Mövzunun adı; Qarabağda su ehtiyatlarının davamlı inkişafı Müəllifin adı, atasının adı, soyadı; Hüseynli Nərgiz Nadir



Yüklə 1,47 Mb.
səhifə6/6
tarix18.02.2022
ölçüsü1,47 Mb.
#52771
1   2   3   4   5   6
Qarabağda su ehtiyatlarının davamlı inkişafı

Bərgüşad çayı (Bazarçay) başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacın­dan, 3040 metr yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəri çaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. Çayın uzunluğu 178 kilometr, su ehtiyatının həcmi isə 687,6 milyon kubmetr təşkil edir.

Qeyd olunan iqtisadi rayonun ərazisinə tranzit şəkildə daxil olan çaylardan biri də Oxçuçaydır. Bu çay Araz çayının sol qoludur. Qərbi Zəngəzurdan Zəngilan rayonu ərazisinə daxil olur. Çayın mənbəyi Qapıcıq dağında 3650 metr hündürlükdədir. Onun orta çoxillik su ehtiyatı 359,2 milyon kubmetrdir.

Qaçaran şəhərində istehsal olunan mis-molibden yataqlarından istifadədən sonra atılan çirkab sular Oxçuçaya axıdılaraq, çayda olan fauna və flora məhv edilir. Bununla da Oxçuçayın suyu istifadəyə yararsız hala düşür.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Qarabağ iqtisadi rayonunun ərazisində mövcud olan çayların su ehtiyatları 831,7 milyon kubmetr təşkil edir. Şərqi-Zəngəzur iqtisadi rayonunun ərazisində formalaşan çay suları ehtiyatı isə ümumilikdə 1622,6 milyon kubmetrə bərabərdir. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində işğaldan azad edilən mövcud çay suları ehtiyatı bir sıra kiçik çaylar nəzərə alınmaqla ümumilikdə 2508,4 milyon kubmetrə bərabərdir. Bu da Azərbaycan ərazisində formalaşan çay suları ehtiyatının 22 faizinə bərabərdir.

Burada onu da qeyd edək ki, Qarabağ regionunda Qarabağ vulkanik yaylası mövcuddur. Bu yaylanın süxurları əsasən vulkanik mənşəli olub yüksək məsaməliliyə malikdir. Bu da, öz növbəsində, düşən atmosfer yağın­tılarının asanlıqla yeraltına sızmasına (hopmasına) şərait yaradır. Nəticədə zəngin yeraltı su ehtiyatı olan gətirmə konusları su ehtiyatlarından səmərəli istifadə olunmasına imkan verir.

Fikrimcə, yuxarıda qeyd olunan su ehtiyatlarından səmərəli istifadə etməklə düşməndən təmizlənən rayonlarda “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsində, bölgənin iqtisadi inkişafında geniş istifadə olunmalıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzuru gülüstana çevirməklə mənfur düşmənə və onun havadarlarına gözdağı verə bilərik.\

ƏDƏBİYYAT SİYAHISI:



  1. F.Ə.İmanov, V.A.Məmmədov, İ.M.Abdullayev, Hidrologiya, Bakı, “MBM”, 2014. 564s.

  2. F.Ə.İmanov, Çay axımı, BDU nəşriyyatı, 2001. 208s.

  3. M.A.Müseyibov,Azərbaycanın fiziki coğrafiyası.”Maarif” 1998. 400 s.

  4. M.Ə.Məmmədov, Azərbaycanın hidroqrafiyası,Bakı,”Təhsil” NPM,2012.254s.

  5. İnternet resursları

  1. https://azertag.az/xeber/Cografiyachi_alim_Qarabagin_su_ehtiyatlari_iqtisadiyyatin_inkisafinda_donus_yaradacaq-1688709

  2. https://xalqqazeti.com/mobile/az/news/84817

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin