PLC Proqramlama
7
yerləşdirilir.Siqnal modulları sadəcə CPU 1211 modelində istifadə olunmur. CPU
1212-də 2 ədəd, CPU 1214-də 8 ədəd siqnal modulu istifadə olunur. Rəqəmsal
siqnal modullarında 8-16 giriş, 8-16 çıxış və ya 8 giriş/8 çıxış olur. Analoq siqnal
modullarında isə 4-8 giriş, 2-4 çıxış və ya 4 giriş / 2 çıxış ola bilər.
Siqnal modulları ilə yanaşı ardıcıl xəbərləşmə (serial xəbərləşmə) üçün
kommunikasiya modulları da mövcuddur.Bu modullar üzərində RS-485 və ya RS-
232 portları olur və modullar CPU-nun sol tərəfinə taxılır.
Bundan əlavə siqnal “board”larından da istifadə etmək mümkündür.Siqnal
“board”larında 24 V DC-dən istifadə etməklə yanaşı 5 V DC-dən də istifadə
olunur. Rəqəmsal siqnal “board”larında əsasən 4 giriş, 4 çıxış və ya 2 giriş/2
çıxış mövcud olur.
Analoq siqnal “board”larında 1 giriş və ya 1 çıxış olur.
Bundan başqa ardıcıl xəbərləşmə portlarının olduğu “board”lar da mövcuddur.
Modullara giriş/çıxışların bağlantı sxemləri aşağıdakı şəkillərdə göstərilmiş-dir.