuna görə digər ərazilərdən seçilir.Milli parkın ərazisində turistlərin istifadəsi üçün cığırlar müəyyən olunmuş və müşahidə məntəqələri yaradılmışdır.Milli parkda turizm infrastrukturunun yaradılması üçün informasiya mərkəzinin olması, buraya gələn turistlər üçün dağlarda çadırların qurulmasında xüsusi yerlərin ayrılması mümkündür.Milli parkın ərazisində dağ-idman turizminin, həmçinin fotoofçuluğun təşkili əhəmiyyətli olardı.Milli parkın ərazisindən Naxçıvanda mövcud olan turist marşrutlarında və yerli ekoturizm məqsədli ekskursiyalarda istifadə olunur.
4. Hirkan Milli Parkı. Hirkan dövlət qoruğunun bazasında 2004-cü ildə yaradılmışdır. Milli parkın ərazisi 21,4 min ha olmaqla Xəzər dənizinin yaxınlığından 22 m-dən başlayaraq 980 m-ə qədər yüksələrək Talış dağlarının unikal təbii komplekslərini əhatə edir. Hirkan Milli parkının yaradılmasında əsas məqsəd üçüncü dövr relikt və endemik bitkilərinin mühafizəsi “Qırmızı Kitab” a daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, həmçinin ekoturizm-istirahətin təşkilinə şərait yaratmaqdan ibarətdir.Milli parkın 93%-ni meşələr təşkil edir.Meşələrin aşağı sərhədində şabalıdyarpaq palıd, dəmirağacı, vələs, ipək aksiyası, hirkan ənciri, Qafqaz xurması, azat, şümşad, yuxarı qalxdıqca (1000-1500 m) fıstıq meşələri ilə əvəz olunur. Bununla yanaşı Milli parkın meşələrində müxtəlif lianalar, pirkal, yalanqoz, hicəvər və s. rast gəlinir.
Milli parkda endemik flora növləri ilə yanaşı, özünəməxsus fauna növləri də yayılıb. Burada Azərbaycanın “Qırmızı Kitabın”ına düşən bəbir, xallı maral,

141


vaşaq, çöl donuzu, cüyür, yenot, qara leylək, müxtəlif qartal növləri, toğlu götürən və s. qeyd etmək olar.
Hirkan Milli Parkı öz nadir təbiət abidələri ilə də məşhurdur.Burada 100-dən çox təbiət və mədəniyyət abidələri vardır.Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən təbii meşəlikdir.Milli parkda olan müxtəlif təbii və süni göllər, kiçik şəlalələr, termal su mənbələri də turizm əhəmiyyətli təbiət abidələrindəndir.
Hirkan Milli parkında turizm infrastrukturu qismən yaradılmışdır.Son illərə qədər qoruq olduğuna görə bütün təsərrüfat fəaliyyəti qadağan olunmuşdur.Hazırda Milli parkda turizm fəaliyyətinin aparılması üçün infrastruktur yaradılmasına başlanılmışdır.Belə ki, Milli parkın ərazisində ekoturizm üzrə informasiya mərkəzinin yaradılması, turist cığırlarının müəyyən olunması, Milli park haqqında bukletlərin buraxılması planlaşdırılır.Milli parka gedən yolun bərpası və onun ətrafında olan iaşə obyektlərinin tədricən ləğv olunması turistlərin cəlb olunmasında, ekoloji mühitin qorunmasında mühüm rolu vardır.
5. Altıağac Milli Parkı. Milli Park eyni adlı qoruğun bazasında 2004-cü ildə yaradılmışdır.Milli Parkın sahəsi keçmiş eyni adlı qoruğun sahəsindən iki dəfə çoxaldılaraq 11000 ha-a çatdırılmışdır.Milli Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, ekoloji monitorinqin həyata keçirilməsi, rekreasiya məqsədilə istifadədədir.Milli Parkın 90%-i meşələrlə örtülüdür ki, bunun da əsas hissəsi palıd, vələs, şərq fıstığı, itiyarpaqlı ağcaqayın, iberiya palıdın, həmçinin dərman bitkilərindən ibarətdir.Milli Parkın ərazisində cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, qartal, qaratoyuq və s. yayılıb.
Milli Parkın Bakı şəhərinə yaxınlığı (120 km), burada ekoturizm məqsədilə kütləvi turizmdə istifadə etmək mümkündür.Altıağac Milli Parkı Azərbaycanın şimal turist marşrutunda yerləşdiyinə görə, həmçinin Şahdağ Milli Parkı ilə qonşu
142

olması kompleks turizm fəaliyyətinin aparılmasını təmin etmiş olur.Bununla yanaşı Milli Parkda qanunsuz ovçuluğun qarşısının alınması, yırtıcı heyvanların (xüsusilə canavar) populyasiyasının nəzarətə götürülməsinə ehtiyac vardır.


6. Şahdağ Milli Parkı. Milli Park 2006-cı ildə yaradılmış və böyüklüyünə görə digər milli parklardan 2-3 dəfə böyükdür.Milli Park Qafqazın şimal-şərq və cənub-şərqin, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı rayonlarını əhatə edir.Milli Parkın ərazisinə İsmayıllı, Pirqulu dövlət qoruqları və qeyd olunan rayonların meşə fonduna daxil olan sahələr daxil edilmişdir. Milli Parkın sahəsi 115,8 min ha olmaqla, bunun da 83%-dən çoxunu meşələr təşkil edilir. Milli Parkın ərazisində endemik bitkilər, nəsli kəsilməkdə olan fauna növləri qorunmaqla yanaşı, zəngin tarixi-memarlıq abidələri də qorunur.Milli Parkın ərazisində dağlıq relyefin üstün olması, burada iqlim müxtəlifliyinə, həmçinin zəngin bitki və heyvanat aləminin yayılmasına səbəb olmuşdur.Şahdağ Milli Parkında ekosistemin bərpası, qorunması, idarə edilməsi, torpağın münbitliyinin qorunması, elmi-tədqiqat işlərinin aparılması, əhalinin ekoloji cəhətdən maariləndirilməsi, rekreasiya ehtiyatlarından istifadə, ekosistemin inkişafı qarşıya məqsəd qoyulmuşdur.
Şahdağ Milli Parkında meşələr 83% təşkil edir ki, onların da tərkibi iberiya, şərq palıdı, şərq fıstığı, Qafqaz vələsi, tam zolaq yaratsa da, qarışıq halda göyrüş,ağcaqayın, qara çöhrə, qoz, cır alma, armud, əzgil, yemişan və s.yayılıb. Milli Parkın ərazisində dərman bitkiləri, müxtəlif kol bitkiləri də üstünlük təşkil edir.
Şahdağ Milli Parkının heyvanat aləmi də zəngindir. Burada məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot,qarapaça, meşə pişiyi, təkə, vaşaq, gəlincik, porsuq və s. Quşlardan qırqovul, qaratoyuq, alapaxta, bildirçin, müxtəlif qartal növləri və s. təsadüf olunur.
Şahdağ Milli Parkında arxeoloji və tarixi-mədəni abidələr də zəngindir. Milli Parkda Beşbarmaq səddi, Çıraqqala (V-VI əsr), Gilgilçay istehkamı, Lahıc, 143

Basqal, Xınalıq tarixi-mədəniyyət və etnoqrafiq abidələrin və s. qeyd etmək olar ki, bu da turizmin kompleks inkişafına, təbiət və tarixi-memarlıq abidələrinin əlaqələndirilməsinə imkan verir. Milli Parkın ərazisində olan Baş Qafqaz silsiləsinə aid daimi qarlı zirvələri – Bazardüzü(4466 m), Tufandağ(4206 m), Şahdağ(4243 m), Qızılqaya(3739 m), Babadağ(3632 m) dağ-idman turizminin, alpinizmin inkişafı üçün əlverişli şərait yaradır.


Milli Parkın ərazisi məşhur termal və mineral sularla zəngindir ki, bunlardan Xaltan, Xası, Cimi, Qalaaltı və s. qeyd etmək olar. Bununla yanaşı Milli Parkda təbiət abidələrindən şəlalələr (Afurca və s.), dağ çölləri, yaşı min ilə çatan palıd ağacları, geomorfoloji abidələr yayılıb ki, bunlar da turizmin inkişafına əlverişli şərait yaradır.
Şahdağ Milli Parkı turizm baxımından son dövrlərə qədər geniş istifadə olunmuşdur. Milli Parkın ərazisində məşhur istirahət və turizm mərkəzlərinə Afurca, Çinarlar, Qəçrəş, Təngaltı, Qalaaltı, Çuxuryurd, Pirqulu, Basqal, Talıstan, Lahıc və s. qeyd etmək olar. Bu baxımdan Milli Parkda turizm infrastrukturu da qismən də olsa formalaşmışdır.
Şahdağ Milli Parkında ekoturizmin inkişafı üçün Qubada informasiya mərkəzinin yaradılması, daxili turist marşrutlarının müəyyən olunması, fotoofçuluğun təşkili, dağ-idman turizmi, alpinizm tədbirlərinin keçirilməsi mümkündür. Milli Parkın ərazisində təklif olunan turist marşrutları aşağıdakılardır:


  • İsmayıllı – Lahıc – Babadağ – Xaltan – Quba (133 km)




  • İsmayıllı – Basqal – Bədo – Lahıc – Şamaxı (125 km)




  • Bakı – Beşbarmaq – Dəvəçi – Quba – Qəçrəş (176 km)

Milli Parkın ərazisində olan etnoqrafik və müxtəlif bayramların, festivalların keçirilməsi mümkündür. Etnoqrafik tədbirlər Xınalıq, Lahıc, Basqal kəndlərini əhatə edə bilər. Milli Parkın Bakıya yaxınlığı ekoloji turizm marşrutlarının təşkilinə imkan verir. Belə ki, Milli Parkın ərazisində mövud olan yerli turist marşrutlarında kütləvi ekskursiyalar təşkil olunması məqsədəuyğundur.


144

  1. Abşeron Milli Parkı. Milli Park 2006-cı ildə Bakı şəhəri Əzizbəyov rayonu ərazisində, Abşeron Dövlət Təbiət yasaqlığının bazasında, 783 ha sahədə

yaradılmışdır. Milli Park Abşeronun cənub-şərq qurtaracağı, Şah dili ərazisini əhatə edir.


Abşeron Milli Parkının yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir fauna növlərinin (Xəzər suitisi, ceyran, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, iri yaşayış məntəqəsinə yaxın olduğuna görə ekoturizmin inkişaf etdirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji maarifləndirilməsindən ibarətdir.
Milli Parkda əsas bitkilər yarımsəhra və effemerli kserofitlərdən ibarətdir. Milli Parkın heyvanat aləminə sürünənlər, suda-quruda yaşayanlar, gəmiricilərlə yanaşı, quşlardan gümüşü qağayı, qu quşu, yaşılbaş ördək, vağ, qaşqaldağ, məməlilərdən ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, porsuq, tülkü, oxlu kirpi, suiti məskunlaşmışdır.
Göygöl Milli Parkı. Milli Park 2008-ci ildə Azərbaycan respublikası prezidentinin sərəncamı ilə yaradılıb. Hazırda Milli Parkın sahəsi qoruqdan fərqli olaraq genişləndirilmiş və 10 min ha. qədər artırılmışdır. (əvvəlki sahəsi 6275 ha). Milli Park Kiçik Qafqazın şimal-şərqində Murovdağın ətəklərində, ekzotik landşaftla əhatə olunmuş göllər kompleksinin bazasında təşkil olunmuşdur.
Göygöl Milli Parkı Kəpəz dağının şimal yamacında meşə və subalp qurşaqlığında dəniz səviyyəsindən 1100-3065 m yüksəklikdə yerləşir. Milli Parkın ərazisində fıstıq, vələs, şərq palıdı meşəliyi yayılmışdır. Ərazisinin 83%-ni meşələr tutur.
Milli Parkın yerləşdiyi coğrafi şərait ğlkədə bu qəbildən olan mühafizə ərazilərinin içərisində həm mikroiqlim baxımından, həm də oksigenlə zəngin ekzotik landşaft baxımından digərlərindən üstündür. Hazırda Milli Parkda heç bir təsərrüfat fəaliyyətinə icazə verilmir.

145


Milli Parkda təbii zənginliyi qorumaq üçün Ekologiya və Təbii sərvətlər Nazirliyi tərəfindən proqram işlənib hazırlanmışdır. Bu proqramda Milli Prakın ekosistemi qorumaqla yanaşı onun yaxınlığında Avropa modelinə uyğun istirahət komplekslərinin yaradılması planlaşdırılır. Burada əhalinin istirahəti üçün yeni turist bazalarının, istirahət mərkəzinin yaradılması ilə yanaşı, ekoloji turların təşkili üçün cığırların müəyyənləşdirilməsi, Milli Parkın xəritə-sxeminin çəkilməsi və s. nəzərdə tutulub.
2.Ölkədə təbiət abidələrinin yayılması, ərazinin coğrafi şəraitindən asılı olaraq dəyişir. Ən çox təbiət abidələri dağlıq və dağətəyi bölgələrdə yayılıb ki, onların da əksəriyyəti əsas və əlavə turist marşrutlarında istifadə olunur. Təbiət abidələrinin turizm baxımından istifadəyə görə 3 qrupa bölünür:


  1. Turizm və istirahətin təşkili üçün əlverişli olan ekzotik landşaft abidələri;



2. Müəyyən turist

marşrutlarında istifadə

olunan

təbiət

abidələri;

3. Turizm

fəaliyyəti ilə birbaşa




bağlı

olan

təbiət abidələri.

Ölkəmizdə təbiət

abidələri

geoloji,

geomorfoloji,

hidroloji,

flora və

faunastik növlərə bölünür. Azərbaycanda

geoloji,

geomorfoloji




abidələr

Abşeron, Quba, Qazax, Tovuz, Qobustan, Sədərək rayonlarında yayılıb.




1. Abşeronda geoloji abidələrə palçıq vulkanları, Binəqədidəki Bitium

gölü, dəniz sahillərində

olan qayalıqlar,

Məhəmmədli

və Digah

kəndlərində

qazın alovlandığı

ərazilər

aid

edilir.

Abşeronda




qeyd




olunan

təbiət

abidələrindən yerli turist marşrutlarında istifadə olunur.
















Naxçıvandakı

geomorfoloji

abidələrə Nəhəcər,

Əlincə,




İlanlıdağ,

həmçinin

Ordubad

rayonunda

kvars çöküntülərindən ibarət ,

müxtəlif

rənglərdə dağ yamaclarını

qeyd

etmək

olar.

Geomorfoloji

abidələrdən

Naxçıvandakı

Sarıdağ,

Dəlidağ,

Dəhnədağ qədim

çöküntü

süxurlarının

yayılması

ekzotik landşaft

xüsusiyyətlərinə görə

seçilir.

Həmçinin Qazax,

Tovuz rayonunda, Göyəzən, Avey dağı ekzotik təbiət abidələrindəndir. Xınalıq kəndi və Qızılqaya yaylasında 20 – dən çox geoloji abidələr vardır.


146

Hidroloji və faunastik abidələr. Belə landşaft nümunələri daha çox Böyük Qafqazda, Naxçıvan və Gəncə - Qazaxda yayılıb. Hidroloji abidələrdən Böyük Qafqazın şimal – şərq və cənubunda olan dərin çay


dərələrini və şəlalələri qeyd etmək olar ki, bunlardan daha çoxu Şəki, Qəbələ, Zaqatala, Quba və Şamaxı rayonlarında yayılıb. Ölkədə mövcud olan şəlalələrin böyük hissəsi Böyük Qafqazın çaylarının payına düşür ki, bunların da çoxu əsas turist marşrutlarına salınır. Afurca, Mucuq, Həmzəli, İlisu, Katex,


Sarıgüney və s. hidroloji abidələrin turizm əhəmiyyəti vardır.










Ölkədə fauna abidələri əsasən dağlıq

ərazilərdə

Böyük

Qafqaz,

Kiçik

Qafqazın meşələrində

yayılıb. Flora

abidələri ən çox

Lənkəran bölgəsində

yayılıb. Burada endemik və

relikt bitkilər

ölkədə

yayılan

eyni əhəmiyyətli

abidələrin

2/3 – dən

çoxunu

təşkil

edir.

Bununla

yanaşı

Sultanbud

meşələri, Göygöldə yayılan qarmaqvari

şam,

şabalıdyarpaq

palıd meşələri də

flora abidələrindən sayılır.




























Ölkədə nadir

landşaft abidələrinin daha çox

cəmləndiyi




ərazilərə

Abşeron,

Çuxuryurd, İsmayıllı rayonlarını,

Kəpəz

dağı, Quba

rayonundakı

Qaytarqoca

silsiləsi,

Təngaltı, Qəçrəş, Kiş çayının

dərəsi,

Şəkidəki Marxal,

Zaqatalada Pəri qalası deyilən ərazilər, Göygöl,

Batabat,

Lerik

rayonundakı estetik landşaftın daha çox cəmləndiyi dağlıq

əraziləri

qeyd etmək

olar. Ölkədə olan təbiət abidələri əhəmiyyətinə görə 3 qrupa bölünür:










  1. Dünya əhəmiyyətli abidələr – İlandağ, Göygöl,Göyəzən,Batabat, Hirkan meşəlikəri, Abşeronun palçıq vulkanları;

2. Ölkə əhəmiyyətli abidələr – Şəlalələr, Beşbarmaq dağı, Dübrar


dağlarındakı mənzərələr, nadir mineral bulaqlar, Sultanbud meşəsi və s.
3. Yerli əhəmiyyətli abidələr – Müxtəlif meşə landşaftı, yaşı bir neçə
100 ilə çatan ağaclar, çay dərələri, yanar bulaqlar, qazın alovlandığı yerlər və s.
Təbiət abidələri turist marşrutlarında istifadə olunur. Bunlardan ən çox
Abşeronun palçıq vulkanları, meşəlik ərazilər, Naxçıvanın təbiət
abidələri əsas və əlavə.
147

3.Milli irs nümunələrinin turizmdə istifadə xüsusiyyətləri antropogen ehtiyatlarda olduğu kimi əsasən ekskursiya məqsədli və beynəlxalq turizmin inkişaf etdirilməsi üçün əsas vasitələrdən sayılır. Milli irs nümunələrinin ölkədə tirizm ehtiyatı kimi istifadə olunması aşağıdakı qruplara bölünür:




  1. Milli irs nümunələrinin beynəlxalq turizmdə istifadə olunması xüsusiyyətləri. Buraya beynəlxalq sərgilərdə, tranzit turist marşrutlarında və

ölkənin müəyyən bir ərazisində turizm ehtiyatlarının daha çox cəmləşdiyi


bölgələrdə milli irs nümunələrindən istifadə olunması daxildir.
2. Bölgədə və ya yerli səviyyədə milli irs nümunələrinin təbliği
hesabına xalq sənətkarlığının, suvenir istehsalının artırılmasına yönəldilən
tədbirlərdir. Bu məqsədlə milli sənətkarlıq nümunələrinin daha çox cəmləndiyi yaşayış məntəqələrində əlavə iqtisadi stimullar yaratmaqla xalq sənətkarlığının inkişafına nail olunması mümkündür.
3. Milli irsin nümunələrinin ölkənin turizm reklamında istifadə olunması və bu məqsədlə beynəlxalq səviyyəli yerləşmə müəssisələrində onların satışının təşkil olunmasından ibarətdir.
Ölkədə milli irs nümunələrinə xalq sənətkarlığının ayrı – ayrı növləri, suvenir istehsalı, müxtəlif kustar üsulla hazırlanan məhsullar, dekorativ sənət nümunələri, ənənəvi toxuculuq aid edilir. Ölkədə qeyd olunan irsi nümunələrdən xalçaçılıq ənənəvi sənət növlərindən olmaqla turizmdə suvenir


istehsalı üçün əhəmiyyətli yer tutur. Xalçaçılıq sənətinə aid olan

kiçik

həcmli

xalçalar beynəlxalq sərgilərdə nümayiş olunur və ölkəyə

gələn

turistlərin

ən

çox aldığı suvenir məhsullarından sayılır. Ölkədə

xalçaçılığın

qədim

adət -

ənənələrini Quba, Şamaxı, Bakı, Qarabağ, Qazax bölgələrində saxlanılıb.







Burada kiçik həcmli xalçalar və ona uyğun gələn

müxtəlif məhsullar

əl əməyi

ilə toxunulduğuna

görə ölkəyə gələn

turistləri daha

çox

cəlb

edir.

Son

illər

ölkənin əsas turizm mərkəzlərindən

sayılan

Quba,

Şamaxı,

İsmayıllı,

İçərişəhərdə, Şəkidə

kiçik xalça sexləri fəaliyyət

göstərir ki,

onların da




























148

istehsal etdiyi məhsullara tələbat artıb. Məsələn:

xalçaçılıqda toxunan kiçik

xalçaların əngləri təbii olduğuna görə ölkəyə

gələn

turistləri daha çox cəlb edir.

İstehsalı ənənəvi toxuculuq sahələrindən olan

ipəkçilik ölkədə

e.ə. IV

əsrdən inkişaf etməyə başlayıb. İpək toxumanın

Azərbaycan

üçün

fərqli

üslubların olması qədim

adətlərə söykənən

ipək




üzərində naxış

vurma

sənəti əcnəbi turistləri

cəlb edən

vasitələrdən

sayılır. Ölkədə

ənənəvi

ipəkçilik s ənəti

Basqal,

İsmayıllı,

Şəki,

Ordubad,

Şamaxıda nəsildən -

nəsilə ötürülür

və naxışvurma

üçün

<< möhür >>

xüsusi sənətkarlıqla

hazırlanır.Ölkədə ipək toxumasının turizmdə suvenir istehsalı üçün əhəmiyyəti




daha çox

müxtəlf dəsmallar,

kiçik

ölçüdə

olan




ipək işləmələrindən,

kələğayılardan ibarətdir.














































Ölkədə xalq sənətkarlığı nümunələrindən

biri də

dulusçuluq və keramika

ilə bağlı olan müxtəlif saxsı qab

istehsalından

ibarətdir.

Ölkədə

bu sahə

neolit və tunc dövründən inkişaf

etməyə

başlayıb.

Hazırda

bu sənətkarlıq

nümunələri

Lənkəran,

Masallı,

Ərkivan,

Qazax,




Quba,

Abşeronun bəzi

kəndlərində öz əhəmiyyətini saxlayıb. Ölkədə saxsı

qablar ənənəvi

sahə

olduğuna görə milli irsi nümunələrin

yayıldığı

əksər

yaşayış məntəqələrində

mövcuddur. Qeyd olunan sənətkarlıq nümunələrini yerli

və beynəlxalq

turizmdə

istifadə etmək mümkündür.











































Ölkədə milli irsi nümunələrdən misgərlik

sənəti

e.ə. II əsrdə ölkədə geniş

yayılmağa

başlayıb. Misgərlik sənətkarlığının inkişafı XV-XVI əsrdə ən

yüksək həddinə

çatıb.

Xüsusilə




Azərbaycanın




qədim şəhərləindən

Şəki,

Şabran, Qəbələ, Bərdə və

Ordubadda

daha

çox inkişaf etmişdir.










Bu dövrdə

misgərlik

sənətkarlığı




digər

metal

üzərində

oyma

sənətkarlığı ilə

bərabər bütün

ölkə




ərazisində




yayılmağa

başlayıb.

Hazırda misgərlik

sənət

nümunələri






digər

metal

üzərində




oyma

sənəti Şirvan və Şəki – Zaqatala

bölgəsində

öz

əhəmiyyətini saxlayıb.

Misgərliyin yüksək inkişaf

etdiyi



qədim

adət-ənənələrə

söykənən

sənətkarlıq beynəlxalq turist

marşrutlarında istifadə olunur.
































































149

Ölkədə ağac

üzərində oyma sənəti də adət-ənənələrə əsaslanır. Xüsusilə

Şəki – Zaqatala,

Tovuz, Qazax

rayonlarında bu sənətkarlıq nümunələri öz

əhəmiyyətini saxlayıb.




Ölkədə milli

bayramların

etnoqrafik sənət nümunələrinin turizm

əhəmiyyəti vardır.

Ən mühüm

etnoqrafik sənət nümunələri Xınalıq, Lahıc,

Basqalda öz əhəmiyyətini saxlayıb. Ölkədə qeyd olunan yaşayış məntəqələri əsas turist marşrutlarına salınıb.


Milli irsi nümunələrin turizm baxımından qiymətləndirilməsi aşağıdakı
kimi qruplaşdırılır:
1. Milli irsi nümunələrin müəyyən bir ərazidə daha geniş yayılması,
bir – birinə yaxın yerləşməsi və qədim adət - ənənələri özündə əks etdirməsi.


  1. Milli irsi nümunələrin beynəlxalq turizmdə istifadə olunması üçün mövcud olan tranzit turizm marşrutlarının üzərində yerləşməsi.




  1. Müxtəlif suvenir istehsalının ölkədə və bölgələrdə ənənəvi sahə kimi inkişaf etməsi və bölgələrdə milli irsi nümunələrin qədim adət - ənənələrinin qorunub saxlanması.

Ölkədə milli irsi nümunələrinin beynəlxalq turizmdə istifadəsi üçün Caspian Group Consaltinq şirkətinin qiymətləndirilməsi zamanı aşağıdakı nəticələr alınmışdır:




  1. Nümunəvi mədəni irs sahəsi üzrə İpək yolunun bir hissəsi kimi qədim

mədəniyyət abidələrinin mövcudluğu. Müxtəlif arxeoloji ərazilərin və


qədim şəhər xarabalıqlarının qorunub saxlanılması. Bu da tranzit
turların təşkili üçün əlverişli şərait yaradır.
2. Ənənəvi sənətkarlıq sahəsi əksər bölgələrdə yayılıb və öz əhəmiyyətini saxladığına görə turistləri daha çox cəlb edə bilər. Lahıc, Xınalıq və digər qədimliyi ilə seçilən yaşayış məntəqələrinin qorunub saxlanılması xarici turizmin inkişafına təkan vermiş olar.


  1. Beynəlxalq musiqi və digər milli bayramlarla bağlı festivalların keçirilməsi üçün əlverişli şəraitin olması.

150



Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin