Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə4/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   2   3   4   5   6   7   8   9   ...   40
Mövzu ime

Kəmiyyət eyniləşdirməsi zamanı qablaşdırma vahidində ətir şüşələrinin sayı və tutumu müəyyən edilir.
Ətirləri tutumu 65 ml-dən çox olmayan şüşə, çini və keramik flakonlara qablaşdırıb ağzını şüşə və ya plastik və ya metal yivli qalpaq ilə (ara qatı ilə) bağlayırlar.
Odekolonlar və ətirli sular tutumu 250 ml-dən çox olmayan şüşə ətir şüşələrinə qablaşdırılır. Çiyinli ətir şüşələrinə ətriyyat mayesi çiyin səviyyəsinə qədər doldurulur; çiyinli olmayan ətir şüşələrində ətir şüşələrinin tutumunun 4% -inə qədər hava boşluğu olmalıdır.
Ətriyyat mallarının saxtalaşdırılması istehsal prosesi zamanı keyfiyyətli məhsulların digər, daha ucuz, öz təyinatına uyğun olmayan məhsullarla dəyişdirilməsi, qəlpləşdirilməsi kimi müəyyənləşdirilir.
Ətriyyat mallarının ekspertizası ölkə bazarlarına şərqdən, Polşadan və digər ölkələrdən daxil olan lelit parfümeriya mallarının saxtalaşdırılmasının aşkarlanması üçün həyata keçirilir. Tez-tez firma adı ilə ətirlər peyda olur, lakin onlar pis qoxu verə bilər və hətta insan səhhəti üçün zərərli ola bilər.
Məsələn, "5 nömrəli Şanel" ətirinin üç növ saxta qablaşdırması var. Birinci növ saxtalaşdırma: kənarları tünd-boz olan ağ rəngli qablaşdırma. Həqiqi ətirdən fərqli olaraq qutunun üzərində olan işarə (qövs formasında bir biri ilə çarpaz yerləşən iki “X” hərfi) mərkəzdə deyil qutunun arxa tərəfində yerləşir. Ətirin şüşəsi də fərqlənir: şüşə təmiz deyil, qabarcıqlıdır və şüşə üzərində yazı əvəzində üzərində bütün rekvizitlər yazılan yapışqanlı lent yapışdırılır. İkinci növ saxtalaşdırma: qızılı yazılı qırmızı qablaşdırma - əsl istehsalçının qablaşdırmasına daha çox bənzəyir, lakin flakona yenə yapışqanlı lent yapışdırılır. Və nəhayət, üçüncü növ saxtalaşdırma: qadın üzünün şəkli olan gözəl qablaşdırma, lakin firmanın əmtəə nişanı düz qızın üzündə təsvir olunub. Heç bir sanballı firma belə qablaşdırmanı yaratmağı özünə rəva bilməz.
Keyfiyyətli firma ətriyyatlarının ümumi orqanoleptik əlamətləri bunlardır:

  • qablaşdırma qutusu yüksək keyfiyyətli kartondan hazırlanır;

  • qablaşdırma sellofanı kip taxılmışdır, havanı buraxmır;

  • qutu üzərində bütün çap işləri cəlbedici görülüb, dizaynı ciddidir;

  • parlaq şüşədən hazırlanmış ətir şüşəsi təmiz və qovurcuqsuz olmalıdır, qutuya kip otuzdurulur ("tərpənmir");

  • tıxac yaxşı kipləşdirilir, plastik tıxacda tikiş yeri olmamalıdır;

  • pulverizator altındakı metal haşiyə fırlanmamalıdır;

  • məhsulun yüksək qiyməti.

Lakin orqanoleptik göstəricilərə əsasən aparılmış ekspertiza ilə heç də həmişə saxtalaşdırmanı müəyyənləşdirmək olmur. Məsələn, "Puason" ətrinin sertifikatlaşdırılması zamanı müəyyən edilmişdi ki, xarici görünüşü və qablaşdırması orijinala uyğundur. Ancaq kimyəvi analiz bu “ətirdə” sağlamlıq üçün zərərli olan etil spirti ilə eyni sırada olan metanol spirtini aşkar etməyə imkan vermişdir. Hələ də ətriyyat – kosmetika məmulatlarının keyfiyyəti və təhlükəsizliyi sahəsində vəziyyət qeyri-qənaətbəxşdir.
Yoxlamalar zamanı aşkar olunan əsas qayda pozuntuları:

  • QOST R 51391-99 " Ətriyyat- kosmetik məmulatlar. İstehlakçılar üçün məlumat. Ümumi tələblər" standartının məcburi tələblərinin pozulduğu ətriyyat-kosmetika məhsullarının realizasiyası;

  • RF-nın "Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi haqqında" 29-FZ saylı qanunun tələblərinin pozularaq RF-da istehsal olunmuş ətriyyat məmulatlarının təhlükəsizlik və keyfiyyət vəsiqəsi olmadan satışı;

  • həyat və sağlamlıq üçün malın təhlükəsizliyini təsdiq edən sertifikatlaşdırma haqqında məlumat olmadan satışın həyata keçirilməsi;

  • saxtalaşdırma əlamətləri olan ətriyyat – kosmetika məhsullarının satışının həyata keçirilməsi;

  • ətriyyat – kosmetika məhsullarının saxlanması və satışı yerlərinin temperatur rejiminin pozulması (küçə ticarəti);

  • malın saxlama müddəti, tərkibi, adı və istehsalçının yeri haqqında məlumatların olmaması;

  • istehlakçının həyat və sağlamlığı üçün malın təhlükəsizliyini təsdiq edən sənədlərin olmaması.

Ətriyyat – kosmetika mallarının çıxdaş (zay) olma fazinin yüksək olması onunla izah olunur ki, ticarət müəssisələrinin rəhbərləri əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasını rəhbər tutaraq, istehsalçı və ya mal tədarükçüsündən əmtəə-müşayətedici sənədlər olmadan, istehsalçı barədə məlumat olmadan, yararlılıq müddəti, məmulatların tərkibi, həyat üçün malın təhlükəsizliyini təsdiq edən sənədlər olmadan ucuz qiymətə əşya bazarından etiketində tanınmış xarici markaların xarici dildə adı qeyd olunmuş məhsul almağa üstünlük verirlər. Bunlar malın saxta olmasının açıq aşkar əlamətləridir.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin