İnformasiya eyniləşdirilməsi - ətriyyat mayelərinin markasında, qablaşdırmasında və əmtəə müşayətedici sənədlərində olan məlumatlarla eynilik təşkil etməsini təyin etməkdir.
Ətir flakonunun üzərinə aşağıdakı məlumatların qeyd olunduğu bədii tərtibatlı etiket yapışdırılır:
məmulatın adı;
istehsalçı müəssisənin adı, ünvanı və onun əmtəə nişanı;
Ətir flakonunun üzərindəki etiketin əmtəə şəklini saxlamaq şərti ilə 2mm-dən çox olmamaq şərti ilə yerinin dəyişməsinə icazə verilir.
Məmulatın adı etiketin üz tərəfində göstərilir, digər məlumatlar isə etiketin arxa tərəfində, qabda və ya qutunun dibində göstərir. Məmulatın adı flakonun korpusunda göstərilə bilər.
Ətriyyat flakonlarla futlyarlarda etiketsiz olaraq buraxıldıqda bütün markalanma məlumatları futlyarın üzərində yerləşdirilir. 10x15 mm ölçülü etiketlərdə və istənilən ölçülü zərli etiketlərdə ancaq məmulatların adı və qiyməti, rəngli, tutqun və ya nahamar şüşədən hazırlanmış qablara qablaşdırılmış məmulatların flakonlarının altına və ya futlyarlara yapışdırılmış etiketə istehsal tarixi qeyd olunur.
Qutuların yapşıdırıldığı yapışqanlı kağız lentlərdə tipoqrafiya üsulu ilə və ya ştempel boya ilə aşağıdakı məlumatlar göstərilməlidir: