Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Sintetik yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə11/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   7   8   9   10   11   12   13   14   ...   40
Mövzu ime

2. Sintetik yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması
Sintetik yuyucu vasitələr (SYV) daha geniş tətbiq olunan məişət kimyası vasitəsidir. İlk sintetik yuyucu toz olan "Xəbər" kaşaлот saloninindən ayrılan məhsullar əsasında 1953-ci ildə buraxılıb.
Müasir SYV çoxkomplektli qarışıqlardan ibarətdir. Onların əsas komponenti müxtəlif təbiətli çirklərin bərk cisimlərin səthindən (toxumalar, məmulatlar) təmizləyən su məhlulu şəklində olan sintetik yuyucu maddələrdir.
Sintetik yuyucu vasitələrinin eyniləşdirilməsi - məhsulun adının, səthi aktiv maddələrin kütlə payının markalanmasında və müşayətedici sənəddə göstərilən məlumatlara uyğunluğunun müəyyən edilməsidir.
SYV eyniləşdirmə ekspertizası normativ-texniki sənədlərində qeyd olunmuş müəyyən əlamətlərə uyğunluğunu müəyyənləşdirmək məqsədilə həyata keçirilir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qoyula bilər:

  • bu mal hansı çeşid qrupuna aiddir;

  • bu mal hansı növə aiddir;

  • səthi aktiv maddələrin kütlə payının müəyyən edilməsi;

  • yuyucu qabiliyyətinin müəyyən edilməsi;

  • malın keyfiyyət xarakteristikasına uyğunluğunun təyini;

  • bu mal təhlükəsizdirmi.

SYV eyniləşdirməsi orqanoleptik və fiziki-kimyəvi üsullarla həyata keçirilir.
Çeşid və növ aidiyyətinin eyniləşdirmə ekspertizası – məhsulun ümumqəbulolunmuş təsnifata (ÜQT) uyğunluğunun müəyyənləşdirilməsidir.
Ümumqəbulolunmuş təsnifata uyğun olaraq sintetik yuyucu vasitələr yuyucu, sintetik vasitələrə bölünür, 238110 qrupuna aiddir və 5 növə bölünür: 238111 universal, 283112 pambıq, kətan parçalar və onlardan hazırlanmış məmulatlar üçün; 238113 ipək, yun, süni və sintetik parça məmulatları üçün; 238114 ağların isladılması və təsərrüfat-məişət ehtiyacları üçün; 238116 xüsusi təyinatlı.
Növ aidiyyətindən aslı olaraq məmulatların yuyulması üçün nəzərdə tutulan SYV aşağıdakı göstəricilərə görə qruplaşdırılır:

  • aqreqat vəziyyətinə görə: bərk (parça şəklində - təsərrüfat sabunu) tozşəkilli, növ müxtəlifliyi – xırdalanmış, maye pastaşəkilli.

  • təyinatı üzrə: pambıq, kətan və qarışıq liflərdən hazırlanmış məmulatların yuyulması üçün; yun, ipək və sintetik liflərdən hazırlanmış məmulatların yuyulması üçün; universal - pambıq, kətan, süni, sintetik və qarışıq liflərdən hazırlanmış məmulatların yuyulması üçün;

  • kompleks təsirli SYV (lil vurulma ilə, kraxmallama ilə, antistatik emal ilə və s.);

  • istifadə qaydasına görə: yüksək (nizamlanmayan) köpüklənmə ilə əl ilə və aktivator tipli paltaryuyan maşınlarda, az köpüklənmə ilə avtomat paltaryuyan maşınlarda.

SYV-in keyfiyyət eyniləşdirməsi orqanoleptik və fiziki-kimyəvi üsullarla həyata keçirilir.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin