Mövzular mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması


Nömrə fondunun yığışdırılması və tənzimlənməsi



Yüklə 32,97 Kb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü32,97 Kb.
#42648
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
MEHMANXANA

9.Nömrə fondunun yığışdırılması və tənzimlənməsi

Dərəcəsindən asılı olmayaraq mehmanxana təmiz və səliqəli olmalıdır. Bütün sanitar-gigeyenik qaydalara əməl etməklə otaqların yüksək səviyyədə yığışdırılması və təmizliyinin əldə edilməsi üçün mehmanxana aşağıdakılara əməl etməlidir: - hazırlıq keçmiş yüksək ixtisaslı personal olmalıdır

- bütün müasir və lazımi təmizlik avadanlıqları və ləvazimatları ilə təchiz olunmalıdır

- müasir təmizləyici maşın və mexanizmlərə malik olmalıdır Burada əsas şərt mömrənin yığışdırılması və təmizlənməsinə ayrılan vaxtın düzgün bölünməsidir. Təsərrüfat şöbəsi qəbul, yerləşdirmə və xidmət şöbəsi ilə birbaşa əlaqədardır. Təsərrüfat şöbəsi otaqların vəziyyəti haqqında məlumatlarını qəbul-yerləşdirmə və xidmət şöbəsinin məlumatları ilə tutuşdurur. Qəbul yerləşdirmə və xidmət şöbəsindən qonağın nömrəni tərk etməsi barədə Təsərrüfat şöbəsinə məlumat daxil olur və bu məlumat şöbənin jurnalındakı qrafada qeyd olunur. Jurnalın digər qrafasında otağı yığışdıran xadimələrin soyadı qeyd olunur. Nömrənin hazır olması qəbul, yerləşdirmə və xidmət şöbəsinə bildirilir. Təmizlik işi apararkən bir neçə mühüm prinsiplərə diqqət etmək lazımdır:

a) Mərtəbədə çalışan işçilər qonaqlarla mümkün qədər az qarşılaşmalıdır.

b) Təmizləyici avadanlıqlar və əşyalar ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə saxlanmalıdır.

c) Təmizlik işi görən zaman xadimə şəxsi işləri ilə məşğul olmamalıdır. Bütün bunların lazımi səviyyədə yerinə yetirilməsi həmin oteldə mədəni xidmətin yüksək səviyyəsindən xəbər verir. Təsərrüfat şöbəsinin müdiri otelin və onun nömrələrinin təmizliyinə cavabdehdir. Adətən onun bir neçə köməkçisi olur( supervisorbaş xadimə) və onlar mərtəbə və həyətyanı sahələrə aid olan yerlərin təmizliyinə cavabdehdir. Yaşayış nömrələrinin yığışdırılması və təmizlənməsinin aşağıdakı növləri var:

1. Qonaq üçün bron edilmiş nömrənin yığışdırılması;

2. Qonaq oteli tərk edəndən sonra yığışdırmaq;

3. Nömrələrin gündəlik cari yığışdırılması;

4. Nömrələrin ekspress yığışdırılması;

5. Nömrələrin əsaslı yığışdırılması;

Qonaq üçün bron olunmuş nömrənin ilk növbədə yığışdırılmasının məqsədi, qonaq tərəfindən sifariş olunmuş nömrəni əvvəlcədən tam hazırlamaqdır. Bronlu nömrələrin yığışdırılması və təmizlənməsi işinə aşağıdakılar daxildir:

- nəm əsgi ilə nömrənin silinməsi - quru əsgi ilə nömrənin silinməsi - döşəmənin nəm əsgi ilə silinməsi Nömrənin əsaslı yığışdırılması və təmizlənməsinin aparlmasının məqsədi aşağıdakılardır:

- nömrənin yığışdırılması və təmizliyi möxtəlif avadanlıq, ləvazimat və maşınlarla həyata keçirilir. –

əsaslı yığışdırma və təmizlik nömrənin hərtərəfli və tam yığışdırılmasını təmin edir.

- nömrənin əsaslı yığışdırılması və təmizliyi sanitar-gigiyenik normalara uyğun, müvafiq müddətdə keçirilməlidir. Nömrənin interyerinə lazımi kosmetiktəmir işlərini aparmaq lazımdır.

- nömrələrə baxış keçirtmək, qonaqların yaşaması üçün otağın hazır olduğunu yoxlamaq və müxtəlif kommunikasiya sistemlərində olan çatışmamazlıqları üzə çıxarmaq. Nömrələrin əsaslı yığışdırılması və təmizliyinin aparılması üçün aşağıdakı işlər görülməlidir:

1) divarların yuyulması və quru əsagi ilə silinməsi

2) havalandırma qurğusunun çərçivəsini silib təmizləmək

3) pərdələrin, döşəklərin təmizlənməsi

4) pəncərə və qapıların yuyulub-təmizlənməsi Nömrələrin gündəlik yığışdırılması və təmizliyinin ardıcıl aparılması. Yığışdırılma və təmizlik işi aparılan zaman ilk növbədə nömrənin havası dəyişdirilməlidir. Üç otaqlı nömrələrin yığışdırılmasında aşağıdakı ardıcıllıq saxlanılır:

əvvəlcə yataq otağı, sonra qonaq otağı, kabinet, giriş və sondasanitar qovşağı yığışdırılır və təmizlənir. İki otaqlı nömrələrdə ilk öncə yataq otağı, sonra isə qonaq otağı və sanitar qovşq təmizlənir. Bir otaqlı nömrələrdə isə nahar masasından başlamaq daha məqsədə uyğundur


Yüklə 32,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin