Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Ətriyyat mallarının keyfiyyət eyniləşdirməsi



Yüklə 87,19 Kb.
səhifə2/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   2   3   4   5   6   7   8   9   ...   40
Mövzu ime

Ətriyyat mallarının keyfiyyət eyniləşdirməsi orqanoleptik və fiziki- kimyəvi üsullarla müəyyən edilir.
Ətriyyat malları GOST 17237-93 "Maye ətriyyat malları" tələblərinə uyğun olaraq təsdiq edilmiş texnoloji təlimatlara və resepturalara uyğun olaraq hazırlanmalıdır. Ətriyyat malları keyfiyyətli xammaldan hazırlanmalıdır və tərkibi təsdiq olunmuş resepturaya uyğun olmalıdır. Hər bir adda mal üçün kompozisiyanın məzmununu reseptura ilə müəyyənləşdirilib, amma bu hər bir qrup üçün GOST-lar ilə müəyyən olunmuş normalardan az olmamalıdır. Maye ətriyyat orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə, cədvəl 6.1 – də sadalanan tələblərə uyğun olmalıdır.
Hər bir ada mal üçün kompozisiyanın kütlə payı resepturalarla müəyyən olunmuş məzmununa uyğun olmalıdır. Bu zaman əvvəlcədən müəyyən edilmiş miqdarda yayınmalara icazə verilir.
Ətriyyat mayelərinin orqanoleptik göstəricilərinə görə eyniləşdirilməsi
Ətriyyat mallarının xarici görünüşünü müəyyən etmək üçün ətriyyat mayesinin qabına 40 Vt gücündə elektrik lampasının keçən işığında lampadan 20 sm məsafədə və müşahidəçidən 40 sm məsafədə baxış keçirilir. Keçirilən bu baxışda ətir şüşələrinin tıxac hissələri aşağı çevirilir
Həcmi faizlə ifadə edilən şərti tündlük GOST 17237-ə əsasən 200C temperaturda spirtometr ilə müəyyən edilir.
Qoxunun davamlılığını müəyyənləşdirmək üçün 0,5 sm3 ətriyyatı çini qabın içərisinə qoyurlar və ora əvvəlcədən isti suda sabunsuz yuyulmuş 5 x 10 sm ölçüdə quru ağ tənzif parçası qoyurlar. İslanmış tənzifi pinsetlə çıxardıqdan sonra sıxmadan +15... +20°C temperaturda otaqda qurudurlar. Qoxunun dayanıqlılığı orqanoleptik üsulla müəyyən edilir.
Şəffaflığı müəyyənləşdirmək üçün 10-20 sm3 maye ətriyyatı sınaq şüşəsinə doldururlar və onun tıxacla bağlayırlar. Bura termometri elə qoyurlar ki, onun kürəciyi tədqiq edilən mayeyə tam olaraq batsın. Sınaq şüşəsini + 5°C temperatura qədər soyudurlar, ekstra qrupa daxil olan ətirləri isə + 3°C temperatura qədər soyutduqdan sonra duzlu buzdan ibarət soyuducu qarışıqdan çıxarıb silkələyirlər. Daha sonra ona gücü 40 Vt olan elektrik lampalarının işığında və ya gündüz işığında baxış keçirirlər.
Rəngi sınaq və yoxlama nümunələri ilə müqayisə etməklə müəyyən edilir, bu zaman kağız zolaqlar sınaq və yoxlama nümunələrində isladılır.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin