Mövzular: 1 plc nədir?



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix26.03.2022
ölçüsü1,45 Mb.
#54221
1   2   3   4   5   6   7   8   9   10   11
PLC-nin iş prinsipi

PLC Proqramlama  

 



 

   Giriş gərginlik səviyyəsi 24 V DC qəbul olunan bir giriş modulunun, giriş siq-

nalını qeydə alma vəziyyəti yuxarıdakı şəkildə (Şəkil 1.d) göstərildiyi kimidir.     

Tətikləyici kontaktın qapanması zamanı giriş 13 V-a qədər “0”, sonra “1” qə-bul 

edilir, kontaktın açılması zamanı isə 5 V-a qədər “1”, sonra isə “0” qəbul edilir. 

PLC girişlərində qərarsız vəziyyət əmələ gəlməməsi üçün  tətikləyicilər (Schmitt 

Trigger) istifadə olunur. 

 

  Çıxış Hissəsi: CPU tərəfindən çıxış görünüş 



yaddaşına (PIQ) yazılan məntiqi dəyərləri 

(0,1  və ya analoq çıxış siqnallarını) elektrik 

siqnallarına çevirən elementlərdir.İdarə edi-

lən sistemdəki kontaktor, rele, selenoid kimi 

idarə dövrəsi elementlərini idarə etməyə uy-

ğun konfiqurasiyaya malikdir.Çıxışlar rele, 

triyak və ya tranzistor çıxışlı ola bilər. 

  Rele  çıxış siqnallarının çox tez-tez 



təkrarlanmayan, PLC çıxış gərginliyindən daha böyük gər-

ginliklərlə idarə olunma halında  istifadə olunur.                                           

  Triyak  çox yüksək açma – qapamaya  



ehtiyac olan AC çıxışlarında istifadə olunur. 

  Tranzistor  çox yüksək açma – qapamaya  



ehtiyac olan DC çıxışlarında istifadə olunur. 

      Çıxış kanallarında tərs cərayanların qarşısını almaq üçün diod və müqavi-

mətlərdən istifadə olunur. 

    PLC üzərindən yüksək cərəyanlar keçə bilməz.Çıxışla əlaqəli cərəyan keçir-mə 

qabiliyyətləri PLC kataloqlarında göstərilir. 

    Kiçik miqyaslı işlərdə və ya öyrənmək məqsədilə istifadə olunan PLC-lərdə 

giriş-çıxış hissələri, CPU, qida bloku tək bir modul içərində yerləşdirilir.Bu cür 

PLC-lər kompakt PLC-lər adlandırılır.Misal olaraq deyə bilərik ki, S7-1200 

modeli kompakt olaraq istehsal olunmaqdadır.Yəni, müəyyən sayda giriş/çıxış, 

sürətli sayıcılar, CPU, qida bloku və s. tək bir modul içində yerləşdirilmişdir. 

   Nisbətən böyük miqyaslı işlər üçün isə modular PLC-lər istifadə olunur.Bu növ 

PLC-lərdə qida bloku, CPU , giriş/çıxış hissələri ayrı-ayrı modul şəklində istehsal 

olunur və ehtiyaclara uyğun olaraq bir-birilə əlaqələndirilir. 

    PLC-nin giriş və çıxışları analoq və ya rəqəmsal ola bilər.Buna uyğun olaraq da 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin