Mövzular mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması


Mehmanxana biznesi və marketinq



Yüklə 32,97 Kb.
səhifə7/11
tarix02.01.2022
ölçüsü32,97 Kb.
#42648
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
MEHMANXANA

6.Mehmanxana biznesi və marketinq

Son  illər  ərzində  dünya  mehmanxana  təsərrüfatının  inkişafı  mehmanxana  məhsulu bazarında  satış  uğrunda  kəskin rəqabətə  gətirib  çıxarmışdır. Müştər

(qonaq, turist) uğrunda aparılan mübarizədə son illər ərzində rəqabətli marketinq 
strategiyasının  qalib  gəlməsinə  rast  gəlirik.  Marketinq  bütövlükdə  sahibkarlıq 
fəaliyyətini  təşkil  edib  düzgün  istiqamətləndirilən  menecmentin  funksiyası   hesab olunur. 
Marketinq  mehmanxana biznesində alıcılıq tələbatının qiymətləndirilməsiniə
sas  götürür.  O,  mehmanxana  biznesinin  bütün  aspekt  və  sahələrini  əhatə  edir. Marketinqi  mehmanxana biznesinin aparıcı  fəlsəfəsi  adlandırmaq  olar  ki, bu da bazarda  daimi  gəlir  və  sabit  inkişafəldə etmək üçün qonağın tələb və arzularını 
müqayisə  etmək,  onları qabaqcadan  görmək və təmin  etmək şərtlərinə  əsaslanır. Eyni  zamanda,  mehmanxana  müəssisəsinə  qoyulan  investisiyaların  mənşəyini  və mehmanxananı fəaliyyətininəsasdonorları ola investorlar tərəfindən nəticələrin 
gözlənilməsini  nəzərə  almaq  lazımdır.  Mehman-xanalara  investisiyalar  adətən 
torpağa,  tikililərə  və  əsas  fondlara  qoyulur.  Sərmayələrin  əsas  hissəsi 
mehmanxananın  əsas  vəsaitlərinə  qoyulur.  Bu  da  onun  uzunmüddətli  fəaliyyətilə bağlı  daimi  olan  xərcləri  artırır.  Mehmanxananın  fəaliyyət  həcmindən, 
mehmanxana  məhsulunun  satılıb-satılmamasından,  satış  mövsümünün  olub-
olmamasından  asılı  olmayaraq  ödənilməlidir.  Mehmanxana  marketinqində 
mehmanxananın  düzgün  yerləşməsi,  məqsədli  bazara  istiqamətindən  asılı  olan 
fəaliyyət  qüvvəsinin  optimallığı  kimi  faktorları  da  nəzərə  almaq  zəruridir. 
Marketinq ilk əvvəl tələbatın qiymətləndirilməsi məqsədilə bazarın ibtidai tədqiqi 
ilə  məşğul  olur,  bu  da  mehmanxananın  bazarda  olan  imkanları  və  mövqeyiniyerləşməsini və ya bir neçə variantdan seçimini əhatə edə bilər. 
Marketinq  bazarın  öyrənilməsi,  məhsulun  inkişaf  etdirilməsi,  əmtəənin, 
satışın, monitorinq və müşahidələrin irəli çəkilməsi ilə bağlı uzun bir proses kimi 

 

nəzərdən  keçirilə  bilər.  Bunlar  marketinq  silsiləsinin  tərkib  hissələrini  təşkil   edir. Bazar  tədqiqatı  konkret  mehmanxanaya  və  onun  təklif  etdiyi  məhsullara  aid olaraq  daha  əlverişli  bazar  seqmentlərinin  müəyyənləşdirilməsi  üçün  vacibdir, lakin  əsas  səylər  əmtəənin  irəli  çəkilməsi  və  onun  satışı  üzərində 


mərkəzləşdirilməlidir. Mehmanxana  xidmətləri  hiss  edilməzdir,  onların  təsvir   edilməsi  və  ya ölçülməsi,  həmçinin  keyfiyyətinin  yoxlanılması  mümkün  deyil adətənbu xidmətlər birbaşavə yavasitəçilər (turizm agentliklərinin) vasitəsil ayrıca və ya turpaket  formasında  satılır.  Məlumdur  ki,  marketinq  və  satış  yni mənay  malikməfhumlar deyil. atış  satıcının,  marketinq  isə  alıcının  tələbatları  üzərində 
mərkəzləşdirilir.  Satış  prosesi  mehmanxananın  təklif  etdiyi  məhsul  vasitəsilə 
alıcının tələbatının təmin olunmasına elə istiqamətləndirilmişdir ki, bu məhsul özü-
özünün satışını təmin etsin.  
Artmaqda  olan  rəqabət  ticarətin  (satış)  idarə  olunmasını  inkişaf  etdirən  əsas 
səbəblərdən biri kimi  çıxış  edir.  Daxili  xidmətlərin satışı mehmanxanatəsərrüfatısahəsində  sahibkarlıq  fəaliyyətinin  inkişafı  üçün  geniş  imkanlar  yaradır.Satış

şöbəsinin təşkilat strukturu mehmanxananın ölçüsündən və yerindən, əməkdaşların imkanları və qabiliyyətindən və rəhbərliyin siyasətindən asılıdır. Fərdimüştərilərin mehmanxana  nömrələrinə  görə  ödədikləri  vəsait  gəlirin  əsas  hissəsini  təşkil   edir, buna görə də ticarət şöbəsinin meneceri bütün mümkün vasitələrdən istifadə  edərək daimi müştərilərin saxlanılmasına və yeni müştərilərin tapılmasına var qüvvəsi ilə çalışır.  Mehmanxanada  marketinq  və  xidmətlərin  satışı ilə məşğul olan  əməkdaş mehmanxana və onun potensial müştəriləribarədətam məlumatlıolmalıdır. Marketinq  qonaqların  arzu  və  tələbatlarının  aşkarlanması  və  onların,  əlbəttə 


ki,  şəxsi  gəlir  əldə  edilməsi  şərti  ilə  ağlabatan  qiymətlərltəmin olunması üçün 
nəzərdə tutulmuşdur. 



Yüklə 32,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin