Mövzu Xətti tənliklər sistemi. Plan



Yüklə 94,38 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü94,38 Kb.
#35267
  1   2   3   4
referat 1089


Mövzu 2. Xətti tənliklər sistemi.
Plan

§1. Xətti tənliklər sistemi haqqında anlayış.

§2. n məchullu n xətti tənlik sistemi. Kramer üsulu.

§3. Xətti tənliklər sisteminin matris üsulu ilə həlli.

§4. Qauss üsulu.

§1. Xətti tənliklər sistemi haqqında anlayış.


(1)

şəklində olan sistem n məchullu m xətti tənliklər sistemi və ya xətti sistem adlanır, burada aij , bi ( ) – ədədlərdir. Tənliklərin sağ tərəflərindəki ədədlərinin hamısı sıfra bərabər olarsa, onda həmin sistemə bircins xətti tənliklər sistemi deyilir. ədədlərinin heç olmasa biri sıfırdan fərqli olduqda (1) sisteminə bircins olmayan xətti tənliklər sistemi deyilir. Sistemə daxil olan tənliklərin hər birini ödəyən qiymətlər çoxluğuna həmin sistemin həlli deyilir.

Verilmiş sistemin həlli ola da bilər, olmaya da bilər; sistemin həlli varsa, ona uyuşan və ya birgə sistem, əks halda isə uyuşmayan və ya birgə olmayan sistem deyilir. Tənliklər sistemi uyuşan olduqda onun bir və ya birdən çox həlli ola bilər. Tənliklərin sayı məchulların sayına bərabər olanda sistemə kvadrat sistem deyilir.

(1) xətti tənliklər sistemini matris tənliyi şəklində yazmaq olar.

Məchulların əmsallarından düzəlmiş matrisi A, sağ tərəfdəki məlum ədədlərdən düzəlmiş sütun-matrisi B, axtarılan məchullardan dü­zəlmiş sütun-matrisi isə X ilə işarə edək:

, , .

A matrisin sütunlarının sayı X matrisinin sətirlərinin sayına bərabər olduqdan, AX hasilini tapa bilərik

.

(1) tənliklər sisteminin sağ tərəfi B sütun-matrisin elementləridir və buna görə də matrislərin bərabərliyi şərtinə əsasən



AX = B (2)

yazmaq olar. (2) tənliyinə matris-tənlik deyilir.

§2.


Yüklə 94,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin