Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Kosmetik malların eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə5/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   2   3   4   5   6   7   8   9   ...   40
Mövzu ime

Kosmetik malların eyniləşdirilməsi və saxtalaşdırılması
"Cosmet" sözü yunan sözü olub "bəzəmək sənəti" deməkdir. Artıq Qədim Yunanıstanda xüsusi peşə - kosmet var idi. Kosmetə kömək üçün kosmetik çatışmazlıqları olan qadınlar müraciət edirdilər, o qrim vasitəsilə çatışmazlıqları gizlətməyə, ört-basdır etməyə kömək edirdi. Həmin mütəxəssisə gözəlliyini və gəncliyini uzun müddət qoruyub saxlamaq istəyən insanlar müraciət edirdilər, o, kremlər, sürtmə və su prosedurları məsləhət görürdü.
Krem - süd, meyvə və digər turşuların, müxtəlif mikrobları öldürən əlavələrinin, nəmləndiricilərin və dərinin vəziyyətinin yaxşılaşdırılmasına imkan verən digər komponentlərin əlavə olunduğu davamlı emulsiyalar şəklində hazırlanan yağ xammalı əsaslı məhsuldur.
Kosmetik malların (üz üçün kremlər) eyniləşdirməsi – məmulatın onun adına, kimyəvi tərkibinə, təyinat məqsədinə, təhlükəsizlik göstəricilərinə görə markalanmasında, qablaşdırılmasında göstərilmiş informasiyaya və NTS-in tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Eyniləşdirmə ekspertizası zamanı aşağıdakı vəzifələr həll olunur:

  • kosmetik malların çeşid (növ) qrupunun və adının müəyyən edilməsi;

  • kosmetik malların istehsal olunduğu ölkənin və istehsalçı – müəssisənin müəyyən edilməsi;

  • kosmetik malların əsas (funksional) təyinatının müəyyən edilməsi;

  • kosmetik malların çəkisinin və həcminin müəyyən edilməsi;

  • kosmetik malların kimyəvi tərkibinin müəyyən edilməsi;

  • kosmetik malların istehsal tarixinin müəyyən edilməsi;

  • kosmetik malların sortunun müəyyən edilməsi;

  • kosmetik malların standartların tələblərinə uyğunluğunun müəyyən edilməsi;

  • bu mal təhlükəsizlik normalarının tələblərinə uyğundurmu.

Əmtəənin göstərilən məlumatlara uyğun olması icbari tələb olduğuna görə eyniləşdirmə proseduru malın ümumi qiymətləndirilməsi üçün çox mühüm mərhələdir və bir qayda olaraq üç mərhələdə (cədvəl 1) adı da daxil olmaqla təqdim edilmiş bütün xarakteristikalara əsasən keçirilir.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin