Mövzu:Yaşıl yosunlar şöbəsi.
Volvokslar (Volvocales) sırası
Xlorokokkovilər (Chlorococcales) sırası
Oedogenovilər (Oedogoniales) sırası
Xaetoforovilər (Chaetophorales) sırası
Ulotrikslər (Ulothrichales) sırası
Ulvakimilər (Ulvales) sırası
Briopsidilər (Bryopsidales) sırası
Yaşıl yosunlar ali bitkilərin təkamül xəttində onların əcdadı hesab olunaraq 20 minə qədər növ və növmüxtəlifliyini əhatə edir. Tallomlarının quruluşuna görə, birhüceyrəli, çoxhüceyrəli, kaloniya, hərəkətli, hərəkətsiz, sapşəkilli, heterotrixal və digər formalarına rast gəlinir. Şöbənin nümayəndələrinin vegetativ quruluşu tallomun differensasiya pilləsində: monodlar, palmelloidlər, kokşəkillilər, sapşəkillilər, müxtəlif sapşəkillilər (heterotrixallar), parenximatozlar, psexdoparenximatozlar, sifonlular daxildir. Yaşıl yosunların əksəriyyəti mikrofil və mikroskopik quruluşa malikdirlər. Lakin Meksika dənizlərinin sahillərində sifonlu böyük Kodium magnun növü geniş yayılmışdır ki, onun tallomu 25 sm enində, 8 m-ə qədər uzunluqda olur. Hüceyrələri adətən sərt qlafla örtülmüşdür ki, qılaf sellüloza və peptid qlükon maddələrindən ibarətdir. Xloroplastların tərkibi «a» və «b» xlorofilindən ibarətdir. Həmçinin xloroplastların tərkibində : α və β karotinlər, lyutein, neoksantin, violaksantin, üzərində üstünlük təşkil edir. Onlar hüceyrənin periferiyası və ya hüceyrə mərkəzi boyunca yerləşir. Ehtiyyat qida maddəsi nişastadır ki, o xloroplastın içərisində-pirenoidin ətrafında və stromada toplanmışdır. Pirenoid xloroplastın stromasında yerləşir və tilakoidlə düzülmüşdür. Tilakoidlər 2 - 6 və daha çox sayda tillərlə qruplaşırlar. Əgər bir tilakoidə iki til məxsusdursa, onda bu psevdoqranlar (yalançı tillilər) adlanır. Xloroplastın tərkibində həmçinin «gözcük» (stiqma) yerləşir.
Çoxalma vegetativ, qeyri-cinsi və cinsi yolla gedir. Vegetativ çoxalma əsasən ayrı-ayrı hüceyrələrin bölünməsi və ya sapın qırılması yolu ilə gedir. Qeyri-cinsi (sporlarla) çoxalma-adətən zoosporların hərəkəti, bəzən isə hərəkətsiz aplanosporlarla gedir. Cinsi proses-izoqamiya, heteroqamiya, ooqamiya (ən çox) ilə gedir.
Yaşıl yosunlara müxtəlif sututarlarda, xüsusilə şirin sualarda, dənizlərdə, eləcədə sudan kənar mühitdə (torpaqda, ağacların gövdəsində, qayalıqda, qar üzərində və s.) rast gəlinir. Volvokslar sırası: Sıra özündə birhüceyrəli, kolonyaşəkilli və senobial monad formalı yaşıl yosunları birləşirir. Onlar bütün həyatları boyunca hərəkətli, ancaq qeyri-əlverişli şəraitdə (məsələn quruma zamanı) palmelloid (hərəkətsiz) vəziyyətinə keçir. Sıranın bir sıra nümayəndələri (bəzən ayrıca sıra Tetrasporales) daima palmelloid vəziyyətində mövcud olurlar. Bir çoxunda zoiqot sərt hüceyrə divarından ibarətdir. Senobilərin həcminin böyüməsi zamanı əvvəlcə löhvədən 4, sonra isə 8 hüceyrə əmələ gəlir. Daha sonra löhvə tamamlanmayan kiçik deşiyin əmələ gəlməsinə qədər əyilir. Beləliklə hüceyrənin ön ucundan sferanın mərkəzinə doğru qamçılar əmələ gətirir.
Birhüceyrəli yosunların tipik nümayəndəsinin çoxsaylı növləri nohurlarda, kanallarda və digər kiçik sututarlarda yayılırlar. Onların kütləvi artması zamanı sular yaşıl rəngdə olur.
Kürəşəkilli və ya ellipsvari hüceyrələr protoplasta sıx birləşmiş qılafla örtülür. Onların arxa hissəsindən iki qamçı çıxır ki, bunların köməyi ilə suda üzürlər. Protoplastda bir nüvə, adətən perenoidlərlə (qanadcıq) dolu kasaşəkilli xloroplast, gözcük (stiqma), hüceyrənin ön hissəsində isə döyünən vakoullar yerləşir.
Sututarın quruması zamanı xlamidomonadalar asanlıqla palmelloid formaya keçir. Hüceyrələr qamçılarını sorur, onların divarları selikləşir, beləliklə, hüceyrə özünün döyünən vakoullarını və gözcüyünü saxlayır və bu hərəkətsiz vəziyyətdə hüceyrələrin artması baş verir.. Onlar suya düşdükdən sonra yenidən qamçılarını çıxarır və monad vəziyyətinə qayıdırlar. Sıraya daxil olan Karteriya cinsinin nümayəndələri dörd qamçılıdır. Xlorqonium cinsi güclü şəkildə dartılmış uzun qaytanvari, bəzən isə ikiqamçılı iynəşəkilli quruluşa malik olurlar.
Əlverişli şəraitdə xlamidomonada və digər birhüceyrəli volvoksşəkilli yosunlar qeyri-cinsi yolla intensiv çoxalırlar. Xlorokokkovilər sırası: Sıra kokşəkilli formaları,təkhüceyrəli və koloniyaşəkilli nümayəndələri özündə birləşdirir. Qeyri cinsi çoxalma sərt hüceyrə divarı olmayan ikiqamçılı zoosporlarladır. Cinsi proses izoqamiya, heteroqamiya və ooqamiya ilə gedir. Xlorokok cinsinə şirin sulu sututarlarda,eləcə də torpaqda, ağacların qabığında rast gəlinir. Qılafla örtülü şarşəkilli,kiçik mikroskopik hüceyrələrdir. Hüceyrələri bir nüvəli və ya çox nüvəlidir. Bir və ya bir neçə pirenoidli fincanşəkilli xloroplastları vardır. Hüceyrədə 8-dən 32-ə qədər olan zoosporlar ana hüceyrənin divarı dağılandan sonra azad olurlar. Bir müddət keçdikdən sonra zoosporlar qamçılarını itirir, üzərləri qılafla örtülür və yeni hüceyrələrə çevrilir. İzoqametin qarışmasilə nəticələnən cinsi proses məlumdur. Diktiosferium cinsinə daxil olan növlər koloniyaşəkilli yosunlardır. Onun hüceyrələri sferik və ya ellipsvari koloniyası selikli periferiyada yerləşir və öz aralarında birləşir. Diktiosferium növlərindən biri olan D.indicum Hindistanda yayılmışdır. Bu növ ikievlidir.
O edogonovilər sırası: Eudoqonovilərin tallomu budaqlanan və ya budaqlanmayan sapşəkilli formadadır. Onlar substrata rizoidlər vasitəsilə birləşir. Substratdan kənar yaşayış vəziyyətində də ola bilirlər. Hüceyrələri bir iri nüvəli, xloroplastları nazik, torvaridir.
Eudoqonovilər sırası 600-dən çox növü əhatə edir. Nümayəndələri tamamilə şirin sularda yayılır, yaxşı qızmış, zəif axınlı sularda və ölüb getmiş ali bitkilər üzərində yayılırlar. Xloroplastları hüceyrə divar üzrə yerləşir və löhvələri mürəkkəb yarılmış və ya torvaridir. Bu cinsin növlərini üç qrupa ayırmaq olar:
1. Birevli. Ooqonii anteridi bir sapda əmələ gəlir.
2. İkievli makrandrik. Ooqoni və anteridi eyni sapda müxtəlif görünüşdə əmələ gəlir.
3. İkievli naondrik - əksər ikievli növlərdə olur.
Oedoqonium cinsi üçün dişi saplar adi görünüşlü, erkək bitkilərdə isə karlik olub (nanandri və ya “kiçik”), əsasən bir vegetativ (aşağı bazal) hüceyrələrdən və anteridilərin bir neçə yerləşmiş həlqələrindən ibarətdir.
Xaetoforovilər sırası:Sıraya daxil olan növlər heterotrixal (müxtəlif sapşəkilli) formalıdır. Tallomu iki qat budaqlanmış saplardan ibarətdir. Bir çox növlərdə birincili və ya ikincili tallom reduksiyalaşmışdır. Əksər növlərində yaxşı inkişaf etmiş sərilən və ya üfiqi saplardan ibarət tallomlar vardır. Son hüceyrələr əksər nümayəndələrdə qılçıq və ya tükcüklə qurtarır. Qeyri-cinsi çoxalma 4 qamçılı zoospor vasitəsilə, cinsi proses isə izoqamiya, heteroqamiya və ya ooqamiya ilə baş verir. Qametlər iki və ya dördqamçılıdır.
Onlar şirin sularda və torpağın nazik qatlarında, torpağın səthində kolcuq şəklində inkişaf edir. Torpaqda yaşayan formalara Afrika, Hindistan və Yaponyada rast gəlinir.
Trebuksievilər sinfi:bu sinifə əsasən kokşəkilli, sapşəkilli budaqlanan və lövhəşəkilli formalar daxildir. Çox vaxt ana hüceyrənin qlafında dəstələrlə və ya sıralarla bölünməsi nəticəsində sarsinoid formalar əmələ gəlir. Sinifin fərqli xüsusiyyəti mitoz zamanı sentriolların iy tellərinin yan tərəfində (başqa sözlə iy telləri burada metasentrikdir) yerləşməsidir.
Sinifin nümayəndələri şirin sularda və dəniz sularında, daha çox sudankənar mühitdə yaşayırlar. Onların bir çoxu şibyələrlə sadə, eləcə də onurğasız heyvanlarla fotobiont təşkil edir.
Ulvalar sinfi: daxil olan yosunların tallomu sapşəkilli, löhvəşəkilli, parenximatoz və ya sensitin (sifon) formalarda olurlar. Birhüceyrəli (monad və kokşəkilli) formalar yoxdur. Sadə nümayəndələrdə mitoz bölünmənin telofaza mərhələsində hüceyrədə Holci aparatından əmələ gələn dərin şırım və qabarcığın olması xarakterikdir. Yüksək inkişaf etmiş nümayəndələrdə isə sitokinez mitozla bilavasitə əlaqəli deyildir: nüvə və hüceyrə “özü-özünə” bölünür və ya ümumiyyətlə heç bölünmür, sadəcə ölçüsü böyüyür.
Ulotrikslər sırasına daxil olan yosunlar kokşəkilli, sapşəkilli və ya löhəşəkilli formalıdır. Ulotrikslər əsasən dənizlərdə və şirin sularda yaşayırlar. Ulotrikslər sırasına daxil olan Ulotriks cinsin ən geniş yayılan U.zonata növünün sapı qalın qabıqla örtülür, hüceyrələri bir sırada düzülmüş, hüceyrənin divarı boyu sitoplazma yerləşir ki, onun da daxilində bir neçə perinoidi olan löhvəşəkilli xloroplast, bir nüvə və mərkəzində bir vakoul yerləşir. Ulotriks substrata saplardan çıxan qısa rizoidlər vasitəsilə birləşir. Bazal hüceyrələr istisna olmaqla, qalanları reproduktiv hüceyrələr əmələ gətirə bilir ki, onlarda bölünmə xassəsi vardır. Tallomun fasiləsiz bölünməsi müşahidə olunur.
Qeyri-cinsi çoxalma zamanı bütün yaşlı hüceyrələrdən ikidən 16 (32) sayda dördqamçılı zoosporlar inkişaf edir. Ulotriksin digər növləri qeyri-əlverişli şəraitdə palmellavari vəziyyətə keçir. Hüceyrələr dairəvi forma alır, onların divarları selikləşir və belə vəziyyətdə bölünürlər, əlverişli şəraitdə hər bir palmellevari hüceyrələr zoosporlara çevirilirlər.
Monostroma cinsinin növləri bir qat lövhəşəkilli tallomludur. Bu əlamət dənizdə yaşayan formalar üçün xarakterikdir. Onların tallomu əvvəlcə substrata yapışır, sonra isə sərbəst üzürlər.
Ulvariya cinsi löhvələr ikiqatlıdır. Hüceyrənin hər iki qatı sıx qapalıdır. Tallomu iri ölçüyə çatır (əl boyda). Kənarı büzülmüş və qısa saplaq ilə substrata yapışır. Hüceyrələri birnüvəli, divarları boyu xloroplastlar vardır. Entermorfa cinsində hər iki təbəqə ilk mərhələdə lövhəşəkilli və tallomu iri olub, bağırsaqşəkilli və ya birqat divarlı boruşəkillidir. Rus dilindən tərcümədə bu yosun “bağırsaq” adlanır. Ulva və entermorfa əsasən dəniz yosunları olub, şimal və cənub dənizlərinin litoral sahillərində yaşayırlar. Hər iki cinsin növləri hiss olunacaq dərəcədə suyu şirinləşmiş çayların qovşağına qədər qalxırlar. Qeyri-cinsi çoxalması zoosporlar vasitəsilədir. Dördqamçılı zoosporları istənilən hüceyrənin protoplastının ardıcıl olaraq bölünməsi vasitəsilə əmələ gəlir. Cinsi çoxalması ikiqamçılı qametlərlə gedir. Hər iki cinsin növlərində izoqamiya və heteroqamiya müşahidə olunur. Vegetativ çoxalma tallomdan bir hissənin ayrılması ilə gedir.
Briopsidilır sırası:Sıra əsas etibarı ilə sifon tallomlu yaşıl yosunları birləşdirir. Arakəsmələri bir qayda olaraq ancaq çoxalma və tallomun zədələnməsi ilə bağlı meydana gəlir. Tallomun görünüşü əsasən sap şəklində müxtəlif formalıdır. Sitoplazma təbəqə şəklində hüceyrə divarı arasında yerləşir. Sitoplazmada çoxsaylı löhvəşəkilli xloroplastlar, yaşıl yosunlara məxsus xüsusi əsas iki ksantofil yerləşir. Xloroplastların altında çox sayda nüvə vardır.
Qeyri-cinsi çoxalma nisbətən az nümayəndələrdə müşahidə olunur. Çoxalma əsas cinsi yolla heteroqam, az hallarda izoqamiya ilə gedir. Bir sıra briopsidilərdə nəsl dəyişməsi özünəməxsus heteromorfladır.
Bu yosunların əksəriyyəti isti dənizlərdə rizoidlər ilə daşlara yapışmış vəziyyətdə yaşayırlar. Məsələn onlar ən çox Aralıq dənizində yayılırlar - Briopsis və Codium cinsinin bəzi növləri Qara dənizdə də yaşayırlar.
Substrata yapışan zəif budaqlanmış “kökcüklü” bitkidir. “Kökcük”dən şaquli qalın saplar inkişaf edir, yuxarı hisssədə lələkvari yan saplar yerləşir. Onlar da öz növbəsində adətən eyni löhvə üzərində bir və ya iki dəfə lələkşəkilli budaqlanır.
Briopsisin vegetativ çoxalması zamanı “lələkşəkilli” hissədən bazal rizoid inkişaf edir və ana tallomdan ayrılır. Bundan başqa protoplastın sahəsi tallomun zədələnmiş hissəsindən xaricə çıxır, dairəvi forma alır, bir neçə dəqiqədən sonra yeni divar formalaşır. Sonra onlardan yeni bitki inkişaf edir.
Avropanın Şimal (Şimal, Baltik dənizi) sularında ancaq birfazalı mərhələ, Cənub sahillərində Atlantika və Aralıq dənizi zonalarında birfazalı və ikifazalı inkişaf müşahidə olunur.
Dostları ilə paylaş: |