Mövzu VII iqtisadiyyatın sahə sturkturu Təbii-resurs potensialının iqtisadi inkişafda yeri. Təbii-resurs potensialın təsnifatı


Təbii ehtiyatların istifadasində iqtisadiyyatın rolu



Yüklə 20,64 Kb.
səhifə2/2
tarix16.01.2022
ölçüsü20,64 Kb.
#51323
1   2
Mövzu VII Iqtisadiyyatın sahə strukturu

Təbii ehtiyatların istifadasində iqtisadiyyatın rolu.

Təbii mühüt tarixi-coğrafı şəraitdə formalaşan və cəmiyyətin yaranmasından çox-çox əvvəl mövcud olan geoloji eraların məhsulu olub, ictimai istehsalın əsas mənbəyi olmaqla əvəzedilməz şəraitdən ibarət- 32 dir. Təbii sərvətlərin əmələ gəlməsi müəyyən ―məkan və zaman‖ daxilində olmaqla xarakterinə görə birbirindən fərqlənir. Təbii sərvətlərin (faydalı qazıntıların) əmələ gəlməsində beş geoloji eralar və onların dövrləri əsas rol oynayırsa, cəmiyyətin inkişafında isə tarixin müəyyən mərhələlərində fəaliyyət göstərmiş cəmiyyətlər və onun məhsuldar qüvvələri mühüm əhəmiyyət kəsb etmişdir. Müasir dövrdə təbii mühitin formalaşması və resursların əmələ gəlməsi qanunauyğunluqlarının müəyyən olunmasında yerin geoloji inkişaf tarixini bilmək vacibdir. Çünki, yer kürəsində təbii resursların qeyri bərabər paylanmasında səbəb hər bir geoloji eranın və dövrün özünə məxsus şəraitlərin olmasıdır. Bu səbəbdən də yer kürəsində və onun ayrı-ayrı regionlarında təbii resursların yayılması qanunauyğunluqlarından asılı olaraq istehsal sahələri qeyri-bərabər şəkildə formalaşmışdır. Cəmiyyətin inkişafında təbii mühit müsbət və mənfı rola malikdir. Təbii şərait əlverişli olan ərazilərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait yaratmaqla yanaşı, təbii resursların istehsal dövriyyəsinə cəlb olunması daha da intensivləşir. Əksinə təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi buzlaqların olması yeraltı və yerüstü təbii sərvətlərin istehsala cəlb olunmasını gecikdirir və istehsal sahələrinin səviyyəsinin yüksəldilməsinə mənfi təsir göstərir. 33 Təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq olunması müasir elmin qarşısında duran vacib problemlərdəndir. Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasibəti-məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə almadan, bu qüvvələrin kimə aid olmasını bilmədən, insanların bir-birilə maddi nemətlər istehsalında hansı ictimai münasibətlərə daxil olduğunu dərk etmədən başa düşmək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə təsir göstərmirlər, eyni zamanda onlar bir-birinə təsir göstərirlər. Yalnız istehsal prosesində insanlar müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir etməklə özləri üçün lazım olan maddi nemətlər istehsalına şərait yaratmaq imkanlarına malik olurlar. Təbii mühitin cəmiyyətə və onun məhsuldar qüvvələrinə təsir göstərdiyi kimi, təsərrüfat sahələrinin müxtəlifliyinə də səbəb olur. Lakin bu müxtəliflik bütün dövrlər üçün sabit olmayıb, məhsuldar qüvvələr inkişaf etdikcə və ictimai quruluş dəyişdikcə o da təkmilləşir və formalaşır. Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi cəmiyyətin dinamik inkişafında mühüm rol oynamışdır. Cəmiyyətlə təbiətin inkişafının ilkin mərhələsində (ən qədim insanlar) yalnız təbiətin hazır məhsullarından istifadə etmək imkanlarına (balıq və meşədə olan heyvanları ovlamaq, yabanı meyvələrdən və s. istifadə edirdilərsə) malik idilərsə, sonrakı inkişaf 34 dövründə həmin əlaqələr yeni forma və məzmun alır. İnsanın istifadə etdiyi təbii resurslar (torpaq, su, hava, faydalı qazıntılar, enerji ehtiyatları, bitki və heyvan növləri və s.) təbii sərvətlər adlanır. Təbii sərvətlərdən insan cəmiyyəti yaranan gündən bu vaxta qədər istifadə etməklə öz maddi tələbatını ödəmək imkanlarına malik olmuşdur. Təbii ehtiyatların istifadəsindən asılı olaraq onlar tükənmə ehtimalına malikdirlər. İnsan cəmiyyətinin keçdiyi formasiyalarda istehsal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq təbii sərvətlərə təsir göstərilmiş, istehsal sahələrinin inkişafı üçün zəmin yaradılmışdır. İbtidai və quldarlıq cəmiyyətlərində istehsal vasitələrinin zəif inkişafı yeraltı təbii sərvətlərin istifadəsinə bir o qədər təsir göstərmədiyindən filiz mənbələrinə əsaslanan istehsal sahələri zəif inkişafı ilə səciyyələnirdi. Bu cəmiyyətlərdə, ümumiyyətlə iqtisadi sahələrdə bir o qədər intensiv inkişaf müşahidə edilmirdi. Bir növ insanlar təbiətdən hər şeyi hazır alırdılar. İqtisadi sahələrin inkişafı bir o qədər nəzərə çarpmırdı.

Təbii resursların istifadəsindən asılı olaraq iqtisadi sahələrin inkişafı və mövqeyi müəyyənləşdirilir. Təbii sərvətlər qrupu İqtisadi sahələr Energetika sənayesi.1. Yanacaq resursları Metallurgiya sənaye2. Filiz resursları sahələri. 35 Tikinti materiallan sənaye3. Mineral resurslar sahələri. 4. Mineral resurslar (daş duz, mineral duzlar və s.) Kimya sənaye sahələri. Meşə və ağac emalı sənaye5. Meşə resursarı sahələri. Aqrar sənaye sahələri6. Torpaq, su resursları (yüngül və yeyinti sənayesi). Yuxarıda qeyd olunan resurs mənbələri əsasında iqtisadi sahələrin inkişafı artıq sadə insan şüurunun məhsulu kimi yox, müasir insanın elmi texniki tərəqqinin nailiyyətləri əsasında yaratdığı mürəkkəb istehsal vasitələrinin məhsulu kimi qiymətləndirilir. İndiki şəraitdə insan cəmiyyəti atmosferdə, litosferdə, hidrosferdə, biosferdə olan resurslardan hər cür mürəkkəb şəraitdə istifadə etməklə özünün tələbatını təmin etmək imkanlarına malikdir.



Azərbaycan Respublikasının yanacaq-energetika kompleksi.

Yanacaq-energetika kompleksi Azərbaycan iqtisadiyyatının ən mühüm sahələrarası komplekslərindən biridir. Bu kompleks sənayenin bütün sahələrini sənayenin işini təmin edir, əhalinin məişətində isə əvəzsiz rola malikdir. Yanacaq-energetika kompleksi yanacaq hasilatını, onun emalını və elektroenergetikanı əhatə edir. Azərbaycanın yanacaq-energetika kompleksi aşağdakı yarımkompleksləri özündə birləşdirir: 1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. 2. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti. 3. «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti. Hazırda iqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 №-li Fərmanı ilə təsdiq edilmiş ―Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin 52 inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı‖nı göstərmək olar. Son illər Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənmiş, ictimai-siyasi sabitliyə nail olunmuş, cəmiyyətdə demokratiya və iqtisadiyyatda bazar münasibətləri daha da inkişaf etmiş, dünya iqtisadiyyatına inteqrasiya üçün şərait yaradılmış və buna başlanılmışdır. Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ''Xəzərin azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü'' üzrə birinci saziş imzalandı. Sonralar bu saziş ''Əsrin sazişi'' adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş imzalanmışdır. 53 Respublikada Neft gəlirlərinin səmərəli istifadəsi və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə Dövlət Neft Fondu yaradılmışdır. Hazırda Fondun vəsaitləri 01.012013-cu il tarixinə (34129,4 milyon ABŞ dolları) təşkil etmişdir. Fondun vəsaitləri aşağdakı layihələrin reallaşmasına yönəldilmişdir. 1. Heydər Əliyev adına Bakı Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (2006-cı ildə başa çatıb) - 297,9 mln. manat. 2. Qaçqın və məcburi köçkün ailələrinin sosialməişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli-1157,8 mln. manat. 3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi – 779,6 mln. manat. 4. Samur-Abşeron kanalının rekonstruksiya edilməsi - 895,5 mln. manat. 5. Dövlət büdcəsinə transfertlər - 35085 mln. manata. 6. Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi (2006-cı ildə başa catıb ) - 90 mln. manat. 7. ―Bakı - Tbilisi - Qars yeni dəmir yolu‖ layihəsi – 341,5 mln. manat. 8. ―2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqra- 54 mı‖nın maliyyələşdirilməsinə- 54,8 mln. manat. 9. AÇG üzrə layihədə ARDNŞ-in iştirak payının tənzimlənməsi - 87,6 mln manat. Elektrik enerjisinin və istiliyin fasiləsiz istehsalı, çevirilməsi, ötürülməsi və paylanması prosesində ümumi mərkəzdən idarə olunan, bir-biri ilə bağlı və birlikdə faliyyət göstərən elektrik stansiyalarının, elektrik və istilik şəbəkələrinin toplusu (məcmusu) - energetika sistemi adlanır. "Azərenerji" ASC Respublikamızın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Hal-hazırda Cəmiyyətin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; "Mingəçevir", "Varvara", "Şəmkir", "Yenikənd", "Araz" və "Vayxır" daxil olmaqla 6 ədəd su elektrik stansiyası (SES), "Azərbaycan", "Şirvan", "Şimal", "Bakı İEM", "Babək", "Astara", "Şəki", "Xaçmaz", "Naxçıvan" və "Bakı" istilik elektrik stansiyaları (İES) daxildir. Yaxın bir neçə il ərzində bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır. Qeyd etmək lazımdır ki, hazırda "Azərenerji" ASC-nin elektrik verilişi xətlərinin ümumi uzunluğu 66000 km-ə yaxındır. 55 2011-ci ildə respublikada elektrik stansiyalarının gücü, 6250 mvt, o cümlədən istilik elektrik stansiyalarının gücü 5252 mvt, su elektrik stansiyalarının gücü 998 mvt təşkil etmişdir. Bundan başqa, həmin ildə 21487 mlyn.kvt-saat elektrik enerjisi istehsal edilmişdir ki, bunun da 19051 mlyn.kvt-saat istilik elektrik stansiyalarının və 2364 mlyn.kvt- saat su elektrik stansiyalarının payına düşmüşdür. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 13,5 faizi düşür. Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə Almaniya dünya ölkələri arasında liderlik edir. Həmin ölkədə ―Bərpa olunan enerji mənbələri haqqında‖ Qanunun qəbul edilməsi bu işə güclü təkan vermişdir. İndi Almaniyada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır. 56 Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı aşağıdakılardan ibarətdir: Külək enerjisi. Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 mvt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kvt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının ŞərurCulfa ərazisində küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda orta güclü külək elektrik qurğularından istifadə etmək olar. 1999-cu ildə Yaponiyanın ―Tomen‖ şirkəti Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırmış, küləyin sürətinin orta illik qiyməti v = 7,9 - 8,1 m/san olma- 57 sı müəyyən edilmiş və Qobustan rayonu ərazisində ümumi gücü 30 mvt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır. 2002-ci ildə Azərbaycanın bərpa olunan enerji resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək enerjisi potensialına malikdir. Uzunmüddətli küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texnikiiqtisadi potensialın olmasını göstərir. Şimal DRESin yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4- cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur. Günəş enerjisi. Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500- 3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqra- 58 mının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər. Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kvts, Rusiyada 800-1600 kvts, Fransada 1200-1400 kvts, Çində 1800-2000 kvts və Azərbaycanda 1500-2000 kvts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər. Kiçik su elektrik stansiyaları. Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kvt.s su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mlrd. kvt.s, 59 texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kvt.s olduğu müəyyən edilmişdir ki, bunun da 5 mlrd kvt.s kiçik su elektrik stansiyalarının payına düşür. Su elektrik stansiyalarının tikintisi – sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasında çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd kvts təşkil edə bilər. Yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilir. Bu SESlər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Ölkədə həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər. Naxçıvan Muxtar Respublikası enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, orta, kiçik, mikro su elektrik stansiyalarının ilk növbədə Naxçıvan Muxtar Respublikasında tikilməsi daha məqsədəuyğundur. Biokütlə enerjisi – Azərbaycan Respublikasında sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə 60 enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur:

yanma qabiliyyəti olan sənaye tullantıları;

 meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları;

kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;



məişət və kommunal sahələrinin tullantıları;

 neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılar.
Yüklə 20,64 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin