Biznesmen mənfəət əldə etmək üçün hər hansı bir sahədə çalışan fərddir.
Menecer mikroiqtisadi müəssisəni (firmanı), korporasiyanı və s. idarə edən şəxsdir.
O, sahibkar tərəfindən onun qarşısına qoyulmuş vəzifəni təşkil edən şəxs sayılır.
Kommersant gəlir əldə etmək, qazanc götürmək məqsədilə ticarət fəaliyyəti ilə məşğul olan insanlardır.
Fermer gəlir götürmək, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı istehsalı sahəsində fəaliyyət göstərən şəxsə deyilir.
Muzdlu işçi öz işçi qüvvəsini əmtəə kimi sahibkara, firmaya, fermerə (ümumiyyətlə, mülkiyyət sahibinə) müqavilə yolu ilə satan fərdə deyilir
6.2 Bazar iqtisadiyyatı ölkələrində iş qüvvəsi bazarı bir qayda olaraq dövlətə məxsus olan əmək birjaları vasitəsi ilə ifadə olunur.
Hələ XIX əsrin əvvəllərində yaranan bu birjalardan məqsəd öz iş qüvvəsini satmaq istəyən şəxslə sahibkar arasında alqı-satqı prosesində vasitəçilik etməkdən ibarətdir.
Hazırkı dövrdə əmək birjaları işsizlərin siyahıya alınması və onların işlə təmin olunması, iş yerlərini dəyişmək istəyənlərə uyğun köməkliyin edilməsi üzrə xidmətlər göstərirlər.
Bundan əlavə əmək birjaları iş qüvvəsinin tələb və təklifi üzrə bazarda olan vəziyyəti öyrənir, tələb olunan ixtisaslar haqqında zəruri mə’lumat verir, gənclərin peşəyönümündə onlara kömək edir.
Qloballaşma şəraitində əmək ehtiyatların transformasiyasının əhəmiyyəti.
Heyətin düzgün seçilməsinin kollektivin formalaşmasında əhəmiyyəti aşağıdakılardan ibarətdir:
1. kollektivdə yaxşı psixoloji mühit formalaşdırır;
2. kollektivdə yüksək əmək fəaliyyətinə səbəb olur;
3. işçilər gördüyü işdən həzz alırlar;
4. əmək intizamı möhkəmlənir. Sübut olunub ki, yaxşı planlaşdırılmış işçi seçimi prosesi baha başa gəlsə də, gələcəkdə işin effektiv qurulması nöqteyi nəzərindən sərfəlidir.
6.3 Ölkəyə dünyada ən zəngin ixtisaslı əmək bazarı lazımdır və onun formalaşması ən təxirəsalınmaz qayğı hesab edilir. Peşə–ixtisasın artırılması prosesinə yanaşmada adamların bacarığı, həvəsi, meyli və maraqlarının nəzərə alınmasında yeni keyfiyyətdə yanaşmaqla bərabər iqtisadiyyatın inkişafının dinamik tələbatı nəzərə alınmalıdır
Əmək ehtiyatların və məşğulluğun artım istiqamətləri. (Dövlət proqramları)
İş yerlərinin sosial-iqtisadi problemləri mütəxəssislər tərəfindən öyrənilir. Respublikada hazırda iş yerlərinin təşkilində müəyyən əhəmiyyətli tədbirlər həyata kejirilməkdədir.
İş yerlərinin müasirləşdirilməsinə iqtisadiyyatın demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür, eyni zamanda Azərbaycan Respublikasında « İş yerlərinin attestasiyasının kejirilməsi qaydasının təsdiq edilməsi haqqında» 6 mart 2000-ji il tarixli qərarının da olduqja böyük əhəmiyyətini də qeyd etməliyik.
Artıq müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyası aparılmışdır
Dostları ilə paylaş: |