Tərtərçayın hidroqrafik səciyyəsi
Bu çayın böyük hissəsi Şərqi Zəngəzur iqtisadi rayonunun (Kəlbəcər inzibati rayonu) ərazisində formalaşsa da, onun su ehtiyatları əsasən, Qarabağ iqtisadi rayonunda istifadə olunur. Tərtərçay Kiçik Qafqazdan axan xırda çay və bulaqların sularının qovuşmasından yaranır. Çayın mənbəyi 3120 metr yüksəklikdədir. Bu çay Kür çayına qovuşur. Uzunluğu 200 kilometr, hövzəsinin sahəsi isə 2650 kvadratkilometrə bərabərdir. Çayın orta çoxillik su ehtiyatı 662,3 milyon kubmetrə bərabərdir.
Dostları ilə paylaş: |