Mövzunun adı; Qarabağda su ehtiyatlarının davamlı inkişafı Müəllifin adı, atasının adı, soyadı; Hüseynli Nərgiz Nadir



Yüklə 1,47 Mb.
səhifə3/6
tarix18.02.2022
ölçüsü1,47 Mb.
#52771
1   2   3   4   5   6
Qarabağda su ehtiyatlarının davamlı inkişafı

İllik axımın çoxillik təhliləri:

Tərtərçay –Madagiz məntəqəsi
Trend əyrisi


Onun bolsulu olması və xüsusi təsərrüfat əhəmiyyəti nəzərə alınaraq, üzərində 1976-cı ildə istismara verilən Sərsəng su anbarı tikilib ki, bu da çoxillik tənzimləmə aparmaq imkanına malikdir.

Onun ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilmişdir. Su anbarında gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılmışdı. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı. Sərsəng su anbarından bir qədər aşağıdan axan Tərtərçayın üzərində inşa olunan “Suqovuşan” hidroqovşağının fəaliyyəti isə əsasən, çayın su ehtiyatlarının sağsahil və solsahil magistral kanallarına yönəltməkdən ibarətdir.

Sərsəng su anbarının işğalı nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarının rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmurdu.

Bundan əlavə, su anbarının işğalından sonra ermənilər illik su sərfinin 85-90%-ni su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırdılar. Su sərfinin daha çox tələb olunduğu yay aylarında isə illik su normasının 10-15%-ni buraxılırdı. Bunun nəticəsində suyun səviyyəsi aşağı düşür və əkin sahələrinin suvarması qeyri-mümkün olurdu. Bunun nəticəsində, kənd təsərrüfatına xeyli ziyan dəyir, yaşıllıqlar susuzluq səbəbindən məhv olur, bölgədə ciddi ekoloji gərginlik yaranırdı.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin